Azərbaycanın sinəsinə YAP adlı damğanı YAPışdıran, siyasi səhnəyə gəlişləri ilə ölkənin tarixi inkişafını 91 il geri atan, "91-lər”in aktivi, YAP-ın İdarə Heyətinin qoca sinə vuranı Kərim Kərimov YAP-ın gənc dələduzu adlandırılan Gülər Əhmədovaya qahmar çıxıb və üzünü müxalifət düşərgəsinə bozardaraq, təkəbbürlə "YAP-la oynamaq olmaz” deyib.
Bəli, biz də o fikirdəyik ki, millətinə kələk toru toxuyan, siyasəti qan-qada qoxuyan, hər seçkidə xalqın səsin oğurladıb-əkdirən, parlamenti diktat qarşısında diz çökdürən, əksəriyyət tərkibi dələduz və fırıldaqçılar dəstəsi, hər bir üzvü pulun, vəzifənin sağalmayan xəstəsi, arsızlar ordusu, dərdə gülüb-irişən, dili yalana, əli rüşvətə öyrəşən, tərifdən güc alan, alçaqlıq içində boy verib ucalan, yalan
... Читать дальше »