"Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bəyanat yayaraq saxlandığı Bakı İstintaq Təcridxanasında problemlər yaşadığını və səhhətinin pisləşdiyini deyib.
Bəyanatda qeyd olunur ki, iki ay öncə saxlandığı ikinəfərlik kameraya Abuzərov Cəbrayıl Adil oğlu adlı şəxs göndərilib: "Elə ilk təmasdan onun xəstə olduğunu, müəyyən ruhi-psixi çatışmazlığını hiss etdim. Özü də real vəziyyəti – dərmanlarla yaşadığını məndən gizlətmədi. O, əvvəlki 2 ayı (4 aydır təcridxanadadır) 4 nəfərlik kamerada keçirib, məhbus yoldaşlarına artıq mənəvi əziyyət verməməkdən ötrü ikinəfərlik kameraya köçürülməsini xahiş edib. Bütün vasitələrlə ona yardım etməyə çalışıram. Hərçənd elə özüm də astma xəstəliyindən əziyyət çəkirəm və dərdimə bir çarə qılan yoxdur. Bu
... Читать дальше »