Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov, partiya sədrinin müavini Gözəl Bayramlı, Ali Məclisinin üzvləri Təzəxan Mirələmli və Ağaseyid Hüseynov Lerik rayonunda yerli cəbhəçilərlə müşavirə keçirmək istəyiblər. Ancaq, əvvəlcədən "hazırlıq” görən rayon polisi və İcra Hakimiyyətinin nümayəndələri sözün həqiqi mənasında cəbhəçilərə divan tutublar.