"Azərbaycanda vicdan məhbusu yoxdur” deyənin özünün vicdanı yoxdur Əliyevçi rejimdən söz düşəndə aktuallıq qazanan atalar sözlərindən biri, bəlkə də birincisi "Yalançının yaddaşı olmaz” deyimidir. Düzdür, bunlar "milli yaddaş” sözünü çox sevirlər, bu ifadəni tez-tez təkrarlayırlar, amma özlərinin ciddi hafizə problemi var. Məsələn, üç-dörd gün bundan əvvəl Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında ölkədə 14 vicdan məhbusu olduğunu qeyd edib. Əlbəttə, vicdan məhbuslarının sayı daha çoxdur, amma yenə də adam Allaha şükr eləyir ki, Seyidov ağlını bir vaxtlar Strasburqda yoxa çıxan kürkü ilə bərabər itirməyib, "Nə? Vicdan məhbusu? Özü də
... Читать дальше »