Bu gün (06.07.2011) Masallı rayon kitabxanasının oxu zalında xalqımızın qocaman şairi, 71 yaşlı Ağayev Xanəli Şirəli oğluna - Xanəli Tolışə "Qızıl Qələm” mükafatının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Tədbiri giriş sözü ilə bu günlərdə çap üzü görmüş, 194 masallılı yazarın əsərləri toplanmış "Masallının söz çələngi” kitabının redaktoru, şair-publisist Rafiq Məmməd açmışdır.
Şair-publisist Allahverdi Bayrami Xanəli Tolışın həyat və yaradıcılığı barədə məruzə ilə çıxış etmişdir. Sonra Masallı rayon icra hakimiyyətinin yubilyara təbriki oxunmuşdur.