"Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə prosesdə vəkillərin yekun çıxışları başlayıb.
Vəkil Ramiz Məmmədov müvəkkilinin təqsirinin sübutu olmadığını bildirib. Onun sözlərinə görə, istintaq kobud prossesual pozuntularla həyata keçirilib və bir çox uyğunsuzluqlar olub.
H.Məmmədov saxlandıqdan dərhal sonra ona hüquqları izah olunmayıb, vəkili ilə görüşməyə icazə verilməyib.