Fevralın 27-də həbsdəki redaktor Hilal Məmmədova dəstək məqsədilə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qarşısında səssiz etiraz aksiyası keçirilib. 20-yə yaxın ictimai fəal məhkəmənin qarşısında əl-ələ tutaraq «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarının pozulmasına, məhkəmə prosesinin qapalı keçirilməsinə etirazlarını bildiriblər. Aksiya Hilal Məmmədovun penitensiar maşınından düşürülüb məhkəmə binasına aparılmasına qədər davam edib.
Bundan əvvəl H. Məmmədovla bağlı prosesin qapalı keçirilməsinə etiraz olaraq ictimai fəallar maska taxaraq səssiz aksiya keçirmişdi.
Hilal Məmmədov 2012-ci ilin iyunun 21-də həbs olunub.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya
... Читать дальше »
26 fevral 2013-cü il tarixdə Azəri – Talış İctimai Birliyinin mərkəzi qərargahında 20-ci əsrin ən müthiş faciələrindən biri olan Xocalı soyqırımına həsr olunmuş ANIM mərasimi keçirilmişdir. Mərasimdə şəhidlərin ruhuna dualar oxunmuş, ehsan sufrəsi açılmışdır.
Birliyin sədri Mehdibəy Səfərov giriş sözü ilə tədbiri açaraq bildirmişdir ki, Xocalı soyqırımı erməni separatçı qüvvələrilə rus hərbi birləşmələrinin düşünülmüş, ölçülüb-biçilmiş və ssenarisi əvvəlcədən yazılmış müştərək cinayətidir və bu, birmənalı olaraq bəşəriyyətə qarşı törədilən ağır cinayət əməli kimi təfsir olunmalıdır.
Tədbirdə yaşlı nəslin nümayəndələri çıxış etmişlər. Onlar rus ordusunun köməyi ilə Xocalı soy
... Читать дальше »