Bu adın müəllifi Rəsulzadədir Azərbaycan Parlamentinin dünənki (01.02.2012) iclasında deputatlar Azərbaycan Respublikasının adının dəyişdirilməsini təklif ediblər. Təklifə hökumətyönlü deputatlardan dəstək gəlib. YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, son zamanlar ictimaiyyət arasında Azərbaycan Respublikasının Şimali Azərbaycan Respublikası adlandırılması barədə təkliflər irəli sürülür: "Dünya praktikasında Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr kimi dövlət nümunələri var. Azərbaycan Respublikasının da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan Respublikası adlandırılması daha məqsədəuyğun olardı”.
Güclü küləklə müşaiyət olunan qar yağışı Bakıda və ölkənin bir çox rayonlarında həyatı, demək olar ki, iflic edib.
Hələ dünən axşam saatlarından paytaxtda yollar buz bağlayıb. Qar yağışı vəziyyəti bir az da çətinləşdirib. Əlverişsiz hava proqnozlarına baxmayaraq, şəhər rəhbərliyi nəqliyyatın hərəkətinin və digər həyati xidmətlərin işinin təmin edilməsi üzrə ciddi tədbirlər görməyib. Yalnız paytaxtın əsas küçə və prospektlərinə qismən qum səpilib. Qaryığan texnikadan demək olar ki, istifadə olunmur.
Enerji təchizatında ciddi fasilələr var. Xüsusən, Əhmədli, Binə, Lökbatan, Əmircan, Xətai rayonu NZS qəsəbələrində, habelə Bakının mərkəzində bir sıra yerlərdə elektrik enerjisi verilməsi dayandırılıb.