Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsi bu gün Liviya lideri Muammar Qaddafi və onun yaxın adamlarının həbsi barədə order verib.
Qərara görə Muammar Qaddafi, oğlu Seif al-Islam Qaddafi və kəşfiyyat rəhbəri Abdullah al-Senussi etirazçılara divan tutumaq ittihamı ilə həbs edillib məhkəməyə çıxarılmalıdır.
Rusiya prezidenti Dmitri Medvedev Kazan sammitinin yekunlarından o qədər məyus olub ki, vasitəçilik missiyasını dayandırmağa hazırdır, bu barədə Moskvanın "Kommersant” qəzeti yazır.
O, cənab Əliyev və Sarkisyanın növbəti görüşünü yanlız o şərtlə təşkil edəcək ki, həmin görüşdə Ermənistan və Azərbaycan prezidentləri nəhayət Qarabağ nizamlanmasının prinsipləri haqqında sənəd imzalasınlar.
Sammit ərəfəsində vasitəçilər Bakı və Yerevanı sənəd imzalamağa məcbur etmək üçün onlara böyük təzyiq göstərirdilər. Kazan görüşündən bir gün əvvəl Fransa prezidenti Nikola Sarkozi məktub yazaraq, Azərbaycan və Ermənistan liderlərini "cəsarət və müdriklik nümayiş etdirərək, sülhün lehinə qəti seçim etməyə” çağırıb. ABŞ prezidenti Barak Obama isə İlham Əliyev və Ser
... Читать дальше »