ƏssalamunƏleykum, ey Adəm övladları!
Hə, deməli bu dəfə də salamımı almaq fikriniz yoxdur? Ay canınıza daraşım, mən ki, nahaqdan heç kimi sancmıram. Əhdimə sadiqəm, necə demişdim ki, sancmaq istəyəndə heç kimə fərq qoymuram, elə də edirəm.
KİV-nin diqqətində olan, Masallı "ziyalılarının" aclıq aksiyasına başlaması ilə əlaqədar Azadlıq Radiosunun Talış bölgəsi üzrə müxbiri Müstəcəb Məmmədovla birlikdə bu aksiyanın səbəblərini araşdırmaq məqsədi ilə aksiyanın təşkilatçısı Məmmədağa Eynullayevin evinə gedib, onunla və digər "aksiya" iştirakçıları ilə söhbət etdik.
Həmkarımın hansı fikirdə olmasını bilmirəm. Amma öz şəxsi fikirlərimi sizinlə də bölüşmək istəyirəm.
Şəkildə gördüyünüz kimi, M.Eynullayevin bu "aksiyası" çox süni göründü. Aksiyaçıların hamısı YAP-çı olmaqla ölkə başçısına Masallı rayon İHB-sı Q.Ağayevin rayonu talan etməsindən şikayətlənirlər. "Xob"!
Ay canına daraşım sənin Məmmədağa müəllim, AXC-də oldun, ancaq intiqa və parçalama ilə məşğul oldun. Bəs İB-sı ilə işləyib, hamısının da sadiq əsgəri oldun. Bütün İB-nın QANUNSUZ əməllərinə hüquq şöbəsinin müdiri olaraq "QANUNİ" don geydirdin. Masallı bazarının "SÖKÜNTÜ-TİKİNTİ" əməliyyatında, dükanları fantastik qiymətə camaata satmaqda birbaşa dəllallıq etdin, HAQ-HESABDA Qəzənfər ağayevə "ATDIĞIN" üçün, o da səni "KUZAYA" atdı.
İndi də başlamısan cürbəcür adla "AKSİYA" keçirtməyə...
Onu da qeyd edim ki, bizim gəlişimizi duyan YAP-çı aksiyaçılar, tələm-tələsik bir neçə "AZADLIQ" qəzetini stolun üstünə də düzdülər.... (?)....