Fazil Lənkəraninin Rafiq Tağının öldürülməsi ilə bağlı fətvası olmayıb. Bunu, yazıçının qətlini araşdıran jurnalistlərdən ibarət müstəqil Təhqiqat Qrupunun rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayev deyir. Onun sözlərinə görə, bu fətva ümumi olub və sırf R.Tağıya şamil olunmayıb: "Mən məsələni araşdırmışam. O zaman Danimarkada bir karikaturaçı Islam peyğəmbərini təhqir etmişdi. Sonra Isveçdə təhqiredici bir məqalə çıxmışdı. Rafiq Tağı isə Azərbaycanda məlum məqaləni yazmışdı. Həmin vaxt Lənkəraniyə sualla müraciət etmişdilər ki, bu cür tendensiya var, bunun cəzası nədir? O da bildirmişdi ki, bunun cəzası ölümdür. O, konkret Rafiq Tağını nəzərdə tutmayıb və deməyib ki, onu öldürmək lazımdır. Mən ş
... Читать дальше »
İranda nufuz qruplarından biri kimi tanınan "Ənsari-Hizbullah” təşkilatının Təbriz bölməsinin rəhbəri axund Ruhullah Becani prezident Mahmud Əhmədinejada açıq məktub yazaraq onun Azərbaycan Respublikası ilə bağlı siyasətinə etiraz bildirib.
Müraciətdə deyilir: "Azərbaycan və Qafqaz məsələsi gələcəkdə islam rejimi üçün təhlükəyə çevriləcək. Bir tərəfdən islamofobiya və islama zidd hərəkətlərin yayılması, İranın şimal-qərb əhalisi üçün Bakının əyləncə şəhərinə çevrilməsi, digər tərəfdən isə separatçı qüvvələrin təşkilatlanması ölkəmizi təhdid edir. Mənim Azərbaycan və Ermənistanla bağlı qeyri-dini, masqara və gülünc siyasətinizə etirazım var.
«Bakı küçələrində asılmış nəhəng portretlər Suriyada etirazçıların yandırdığı Hafiz-Bəşər Əsəd portretlərilə oxşarlıq təşkil edir»
ABŞ-ın "The National Review” jurnalında Azərbaycanla bağlı məqalə dərc olunub. Devid Prays Consun qələmə aldığı məqalə "Bakıda yeni olanlar nədir?” adlanır. "The National Review” jurnalının əsası 1955-ci ildə Nyu-Yorkda qoyulub. Dərgi müxtəlif illərdə beynəlxalq mükafatlara layiq görülüb. Jurnal müstəqil mövqeyi və səhifələrində tanınmış yazarlara imkan yaratmasıyla tanınır. Onun nəinki ABŞ-da, dünyanın bi
... Читать дальше »