Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Июль » 22 » “Yuxarı” yaz ki, bir qələtdi eləmişəm"
14:41
“Yuxarı” yaz ki, bir qələtdi eləmişəm"
"Narkootdel”də Hilal Məmmədova deyiblər ki, sənin kimi çox jurnalist və hüquq müdafiəçisi burada "tərbiyələndirilib”

"Tolışi sədo” qəzetinin baş redaktoru, şərlənərək həbs edilən Kürdəxanı təcridxanasından "Azadlıq”a məktub yollayıb. Hilal Məmmədov məktubda necə həbs olunması ilə bağlı dəhşətli faktlar açıqlayıb. Məktubu oxucuların diqqətinə çatdırırıq:

ardı

Yırtıcı oğul və ondan nigaran olan ana


"Mənə tamamilə aydın oldu ki, bu quldurlar ağalarının sifarişlərinin yerinə yetirən ”nayomniklər"dir. Məni Narkotiklərlə Mübarizə Idarəsində özlərinin 1-ci mərtəbədə yığışdığı 6-7 nəfərlik otaqda saxladılar. Bu otaq güman ki, işgəncə üçün nəzərdə tutulmuş bir yer idi. Burada hərəsi öz stolunun arxasına keçdi və ayaqlarını stolun üsynə qoyub  mənimlə psixoloji müharibəyə keçdilər. Xüsusi qəddarlığı ilə seçilən və məni ən çox döyən gənc kompüter arxasına keçib oyun oynayırdı. Hiss edirdim ki, hədsiz əsəbi hisslər keçirirdi. Barmaqlarının əsdiyini gördürürdüm. Onun mobil telefonuna zəng gəldi. Və o, telefonu açaraq "Narahat olma ana, hər şey yaxşıdır, yemişəm darıxma” deyəndə bu gəncin heç də robot olmadığını anladım.

Bir az öncə mənə "sənin kimi çox jurnalist və huquq mudafiəçiləri bizim bu otaqda ”tərbiyələndirilib" adam olub" deyəndə ondan soruşmuşdum ki, elə bir gün olub ki, insanları bu qədər döyüb-söyməkdən, sındırmaqdan vicdanın sənə əzab verib? Onun cavabı isə belə olmuşdu: "Olarmı bu suala cavab verməyim”. Onda vicdan hissi tamam ölməmişdi. Fürsətdən istifadə edib, digərlərinin də vicdan hissini oyatmağa çalışırdım.

Cibimə qoyduqları 5 qram narkotika ilə bağlı ifadələrim "yuxarıdakıları” qane etməmişdi. Ona görə də polislər jiletlərini geyinib evimizə yollandılar. Yol gedərkən isə aramızda belə bir dialoq yarandı:
- Hilal, evində nə qədər narkotika var?
- 2 ton.
- Onda gərək "KaMAZ” aparaq, onları daşımağa.
- Sizin narkotika daşıyan "KaMAZ”larınız çoxdur.
Onlar eyni zamanda yol boyu açıq-saçıq geyinən qızlara pozğun atmacalar atırdılar. Ürəyimdə dedim: "Yetişdirdiyi bu cür ”adamyeyənlərə" arxalananan hakimiyyət, sabah elə onların əli ilə devriləcəyini kaş biləydi".

And olsun balamın canına ki, bunu mən etməmişəm


Məni əvvəlcə 25-ci polis bölməsinə gətirdilər. Orada məni "Tı kto takoy, davay do svidaniya” meyxanasının qəhrəmanı kimi qarşıladılar. Hamının hər şeydən xəbəri var idi. Orada tələsik 10-15 polis də bu 6-7 nəfərə qoşulub evimizə gəldilər. Evdə qohum-əqraba ilə kobud rəftar edib onları bir otağa yığdılar. Yataq otağında cibimə atdıqları o ikinci "bağlamanı” çıxaranda mən o "qəhrəman”a dedim ki, ey namərd mən elə bildim ki, vicdanın tərpənib, bunu daha etməzsən. O isə "And olsun balamın canına ki, bunu mən etməmişəm” deyəndə bildirdim ki, fərqi yoxdur, kim bunu edibsə, əlləri qurusun. Evdə formal bir protokol tərtib etdilər. Təbii ki, mən paketin mənə məxsus olmadığını və hakimiyyət tərəfindən bir provokasiya olduğunu rəsmən qeyd etdim. Mənim üçün ayrılmış müstəntiq (həmin yalançı hal şahidlərinin iştirakı ilə) protokol tərtib edib evi tərk etdik.

Çöldə məni gözləyən şagirdlərim və qohumlarım göz yaşlarıni saxlaya bilmirdilər. Tələbələrim isə "biz səninlə fəxr edirik müəllim” deyərək mənə dəstəklərini ifadə etdilər. Evimizdən ayrılan zaman ürəyimdə fikirləşirdim ki, ya rəbb, yəni bu zülmün bir sonu olmayacaq?

Birdən həmin zülümkar gənc əlini çiynimə vurub "Hilal, nəhayət ki, nifrətin nə olduğunu anladın. Demək sən də dəyişəcəksən sabah” dedi.

Bu zülümkarlar hardan biləydilər ki, mənim qəlbimdən kin- küdurət, həsəd, riyakarlıq, təkəbbür və s. bu kimi mənfi xüsusiyyətləri Allah çoxdan silib. Ölkənin bir daha nə qədər mənən bərbad gündə olduğunu daha aydın dərk elədim. Birdən o gənc gülümsəyərək mənə "bəlkə bu ölkəni sən düzəldəcəksən, Allah bilən məsləhətdir, bizi də adam edəcəksən” dedi.

Biz dəyişən deyilik, sən ailəni fikirləş


Məni yenidən 25-ci bölməyə gətirdilər. Orada hamı bir-bir mənimlə görüşüb, xüdahafizləşdi. Hətta biri bağrına da basdı. Mən isə onlara "fikir etməyin, gec-tez düzələcək bu ölkə, siz də adam olacaqsız” dedim.

Mənim işimə baxan müstəntiq çox mədəni adam idi. Özü də böyük bir cinayətin aləti olduğunu dərk edirdi. Bəzi sənədləri və mənim izahatlarımı nəzərdən keçirib qeydiyyat apardıqdan sonra dilləndi: "Hilal, gəl bir yaxşılıq edim sənə, get ekspertizadan keç”. O görürdü ki, ayağıma və bədənimə dəyən zərbələrdən əziyyət çəkirəm. Dedim ki, nə faydası var, yəqin, ekspertiza rəy verəcək ki, hər şey öz qaydasındadır.

Amma müstəntiq inad etdi və ekspertizadan keçmək üçün "Azərsutikinti”nin xəstəxanasına yollandıq. Elə bil bütün həkim kollektivi "Tı kto takoy, davay do svidaniya” oxuyurdu. Bədənimdə olan xəsarət izlərini qeyd etdilər və biz yenidən bölməyə qayıtdıq. Artıq axşam idi. 70-80 səhifəlik "cinayət işi” hazır idi. Məni Xətai rayonundakı müvəqqəti saxlama təcridxanasına aparanda müstənqin qəmli-qəmli mənə baxdığını görəndə dedim: "Darıxma, belə getməz, dəyişəcək bu ölkə” dedim. Eyni sözləri məni təcridxanaya aparan polisə dedim. O isə cavab verdi ki, biz dəyişən deyilik, sən ailəni fikirləş.

Iki gün Xətaidəki təcridxanada qaldım. Oranın rəisi də mənə "məsləhət” verdi ki, mübarizənin heç bir xeyri yoxdur, "yuxarı”ya namə yaz ki, bir qələtdi eləmişəm. Təbii ki, bu "məsləhəti” qəbul etmədim.

Oradan isə məni Şüvəlandakı təcridxanaya gətirdilər. Insafən, orada da məni yaxşı qarşıladılar və "Titanik”də ən yaxşı kameranı mənə verdilər. Bütün təcridxana başıma gələnlərdən xəbərdar idi və mənə ürək-dirək verirdilər ki, belə getməz, haqq-ədalət öz yerini tutar və sən də azad olarsan...

İki arvadın varsa ETTELAAT-a işləyirsən


Iyunun 30-da Nizami rayon prokurluğundan yanıma bir müstəntiq gəldi. O mənə verilən işgəncə ilə bağlı prokurorluğa etdiyim şikayət əsasında gəlmişdi. Izahatımı aldı. Halıma acıyaraq "belə getməz” dedi. Mən isə cavab verdim ki, inanmıram, Nizami rayon məhkəməsi bu faktla bağlı cinayət işi başlanmasına qərar versin, axı mənim həbsim, döyülməyim sifarişdir. Müstəntiq dərindən ah çəkib "belə getməz..., açıq-aşkar ayağındakı zədələr görünür və bu barədə ekspertiza da var... Tələsmə... Səbr et...”. 

O doğrudan da müsbət bir dəyişikliyin arzusunda idi. Amma nə biləydi ki, iyulun 3-də bu "narkotika” oyunları azmış kimi daha iki maddə - vətənə xəyanət və milli-dini ayrı-seçkilik maddələri üzərimə qoyulacaq. Sən demə mən Iranın "Səhər” kanalına müsahibə verməklə Azərbaycan dövlətinin imicinə zərbə vurmuşam. Sən demə mən, 1992-ci ildən bəri Iranda bəzi talış ziyalıları ilə görüşmüşəm ki, onlar da ETTELLAT-ın  üzvləri imiş və məndən Azərbaycanın əleyhinə məlumatlar alırlarmış. Xülasə son dövrlərə qədər hüquqlarını müdafiə etdiyim rəhmətlik Novruzəli Məmmədovun işi ilə bağlı 4 saat MTN-də, 2 saat isə onun məhkəməsində dindirilmiş və oradakı bütün sualları müfəssəl cavablandırmışam.
 
Yeri gəlmişkən, məhkəmədə Novruzəli müəllimin üzünə dayanan  Elmandan soruşanda ki, Əli Əbdolinin ETTELLAT-ın nümayəndəsi olduğunu hardan bilirsən? O cavam vermişdi ki, iki arvadı var!? Mən də ona demişdim ki, onda belə çıxır ki, kimin 4 arvadı var, 4 ölkəyə işləyir?! Bu cavabım bütün məhkəmənin gülüşünə səbəb olmuşdu...

ardı var

Azadlıq Qəzeti

Категория: Azərbaycan | Просмотров: 1681 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus