Ermənistan Dövlət Universitetinin İranistika Kafedrasında professor Qarnik Asatryanın rəhbərliyi ilə hazırlanan "Talış xalqının tarixinə və mədəniyyətinə giriş” monoqrafiyası İranda "İlin kitabı” mükafatına layiq görülmüşdür. İranın Mehr İnformasiya Agentliyinin yaydığı məlumata görə mükafatın verilməsilə bağlı düzənlənən təntənəli mərasimdə İİR-nın Prezidenti Mahmud Əhmədnicat, İranın yüksək vəzifəli şəxsləri, İİR-da akreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları iştirak etmişlər.
"Talış xalqının tarixinə və mədəniyyətinə giriş” monoqrafiyası İranistika sahəsində tədqiqat nominasiyası üzrə birinci yerə layiq görülmüş və mükafat Prezident Mah
... Читать дальше »
Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qərbi Yaxın Şərqdə demokratiyanı təhlükəsizliyə qurban verməməyə çağırıb.
Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, cümə axşamı George Washington Universitetində çıxışı zamanı nazir deyib: "Hakimiyyətlərin atadan oğula keçdiyi dövr artıq arxada qaldı. Dünya dəyişir. Misirdə Hüsnü Mübarək məsələn, 20 il əvvəl insanların çap makinası istifadə etdiyi dövrdə də prezident idi, indiki Facebook dövründə də. Bu, tarixə təhqirdir”.
Ə.Davudoğlu ötən il ərəb ölkələrində baş qaldırmış inqilabların "qarşısıalınmaz" olduğunu bəyan edib. O, Qərbi "ərəb baharı”na adekvat cavab verməyə və "tarixi səhvləri təkrarlamamağa” çağırıb. Bu zaman o, Rumıniyada Çavuşeskunun devrildi
... Читать дальше »