"Müxalifət fəallarının və jurnalistlərin siyasi motivli həbslərinə son qoyulsun”
Article 19 təşkilatı Azərbaycanda siyasi azadlıqlar və insan hüquqları ilə bağlı vəziyyətin qiymətləndirilməsinə dair hesabat açıqlayıb. "BMT-nin son universal dövrü icmalından sonra Azərbaycan siyasi motivli həbslərlə fəalların və jurnalistlərin təqib olunması praktikasını davam etdirir. Onların saxta ittihamlarla, o cümlədən narkotik maddə, qanunsuz silah saxlamaq ittihamı ilə həbs olunmasında məqsəd tənqidi səslərin susdurulmasıdır”, - deyə hesabatda bildirilir.