Son günlərin ən çox müzakirə olunduğu "Neftçi” – "Xəzər Lankon” qarşılaşması nəhayət ki, baş tutdu. Gözləndiyi kimi maraqlı keçən qarşılaşmada heç bir komanda hesabı aça bilmədi və ilk dəqiqədən sonadək gərgin keçən "böyük oyun” 0:0 hesablə heç-heçə ilə yekunlaşdı.
Oyuna gəldikdə, "Xəzər Lankon” matça 4-2-3-1 taktiki sxemi ilə çıxdı. Yeni transferlərin bir çoxu bu görüşdə start heyətində yer almışdı. Müdafiənin mərkəzində Elvin Beqiri ilə yanaşı Adrian Skarlatake, sol cinahda isə Simao Bruno qərarlaşmışdı. Meydanın mərkəzində Rahid-Mureşan cütlüyünə cinahlardan Pits və Kyaku dəstəkləyirdi. İrəli çəkil
... Читать дальше »