Gənclərin bu günə təyin edilmiş hökumət əleyhinə "Böyük xalq günü" aksiyası Bakının müxtəlif yerlərində baş tutub.
Bir qrup gənc Bülbül prospekti istiqamətində yürüş edib.
Lakin Səməd Burğun küçəsi ilə kəsişmədə Nəsimi bağında polis onların qarşısını kəsib və dağıtmağa başlayıb. Bir neçə nəfər, o cümlədən məşhur jurnalist Şahvələd Çobanoğlu, "Azadlıq" qəzetinin əməkdaşları Elvin Həsənli, Əfqan Muxtarlı, hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb.
Get-gedə yeni etirazçı qruplarının ortaya çıxması əksəriyyəti mülki geyimdə olan polislərin qəzəbinə səbəb olur. Onlar jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı fiziki zor tətbiq edilib, onları təhqir edilib.
Polislərdən biri Turan agentliyinin fotoreportyoru Etimad Budaqovun qarın na
... Читать дальше »
Niderlandda fəaliyyət göstərən "Azərbaycanda Demokratiya Uğrunda” Komitə və Demokratik Azərbaycan Cəbhəsi təşkilatları martın 10-da Azərbaycanın Haaqa şəhərindəki səfirliyi önündə aksiya keçiriblər.
Aksiyada qeyd olunub ki, ölkədə demokratiya istəyən gənclər repressiya ilə üz-üzə qalıb, onlar oğurlanır, döyülür, təhqir edilir, şəxsiyyəti alçaldılır, digər qeyri-insani hərəkətlərə məruz qalır, zindanlara atılırlar.
Aksiyada Azərbaycanda repressiyalara son qoyulması, sərbəst toplaşmaq azadlığına təminat verilməsi, dinc aksiya iştirakçılarına zor tətbiq edənlərin məsuliyyətə cəlb olunması, həbsdəki gənc siyasi fəalların dərhal azadlığa buraxılması tələb edilib.