Azərbaycan və Ermənistan prezidentlərinin bu gün baş tutan Kazan görüşündə bəzi məsələlərdə anlaşma əldə edilib, amma hər hansı sənəd imzalanmayıb. Görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə bəyanat yayıblar.
Sənəddə prezidentlər qeyd edirlər ki, "əsas prinsiplərin qəbulu üçün şərait yaradan bir sıra önəmli məsələlərdə qarşılıqlı anlaşma əldə edilib”. Onlar baza prinsiplərin razılaşdırılması üçün aparılan işin gedişini nəzərdən keçiriblər.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sargsyan danışıqlara vasitəçilik edən ATƏT-in Mİnsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransaya "Dağlıq Qarabağ probleminin həllini daim diqqətdə saxlamalarına” görə təşəkkür ediblər. Əliyev
... Читать дальше »