Nizami Rayon Məhkəməsinin barəmdə çıxardığı 3 aylıq həbs qətimkan qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayətim təmin edilməsə də, o 10-15 dəqiqəlik məhkəmə prosesindən bəzi maraqlı məqamları nəzərinizə çatdırmaq istəyirəm...
Vəkillərim Ramiz Məmmədov və Yalçın İmanov barəmdə seçilmiş 3 aylıq qətimkan tədbirinin istər ölkə qanunlarına, istərsə də Avropa Konvensiyasının hüquq normalarına tamamilə zidd olduğunu min bir faktla əsaslandırmalarına baxmayaraq müstəntiqin "Bunlar hamısı cəfəngiyyatdır, Hilal Məmmədov hələ 1992-ci ildən İrana casusluq edib, camaata silah paylayıb, sonra da qaçıb Rusiyada gizlənib...” fikrinə dözməyib, hakimdən mənə iki-üç kəlmə söz deməyə izn istədim.
Dedim: – Möhtərəm hakimlər, yəqin siz də, biz də, m
... Читать дальше »