Mən keçən əsrin altımışıncı illərində ənənəvi müsəlman ailəsində dünyaya gəlmişəm. Özümü tanıyandan hər iki valideynimin (Allah dünyasını dəyişən bütün valideynlərə rəhmət eləsin) ciddi qayda-qanunla namaz qılmalarını, İslam dininin bütün ayinlərinə nizam-intizamla riayət etmələni görmüşəm. Anam tam savadsız idi. O, talış dilindən başqa heç bir dildə ömrünün axırına kimi danışa bilmədi. Hətta ailəmizə təşrif buyuran gəlinlər anamla ünsiyyət qurmaları üçün talış dilini öyrənmək zorunda qaldılar. Heç bir hərf tanımayan anamın ərəb dilində namazın mətnini necə öyrənməsi məni həmişə maraqlandırıb.