Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Ноябрь » 26 » Ziyalılar Forumu bəyanat verdi
14:13
Ziyalılar Forumu bəyanat verdi
"Bu seckilər ölkə ücün taleyüklü olacaq”

Azərbaycan Ziyalılar Forumu noyabrın 26-da bəyanat verib. Bəyanatda deyilir:

"Azərbaycan Ziyalılar Forumu təsis edildiyi gündən özünün məqsəd və vəzifələrini ictimaiyyətə açıq bəyan edib. Əsas məqsədimiz mütərəqqi islahatların reallaşmasında, hakimiyyət və vətəndaş cəmiyyəti arasında dialoqun aparılmasında,   Azərbaycanın modernləşməsində, sabit və dayanıqlı inkişafın davamlı prosesə çevrilməsində ziyalıların rolunun gücləndirilməsinə nail olmaqdan ibarətdir.

Elan etdiyi prinsiplərə sadiq qalan Ziyalılar Forumu bu illər ərzində vətəndaş cəmiyyətinin nüfuzlu mütəxəssisləri, toplumun fəalları, gənclər və siyasi partiya nümayəndələrinin iştirakı ilə ardıcıl və açıq ictimai dinləmələr keçirib, xalqımızı narahat edən sosial, iqtisadi, siyasi, hüquqi, humanitar və digər aktual məsələləri müzakirə edib.
Bu dinləmələr əsasında Ziyalılar Forumu öz mövqeyini formalaşdırıb və onu konkret təkliflər, sənəd və bəyanatlarda əks etdirib. Forum dəfələrlə hökumətə müraciət edərək ölkədə həlli vacib olan, həyati əhəmiyyətli islahatların keçirilməsinə çağırıb.

Ziyalılar Forumunun bu fəaliyyəti Azərbaycan cəmiyyətində çox böyük ümid və rəgbətlə garşılanıb, geniş əks –sədaya səbəb olub. Müstəqil KİV-lərdə gedən yüzlərlə material, Azərbaycan mədəniyyətinin, elm və təhsil sahəsinin görkəmli nümayəndələrinin bu prosesə qoşulması, qeyri-hökumət sektorunun aparıcı təşkilatları, fəal gənclər və siyasi partiyalarla əməkdaşlığın genişlənməsi də bunun bariz nümunəsidir.

Təəssüf ki, bu illər ərzində ölkə hakimiyyəti Ziyalılar Forumunun təklif və müraciətlərini qulaqardına vurub, sanki bu qurumu görmürmüş kimi davranıb. Bundan əlavə, təxminən bir ildir ki, Ziyalılar Forumunun üzvlərini susdurmaq,  vətəndaş mövqeyimizdən cəkindirmək məqsədilə hakimiyyət bizə qarşı açıq və kobud təzyiqlərə başlayıb. Lakin bunun təsirsiz olduğunu, əksinə Forumun öz fəaliyyətini genişləndirməkdə davam etdiyini gördükdə hakimiyyət, ağ yalanlara, mahiyyətcə əxlaqsız və çirkin üsullara əl atmaqla Azərbaycanın tanınmış ziyalılarına qarşı açıq "mənəvi terrora”, "qara piar” kampaniyasına rəvac vermişdir.

Baş verənlərə adi səthi baxış onu göstərir ki, Ziyalılar Forumuna qarşı belə genişmiqyaslı siyasi və informasiya hücumunun arxasında  uzağagedən məqsədlər  dayanır. Özü də burada məsələ yalnız öz xalqının etirazını, tələblərini, ağrı-acılarını səsləndirən azərbaycanlı ziyalıları susdurmaqda deyil. Hakimiyyət bu davranışı ilə eyni zamanda, ictimaiyyətin diqqətini ölkə və dünya KİV-lərində korrupsiyaya dair dərc olunmuş jurnalist araşdırmalarından, məlum "video qalmaqallardan” yayındırmağa çalışır. Çünki bu materiallar sayəsində  dünya ictimaiyyətinə bir daha sübut olunub ki, Azərbaycanda hakimiyyətin bütün qolları – qanunvericilik, icra və məhkəmə hakimiyyəti müxtəlif kriminal qrupların əlində alətə çevrilib, klanların hökmranlığı və korrupsiyaya əsaslanan siyasi sistemdə  legitimlik əlaməti qalmayıb.
Hakimiyyət ictimai rəyi, həm də bu yaxınlarda qəbul edilmiş qanun dəyişikliklərindən yayındırmağa çalışır. Bu düzəlişlər  hakimiyyəti tənqid edən hər bir kəsə qarşı geniş miqyaslı repressiyalar üçün "hüquqi” əsas yaradır.

Hakimiyyət əslində bu suallardan yayınmağa çalışır ki, Yaxın Şərqdə, Avropadakı onlarca villa, offşor zonalarda dövlət rəhbərlərinin yaxınları və qohumlarının, hətta yetkinlik yaşına çatmayan uşaqlarının adına rəsmiləşdirilən onlarca şirkət hansı pullara alınıb? Bu şirkətlər respublika iqtisadiyyatının demək olar ki, bütün sahələrində (neft, nəqliyyat, telekommunikasiya və rabitə, bank, maliyyə, ticarət və s.) xammal resursları, iri müəssisələr, ölkə daxilində və xaricdə külli miqdarda əmlakın sahibidir. Onlar özlərinə məxsus banklar vasitəsilə dövlət büdcəsinin vəsaitləri də daxil olmaqla, onlarca milyard dollarlıq iri maliyyə axınlarına nəzarət edirlər. Hakim elita Azərbaycan torpağının altında və üstündə olan hər şeyi, faktiki olaraq ya özəl mülkiyyətinə çevirib, ya da onu nəzarət altına almaqla ölkə iqtisadiyyatını şəxsi maliyyə maraqlarına tabe etdirib.

Hakimiyyət istəyir ki, ictimaiyyətə Avropa Şurasında "kürü diplomatiyası” ilə bağlı qalmaqalı, eləcə də Avroviziya və Beynəlxalq İnternet Forumunda baş verən biabırçılıqları unutdursun. Bu qalmaqallar açıq-aşkar göstərir ki, yalnız daxili siyasi həyatda deyil, beynəlxalq aləmdə də Azərbaycan hakimiyyəti özünün nufuzunu  itirmək üzrədir.
Ziyalılar Forumunun üzvlərini daşnaklarla "mifik” əlaqələrdə ittiham edən hakimiyyət belə bir faktı ictimaiyyətdən gizlətməyə çalışır ki, rəsmi danışıqlar prosesində qeyri-peşəkar və düşünülməmiş addımları ilə Dağlıq Qarabağın müstəqilliyinin  tanınması kampaniyasına başlamaları üçün ermənilərin əlinə kart-blanş verib.

Ölkədə vətəndaşların əsas hüquq və azadlıqları (söz və vicdan azadlığı, sərbəst   toplaşma azadlığı, ədalətli məhkəmə, əmək hüquqları, sosial ədalət, özəl mülkiyyət hüquqları) pozulur, hakimiyyət açıq-aşkar nümayiş etdirir ki, ölkədə sosial və siyasi sarsıntılara gətirib çıxaracaq bu dağıdıcı kursu davam etdirmək niyyətindədir. Hakimiyyət bununla da, nəinki özünün daxili siyasi və beynəlxalq nufuzunu, həmçinin Azərbaycan dövlətçiliyinin və xalqının iradəsini ifadə etməyə mənəvi haqqını da itirmiş olur. Belə bir vaxtda Ziyalılar Forumu aşağıdakıları bəyan etməyi vacib bilir:

Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti üçün bu təhlükəli durumdan çıxmağın yalnız bir hüquqi, sivil və effektiv çıxış yolu var – xalqın hakimiyyəti formalaşdırmaq hüququnun təmin edilməsinə nail olmaq. Bu gün Azərbaycan Konstitusiyasının "hakimiyyətin mənbəyi xalqdır” kimi fundamental prinsipi əməldə təmin olunmur. Nə qədər ki, hakimiyyət bələdiyyə, parlament və prezident seçkilərində yalnız özlərinin – korrupsiyalaşmış klanların "qaliblərini” təyin edəcəyinə əmindir, ölkəmizdə digər hüquqların təminatı mümkün olmayacaqdır. Bu vəziyyətdə biz total korrupsiyadan yaxa qurtarmayacaq,  məmur özbaşınalıqlarının, yoxsulluq və sosial ədalətsizliyin qarşısını ala bilməyəcəyik.

Buna görə də ölkəmiz üçün, indiki və gələcək nəsillər üçün gələn il Azərbaycanda  keçiriləcək  prezident seçkiləri çox önəmli, taleyüklü hadisədir.
Azərbaycan Ziyalılar Forumu vətəndaş cəmiyyətinin görkəmli nümayəndələri, QHT rəhbərləri, gənclər təşkilatlarının fəalları, tanınmış politoloq və hüquqşünaslarla çoxsaylı görüşləri nəticəsində ədalətli və şəffaf seçkilərin keçirilməsinin ictimai layihəsini hazırlayıb. Bir çox ölkələrin real təcrübəsinə əsaslanan bu layihəyə seçki nəticələrini bütün mümkün saxtalaşdırmalardan qoruyan müasir metodlar daxil edilib. Buraya yerli və beynəlxalq müşahidəçilərin işi, ekzit-polların keçirilməsi, səslərin paralel sayılması və s. üsullar daxildir. Ziyalılar Forumu bu layihənin ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi üçün özünün bütün təsir imkanlarından istifadə etmək niyyətindədir.
Ədalətli seçki nəticəsində hakimiyyətə gələcək prezidentin dərhal legitim, cəmiyyət qarşısında hesabat verən hakimiyyəti formalaşdırmaq, köklü demokratik islahatları keçirmək imkanı olmalıdır.
Ziyalılar Forumu sosiologiya, hüquq, politilogiya və iqtisadiyyat sahəsindəki ekspertlərlə birlikdə seçkilərdən dərhal sonra ölkə rəhbərliyinin effektiv işləyəcəyinə imkan verəcək proqramların hazırlanmasına başlayıb.

Bu proqramlar artıq avtoritarizmdən demokratiyaya uğurlu keçid edən bir çox ölkələrin beynəlxalq təcrübəsinə, həm də Azərbaycan xalqının özəlliklərinə, onun tarixi yolu və mədəniyyəti, müsəlman Şərqində ilk demokratik, parlament respublikasının təməlini qoyan görkəmli siyasi xadimlərmizin yaratdığı  siyasi ənənələrinə əsaslanır.
Ziyalılar Forumunun yaxın zamanlarda ictimai təqdimatını keçirməyi nəzərdə tutduğu həmin proqramların əsas istiqamətləri bunlardr:
- hakimiyyətin istənilən səviyyəsində korrupsiyasının qarşısının alınması, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hakimiyyətin qolları arasında effektiv balans yaradan yeni siyasi-hüquqi sistemin qurulması;
- postneft mərhələsinə hesablanan və insanların sosial rifah, ölkənin dayanıqlı inkişafını təmin edən yeni sosial-iqtisadi modelin tətbiqi;
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və süverenliyini bərpa etməyə qadir olan yeni siyasi strategiyanın işlənib-hazırlanması.  
 Azərbaycan cəmiyyətinin yeniləşmək istəyini, həmçinin tarix və gələcək nəsillər qarşısındakı məsuliyyətini nəzərə alan Ziyalılar Forumu ölkənin bütün vətəndaşlarını, ictimai-siyasi qüvvələrini demokratik dəyişikliklər naminə birləşməyə çağırır".


Категория: Azərbaycan | Просмотров: 1445 | Добавил: admin | Рейтинг: 4.3/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus