Nüfuzlu «Ştern» jurnalı da hakimiyyəti tənqid atəşinə tutdu
«Neft pulları da Azərbaycan hakimiyyətinə tənqidlərdən qaçmağa kömək etmədi»
Almaniya mediası Azərbaycanda keçiriləcək "Eurovision” musiqi yarışmasının fonunda bu ölkədəki ictimai-siyasi durum, insan haqları və söz azadlığının vəziyyətilə bağlı oxucularını məlumatlandırmaqda davam edir. Həmin məqalələrdə Azərbaycandakı bərbad durumla əlaqədar birbaşa hakimiyyət hədəf göstərilir və anti-demokratik idarəçiliyə görə sərt tənqid olunur. Bildirilir ki, Azərbaycan hakimiyyəti "Eurovision” musiqi yarışmasına külli miqdarda pul xərcləməklə dünyanın diqqətini bu ölkədə insan haqlarının pis vəziyyətindən yayındırma
... Читать дальше »
Ənvər Börüsoy MTN-nin sifarişilə növbəti dəfə böürüb. Bu dəfə o, özünə talış deyə biləcək bütün potensial insanların Ermənistan və ermənilərlə iş birliyində olması iddiası ilə çıxış edib. Biz bu dəfə ki, böürməni də təsadüfi hesab etmirik.
Məlumdur ki, ermənilərlə iş birliyində və yaxın qohumluqda olan Azərbaycan iqtidarı çətin günlərini yaşayır. Təzədən ölkə əhalisini və xalqlarını süni şəkildə qarşı-qarşıya qoymaq hazırkı vəziyyətdən irticaçı rejim üçün ən yaxşı çıxış yolu olardı. Şübhə etmirik ki, rejim sahiblərinin "ermənilərlə əməkdaşlıq etmək" kimi öz adını ölkənin köklü xalqlarına qoymaqla ömrlərini təzədən uzatmaq istəyi bu dəfə baş tutmayacaq.