Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Август » 24 » Zindannamə
12:40
Zindannamə
Və ya Xaliqimə əfv ərizəm

(Bu yazımı rəhmətlik Nəcibə nənəmin əziz xatirəsinə ithaf edirəm. Allah o ilk tərbiyyəçim və müəllimimin ruhunu şad, əbədi mənzilini isə cənnəti-məkan etsin, InşAllah!)

 
Çı yari eşğo dıl yarə be,
Hiç nızname, di Ya rə be...
Hırdən əbim, iqləm yar be,
Pi bim, ojnən Yar-Yarabe!
(talışca originalı)
 
Bir Yarın eşqindən qəlb yaralandı,
Hələm çox gənc ikən min yara aldı...
Əhdimdən dönmədim, qocalsam da mən,-
Yenə ol ümidim "Yarəbə” qaldı...
(azəri türkcəsinə məna tərcüməsi)

 
Təxminən 20 il öncə yazdığım bu sətirləri zindanda olduğum bu 2 ayın bəlkə də hər günündə dəfələrlə təkrarlayıb, saysız-hesabsız günahlarımı gözümün önünə bir-bir gətirərək Xaliqimə min şükürlər edirəm ki, bir daha tövbəmdən ötrü o mübarək – o rəhmət qapısını üzümə bağlatmadı... Qətiyyən şübhəm də yoxdur ki, 2 ay yox, 2 il yox, 20 il yox, lap ömürlük (dünyavi) həbs cəzasını alsam belə, yenə Xaliqimin qarşısındaki günahlarımın islahına vaxt çatmaz... Bununla belə, Onun o mübarək – o rəhmət qapısının arxasında intizarla durub, min bir dua ilə Ona yalvararaq tövbəmin qəbul ediləcəyinə də ümidlə yaşayıram...
 
İki ay öncə (21.06.2012) məni vəhşicəsinə döyüb, zorla maşınlarına mindirib Baş "Narkotika” İdarəsinə gətirən, orada və sonra da evimizə basqın zamanı ciblərimə atdıqları o iyrənc "30-35 qramlıq narkotika” səhnəsini də hər an fikirləşib, bu haqsız zülmdə də Xaliqin min-bir hikmətlərini axtarmaqdayam. Əslində, o dünya zindanında olarkən də belə idim: təsadüfən bir daşa ayağım ilişsəydi, dərhal günahlarımı xatırlayıb, tövbəmdən ötrü Xaliqimə yalvarardım... Məhz o gün, mənə - bir müəllim və alimə zalim bir gəncin hər yumruğu dəydikcə, ürəyimdə Xaliqimə şükr edib yalvarırdım: Ya Rəbbim! Kaş o min-bir günahlarımın bir-ikisini də zülmkarların bu haqsız zərbələriylə yuya biləydim... Hələm uşaqlıq illərimdən daim yenilik və ədalət axtarışında olub, mümkün qədər haramlardan uzaq olmağa cəhd etsəm də, bu gün o gənclik – tələbəlik, aspirant və sonrakı illərimdə o Xaliqimin qarşısındaki səhv və günahlarımı axtarıb, araşdırıb, analiz etməkdən bəzən xeyli yorulduğumu da boynuma alıram.
 
"Axı, mən heç narkotikanın üzünü belə görməmişəm, bəs bu nəcisin ciblərimə atılmağının hikməti nədir?!”, - deyib xeyli fikrə getdikdən sonra, yenə də o 20-30 il öncəki dövrümün günahları qarşımda canlanır: "Bəs, lap cüzi də olsa, o şərab (nəcisinin) içdiyin; o çox nadir halda olsa da Rusiyanın kafe və restoranlarının diskotekalarında atılıb-düşdüyün; haram sayılmasa da, o məkruf əməl sayılan siqaret çəkdiyin və i.a. qüsur və günahları nə tez unutdun?!”, düşünüb xeyli xəcalət çəkdim... Ürəyimdə, "bəlkəm də bu narkotikanın cibimə atılmasının bir hikməti budur”, - deyib, həbsimdən 12 gün sonra, mənə yaxılan digər iki ağır şərlənmə - 274 (dövlətə xəyanət) və 283 (milli-dini ayrıseçkilik) barədə də xeyli düşündüm: "Ya Rəbbim!, axı, özünün xəlq etdiyin, gözəl məkanı, dil və mədəniyyəti bəxş etdiyin bir xalqın – Talışların haqqını qorumaq, ona verdiyin təbii və mənəvi sərvətlərini bir ehsanın bilib qayğısına qalmaq, keşiyində durmaq; işğalçıların zülmü ilə parçalanmış və bir qismi o tayda – İranda yaşayan soydaşlarımızla milli-mədəni əlaqələrimizi bərpa etmək naminə apardığımız bu HAQQ mübarizəsində nə böyük qəbahət – nə böyük günah sahibi olduq ki, bu qədər ağır şərlərlə yükləndik?!”
 
Qəfildən diksinib yenə də öz qüsur və günahlarımı axtarmağa cəhd etdim. Yadıma ustadımla bağlı bir rəvayət düşdü: bir gün ifrat bir kürd millətçisi mənşəcə kürd, lakin mömin ustadımızla bəhsə girib, elə yuxarıda özümün qeyd etdiklərim iradları ona bildirəndə ustad ona belə cavab vermişdi: iki növ millətçilik var – xeyirli və zərərli; xeyirli – imandan, zərərli – küfrdən doğar. Xalqını sevmək, haqqlarını qorumaq Allah naminə olub, digər bir xalqın haqqlarına xələl gətirməməlidir. Millətçilik – yeməyə qatılan duzun miqdarı ilə müqayisə oluna bilər: az duz atsan, şit; çox atsan, duzlu olar.  Qədərini bil ki, xörəyin tamlı olsun. Bundan ötrü isə, hər yemək hazırlayanda "Bismillah!” de, duzunu "Bismillah” ilə qat, süfrəni "Bismillah!” ilə aç və o digər türk millətçisini də "Bismillah!” ilə süfrənə dəvət et və o tamlı xörəyi də "Bismillah” deyib birgə yeyin... Vəssalam! Bu rəvayəti yadıma salıb bərk fikrə getdim: "Görünür, mən də nə vaxtsa o emosional gənclik hisslərinə qapılaraq duzun miqdarına nəzarət edə bilməmişəm”, - deyib Xaliqimdan bu günahlarımın da əfvini dilədim...
 
Bununla belə, elə həbsimin ilk günlərindəcə, hüquqlarımın müdafiəsinə qalxmış Müsavat Partiyası və başqanı İsa Qənbərin; AXCP və lideri Əli Kərimlinin və digər türk millətçi, liberal və demokratik ruhlu ictimai-siyasi təşkilatların və digər qardaş və bacılarımın böyük fədakarlıqlarını; bəyanatlarında barəmdə səsləndirdikləri şirin həqiqətləri xatırlayıb, özümdə bir təskinlik tapdım: Demək heç də zərərli millətçi olmamışam, heç olmasa bu son 20 ildə, dəfələrlə bütün digər xalqların nümayəndələri və millətçiləriylə də birgə bir süfrə ətrafında, ölkəmizin və xalqlarımızın ümumi mənafeyi naminə yığışa bilmişik... Beləliklə də bu milli-etnik məsələdə mənə yaxılan qara ləkələrin ("274” və "283”) heç bir hüquqi və mənəvi əsası olmadığına bir arxayınlıq yarandı...
 
Amma yenə də birdən diksinib fikrə daldım: "Bəlkəm, hakimiyyətdə kimlərinsə bostanına çox ağır daşlar atdım ki, axırda biri də qayıdıb özümə dəydi və məni "Şüvəlana”, oradan isə indiki məskunlaşdığım "Kürdəxanıya” atdı?! Axı, bu gün, az qala bütün dünya bundan danışır: youtube saytında yerləşdirdiyim "Ti kto takoy? Davay do svidaniya!” video-rolikinə verdiyim o məlum şərh yaman baha başa gəldi mənə... Doğrusu, bu həbs müddətində həm o bəzi dustaq "paqon” qardaşlarımın, həm mənə baş çəkən o bəzi vəzir-vəkillərin, həm də elə o bəzi özümüzkilərin dəfələrlə mənə xatırlatdıqları aşağıdaki iradları öz-özlüyümdə xeyli xırdalayıb yenə də fikrə daldım: "ay Hilal, yaxşı riyaziyyatçı alimsən, müəllimsən, lap deyək hüquq müdafiəçisi və qəzet redaktorusan, heç sənə yaraşarmı ki, özünü salmısan qeyri-ciddi "meyxana” aləminə, nə bilim Nataşa belə gəldi, manna-kaşa belə getdi, Dubay da belə...
 
Tutaq ki, şeytan milyonların ağlını çaşdırıb yolundan azdırıb, bəs sənə, bir alimə, bir dindara, ona-buna ədəb-əxlaq dərsi öyrədən bir müəllimə saatlarla və günlərlə kompüter arxasında oturub boş və mənasız vaxtlarını itirməyə mənəvi haqq çatırmı? O alim və müəllim bu dəyərli vaxtını yeni elmi əsərlərinin hazırlanmasına və ya tələbə və gənclərin yüksək savad almasına sərf edə bilməzdimi?! Lap elə bunu da qoyaq bir yana, bəs bu ölkənin böyüyünə-kiçiyinə, vəzirinə-vəkilinə bir hörmət – bir ehtiram – bir müraciət etmədən, o NTV-di, ya digər xarici TV jurnalistləridi, ölkəyə töküb, "nə bilim meyxana belə gəldi, meyxana belə getdi”, deyib, at oynadanda, bilmirdin ki, ciblərinə narkotika atılacağına və digər iki ağır ittihamlarla yüklənəcəyinə də bir təəcüb etməməliydin?!
 
Heç dindar alim, müəllim də bu qədər yolunu azarmı?! "Odur ki, fikirləş, ay Hilal, fikirləş, hələ də gec deyil...” Düzü, səmimi və ya qeyri-səmimi deyilməyindən asılı olmayaraq, bu iradlarda kifayət qədər həqiqətlərin gizləndiyini dərk edib, bu dəfə tam ciddi şəkildə fikrə daldım: hətta şeytana atılan daşların da sayında bir məhdudiyyət olduğu halda, güman ki, mən də o məlum bostana artıq sayda daş atdığımdan, biri də özümə tərəf qayıdıb məni atdı  bu zindana...
 
Odur ki, Xaliqimə üz tutub yalvardım: Ya Rəbbim, doğrudan da dünən o dünya zindanında olarkən, öz həm elmi, həm müəllim, həm də dini həyatımda çox qüsur və günahlara yol verdim. İnformatika, İnformasiya Sistemləri və Kibernetika fənnlərinin tədrisi zamanı tələbələrimə dünyanın görkəmli riyaziyyatçısı Nolbert Vinerdən hələm 50-60 il öncə nəşr etdirdiyi bu həyacanlı sətirləri dəfələrlə takrarlatmışdım: qorxum budur ki, yaxın bir gələcəkdə elektron hesablama maşınları (EHM) "Ələddinin sehirli çırağına” bənzəyərək, bir qrup insanların digər milyonları idarə edəcək vasitəyə çevriləcəkdir. İnsanlar zombiləşərək, xeyirdən daha çox ziyanverici yollara düçar olacaqdır... Odur ki, ey sevimli tələbələrim, bu kompüter və ya mobil telefonlardan yalnız xeyirxah məqsədlərlə istifadə etməyə çalışın, zərərli və dünyəvi əyləncələrdən qaçın... Beləliklə də dünən tələbələrimə verdiyim öyüd- nəsihəhətlərin bu gün daha çox özümə aid olduğunu anladım... Bir vaxtlar Darvinin "insanın meymundan əmələ gəlməsi” barədə bildirdiyi ehtiyatsız bir mülahizənin dünyaya yayılıb, milyonlarla insanları azdırdıqları kimi, mənim də youtube-də yerləşdirdiyim və yayımlamasında az-çox rol oynadığım bir video-rolikin də milyonlarla insanları bu qədər əyləndirəcəyini bilmirdim...  
 
Darvin kimi, mən də peşimançılıq hisslərimin içərisində boğularaq Xaliqimə dua etdim: Ya Rəbbim, keç günahımdan, zindana düşməmişdən son 5-6 ay ərzində bu fani dünyaya çox uydum, saatlarla və günlərlə "Ələddinin sevimli çırağı” olan kompüterin qarşısında oturub, zərərli nəticəsini düşünmədən, xoş niyyətlə bir eksperiment apardım: çoxlarının "təsadüfi” yayım hesab etdiyi o məlum video-rolikimin üzərində aylarla işlədim: elmi və dünyəvi (ictimai-siyasi) fəaliyyətimin sintezinin bir nəticəsi olaraq Rusiyada BUM yaradan o rolikin bir gün həbsimlə nəticələnəcəyini isə heç ağlıma belə qətirmədim.
 
Amma, Ya Rəbbim, min şükürlər olsun sənə ki, bu həbsimlə məni xeyli ayıltdın: Bir vaxtlar (10-15 il öncə) sübh namazına təsadüfən qalxa bilmədiyindən, az qala zöhr namazına qədər narahatçılıq çəkən, bəzən isə göz yaşlarını axıdan o Hilaldan bir əsər-əlamət qalmamışdı: bu son 5-6 ayda ibadətlərində ardıcıl olmayıb, bəzən elə o "Ələddinin sehirli çırağının” arxasında yuxulayaraq sübh namazına dura bilmir, zöhrün vaxtını səhlənkarcasına ötürüb "Əsr”ə, "Məğribi” isə "İşa”ya birləşdirir; qısa müddətli səfərlərində isə az qala bütün namazlarını qəzaya verirdi...
 
Ya Rəbbim! Dünyaya uyduğum o son bir neçə aylıq günah və qüsurlarımın əfvi ilə bağlı Sənin tövbə qapını döyürəm, keç günahımdan, islahımdan ötrü möhlət ver, Ya Rəbb! Bu gün biz dustaqlardan daha çox, daha böyük iztirablara, min-bir əziyyətlərə qatlaşmağa məcbur olmuş zindan divarları arxasındakı qohum və əqrəbalarımızın, dost və tanışlarımızın, müdafiəmizə qalxmış hər bir qardaş və bacımızın  dua  və istəklərini qəbul  et, ya Rəbb! Bizi bu zindan məşəqqətindən qurtarmaqla Onları da sevindir! Ya Rəbbim! Yuxarıda qeyd etdiyim kimi, ömürlük həbsim də Sənin qarşındakı  günahlarımın tam yuyulmasına kifayət etməz, amma yenə də o möhlət qapısını üzümüzə bağlamayacağına ümüdlə baxırıq...
 
Ya Rəbbim, Sənin o bəzi digər zəif  bəndələrindən fərqli olaraq, bu haqsız ittihamları boynumuza götürmək, və səndən  başqa bir kimsəyə digər əfv ərizəsini yazmaq niyyətimiz yoxdur! Günahlarımızın bu qədər etirafı müqabilində, o kimsələri də Sən özün islah et, qəlblərinə peşimançılıq və rəhm hisslərin  sal, onları ədalətli qərar çixarmağa sövq et, ya Rəbb!
 
Ya Rəbbim! Sən özün bizim hamımızı hidayət et, günahlarımızdan keç, tövbələrimizi qəbul et.
 
Ya Rəbbim! Haqsız zindan iztirablarına məruz qalmış digər haqqsevər qardaş və bacılarımızın  da tezliklə qapılarını aç və min-bir ümüdlə yollarını gözləyən övladlarına, valideynlərinə və yaxınlarına qovuşdur...
 
Ya Rəbbim! Digər məhbusları da tezliklə islah edərək ailələrinə qovuşdur!
 
Ya Rəbbim! Sənə ünvanladığım bu dualarımın ixlas dərəcəsini artır və cəmi əhli-iman sahiblərini qarşıda gözlənilən və labüdən ölkəmizi də bürüyəcək o dünyavi vəlvələ və  zəlzələdən qoru! Amin!Amin! Amin!
 
Hilal Məmmədov,
fizika-riyaziyyat elmləri namizədi, dosent,
hüquq müdafiəçisi, "Tolışi Sədo” qəzetinin baş redaktoru,

 
21 avqust 2012  

Bakı şəhəri, Kürdəxanı həbsxanası


Категория: İnsan hüquqları | Просмотров: 1531 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus