İctimai Palata – demokratiya uğrunda vətəndaş hərəkatının bazar günü keçirdiyi aksiya coğrafi əhatə dairəsinə görə son ayların ən geniş miqyaslı aksiyası oldu. Müxalifətin azsaylı, lakin çevik qrupları gözlənilmədən şəhərin müxtəlif yerlərində - Nərimanov, Yasamal, Səbail, Nizami, Binəqədi rayonlarında peyda olaraq, "Azadlıq!”, "Siyasi məhbuslara azadlıq”, "İstefa!” şüarları səsləndiriblər.
Polisin şəhərin bir çox meydan və parklarını nəzarətə baxmayaraq, bəzi yerlərdə müxalifətçilər kiçik yürüşlər təşkil etməyə müvəffəq olublar.
Belə ki, 40-a yaxın müxalifət tərəfdarı metronun "İnşaatçılar” stansiyasının yanından keçmiş "Qələbə” kinoteatrına doğru yürüş ediblər. Polislər gələnə qədər aksiya iştirakçıları həyətlərə "dağılışıblar” və saxlanıl
... Читать дальше »