"Talişi sədo” qəzetinin həbsdə olan redaktoru Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi çərşənbə axşamı onun işi üzrə geniş dinləmələr keçirib.
Dinləmələr H.Məmmədovun iyunun 21-də Nəsimi polisi tərəfindəın saxlanılan zaman işgənclərə məruz qalması haqda məhkəmə iddiasına həsr edilib. Dinləmələr zialıların, siyasi partiyaların, ictimai qurumların təmsilçilərinin iştirakı ilə Müsavat partiyasının qərargahında keçirilib.
Komitə toplantı işitarkçılarına istintaqın gedişi və iki ay ərzində H.Məmmədovun hüquqlarının müdafiəsilə bağlı atdığı addımlar haqda məlumat verib.
Helsinki Vətəndaş Assambleyası Milli komitəsinin sədri Arzu Abdullayeva qeyd edib ki, idtintaqın gedişi müdafiə komitəsini H.Məmmədova qarşı narkotika saxlamaq i
... Читать дальше »
28 avqust Hilal müəllimin doğum günüdür. İlk dəfə olaraq Hilal müəllim doğum gününü dəmir barmaqlıqlar arasında qeyd edir. Şübhə yoxdur ki, bir ALİMİN öz doğum gününü həbsxanada qeyd etməsi ilk növbədə cəmiyyətin - indiki halda isə Azərbaycan cəmiyyətinin faciəsidir. Bu faciəni cəmiyyətimizə yaşadanların adı, ünvanı, məqsədi, motivi... bəlli.
Reallıq budur ki, zülmün ərşə dirəndiyi bu gün Azərbaycan özü boyda bir zindandır. Əliyevlərin zindanı. Hilal müəllim isə bu zindanda onun özünün dediyi kimi "türmə səadətini" yaşayır. O, Azərbycanın bu gün "daha yaxşı görünən yerindən" cəmiyyətimizi seyr edir...