Martın 17-də həbsdə olan hüquq müdafiəçisi, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla bağlı avaaz.org saytında "Hilal Məmmədova Azadlıq” adlı kampaniyaya başlayıb. Bu barədə gozetci.az portalına kampaniyanı başladan fəal talış gənci Azər Kazımzadə məlumat verib.
Onun dediyinə görə, bu kampaniyaya 10000 səs lazımdır. "Bundan sonra Azərbaycan prezidentinə və beynəlxalq təşkilatlara Hilal Məmmədov azadlığa buraxılması üçün müraciət olunacaq”, - deyə o, bildirib.
Azər Kazımzadə bütün hüquq müdafiəçilərini, gəncləri, jurnalistləri, müxalifət partiyalarını və bütün demokratik qüvvələrini bu kampaniyaya dəstək verməyə çağırır.
Hilal Məmmədov ötən ilin iyun ayının 21-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlət
... Читать дальше »