Transxəzər qaz kəmərinin Rusiyadan yan keçməklə tikintisi bütün Xəzəryanı dövlətlərin mövqelərinin razılaşdırılmasını tələb edir. Bu barədə Rusiya prezidenti Dmitri Medvedev RF Təhlükəsizlik Şurasının iclasında bildirib. Xüsusən, o qeyd edib ki, ayrı-ayrı ölkələr və Avropa İttifaqı, Rusiyanın digər tərəfdaşları enerji daşıyıcıları nəqlinin diversifikasiyası haqqında düşünür.
"Bununla belə, Təhlükəsizlik Şurası üzvlərinin diqqətini artıq müzakirə etdiyimiz mövzulardan birinə çəkmək istərdim, mən öz həmkarlarımla da bu mövzunu müzakirə etmişəm – Xəzər dənizinin dibindən çəkiləcək Transxəzər qaz kəməri. Bu, kifayət qədər mürəkkəb məsələdir, daxili dəniz kimi Xəzər dənizinin statusundan birbaşa asılıdır və Xəzər Sammitinə daxil olan bütün dövlətlərin mövq
... Читать дальше »
Ələt-Astara avtomobil yolunu tikən inşaatçılar əmək haqqının aşağı və əmək şəraitinin pis olmasına etiraz olaraq bu gün tətilə başlayıblar.
Şənbə günü səhər saatlarından etibarən onlar Salyan rayonunun Çuxanlı kəndində, "Azəryolservis” dövlət şirkətinin sifarişi ilə həyata keçirilən layihənin əsas podratçısı olan İtaliyanın Todini şirkətinin ofisinin həyətində toplaşıblar.
"Demokratiyaya yardım” regional QHT-nin rəhbəri Emil Məmmədovun Turana verdiyi məlumata görə, fəhlələr ayrı-seçkiliyə qarşı etiraz edirlər. Belə ki, əcnəbi işçilər ayda 2-3 min avro maaş alır, Azərbaycanlı heyətə isə 200-500 manat əmək haqqı verilir. Azərbaycanlı əməkdaşları şənbə və bazar günləri də daxil olmaqla, bütün gün işləməyə məcbur edirlər və buna görə əlavə pul
... Читать дальше »