Sentyabrın 9-da ailə üzvləri "Binəqədioyl”un mühafizə xidməti tərəfindən fiziki zorakılığa məruz qalan jurnalist İdrak Abbasov sentyabrın 10-da təqibə məruz qalıb. Bu haqda Turan-a jurnalist özü bildirib.
Onun sözlərinə görə, dünənki zorakılıqla əlaqədar xəstəxanaya düşən ailə üzvlərinə öz avtomobilində yemək apararkən "KU-342” nömrəli "Mersedes” avtomobili onu təqib etməyə başlayıb. Avtomobildə olanlar jurnalistdən dayanmağı tələb ediblər. Lakin İ.Abbasov 20 yanvar dairəsində avtobusların arasına girərək təqibçiləri azdıra bilib.
Xəstəxanada yatan ailə üzvlərinin durumu haqda açıqlama verən İ.Abbas atası ilə qardaşının səhhətinin sabitləşdiyini, anasının vəziyyətinin isə hələ də kritik olduğunu qeyd edib. "Mənə və ailə üzvlərimə qarşı baş ve
... Читать дальше »