Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun, eləcə də digər şəxslərin – partiya sədrinin müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin istintaqı yekunlaşıb. İyun ayının sonlarına qədər işin məhkəməyə göndərilməsi gözlənilir. Yekun ittihamlar bildirilib.
Yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1. (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunma
... Читать дальше »
Strasburq, 31.05.2011 – İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) bu gün Azərbaycan üzrə yeni hesabat dərc etmişdir. ECRI-nin Sədri Nils Muiznieks söyləmişdir ki, müəyyən irəliləyişlərin baş verməsinə baxmayaraq, hələ də qeydiyyata alınmamış dini qurumların və beynəlxalq müdafiə axtaran şəxslərin durumu kimi bəzi sahələrdə problemlər qalmaqdadır.
Miqrant fəhlələrin inzibati prosedurlarını sadələşdirmək məqsədilə Dövlət Miqrasiya Xidməti yaradılmış və immiqrantlar üçün vahid pəncərə xidməti fəaliyyətə başlamışdır. Həmçinin, səlahiyyətli qurumlar müvafiq qanunvericiliyi gücləndirmək məqsədi ilə Miqrasiya Məcəlləsini hazırlayırlar. Qaçqınların sosial hüquqlara çatımlılığını yaxşılaşdırmaq üçün tədbirlər görülmüş və dövlət qurumları vət
... Читать дальше »