Masallı rayonunun Ninalov kəndinin yolu enişli-yoxuşludur. Yol boyu göz işlədikcə əkilməmiş sahələr uzanır. Ninalovun girəcəyində qoyun otaran bir şəxslə rastlaşdıq. Onun xahişi ilə ayaq saxlayıb dərdləşməli olduq. O, söhbət əsnasında özünü Ağabağır Əliyev (foto) kimi təqdim edir:
«Əkin əkmək sərf etmir, traktor baha gəlir. Məcbur olub mal-qara saxlayırıq. Traktor baha, məhsuldarlıq aşağı, suvarmaq olmur. Uşaqlarımın çoxu Rusiyadadırlar. Burda iş yoxdur. Dörd uşağım yoldaşı ilə, uşaqları ilə Tümendədir».
75 yaşlı Ağabağır kişi ilə söhbətimizə kəndin digər sakini Şakir Əliyev də qoşulur:
«Məktəb qonşu Sığdaş kəndindədir. Yollar pis gündədir, uşaqlar məktəbə çəkmə ilə gedir, məktəbdə çəkməni ayaqqabıya dəyişirlər
... Читать дальше »
Avqustun 24-də Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalov (1980-ci ildə anadan olub) Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və geri qayıtmayıb.
Avqustun 28-də T.Zeynalovun valideynləri, həyat yoldaşı və qardaşı MTN-ə gələrək açıqlama tələb ediblər. Cavab almayan qohumları yerli jurnalistlərə və hüquq müdafiəçilərinə müraciət ediblər. Turacın İsa adlı qardaşı RATİ-nin Naxçıvandakı müxbirinə bunları söyləyib: "Avqustun 24-də qardaşımı MTN-nə çağırmışdılar. Ancaq nə üçün çağırıldığını bilmirdi. Qardaşım həmin gün evdən çıxıb qayıtmayıb. Bir gün sonra biz onun MTN-də olduğunu öyrəndik. Onunla görüş tələb etdik. Onda onu başına torba keçirilmiş halda atama və həyat yoldaşına göstərdilər. O qədər döymüşdülər ki, yeriyə bilmirdi”. ... Читать дальше »