Yaxud BMT-dəki səsvermənin uğuruna sevinən seçki saxtakarları
Öz vətəndaşları üçün təhlükə mənbəyi olan, onların hüquqlarını kobud şəkildə pozan bir dövlət BMT Təhlükəsizlik Şurasına müvəqqəti (2 illik) üzv seçilməsini böyük qələbə kimi qeyd edir. Dəsmal götürüb bu xalqın halına ağlamağa 7 ana lazımdır. Bu, uşaq başı yozmaqdır axı...
Bu xalqın malı talan edilsin, səsini çıxarmaq hüququ olmasın, üstəlik, ona deyəsən: sevin, sevin, sənin dövlətin BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilib. Özü də cari bir üzvlükdür. Enində-sonunda nəyisə həll etmir. Bizim ölkədə az qala heç kimin tanımadığı Qabon adlı Afrika ölkəsi 4 dəfə seçilib bu yerə. Biz də seçilmişik, lap yaxşı. Bizə nə bundan? Axı xalqa nə bundan?