Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Май » 29 » “Yenidən həbsxanaya qayıtmaq istəmirəm”
15:47
“Yenidən həbsxanaya qayıtmaq istəmirəm”
"Novruzəli Məmmədov həbsxanada öldü. Bu qətl idi. Çünki 70 yaşında professorun qəddar müəssisə olan 15 saylıda soyuq karsera salmaq, bu ölüm hökmü deyilmi?"

"Hüquq müdafiəçiləri cəzaçəkmə müəssisəsinin rəhbərilə sövdələşib, oradakı zorakılıqlara göz yumur”


Bir dəqiqə belə vaxtı yoxdur. Kimlər zəng etmir, kimlər evə gəlib onu yoluxmur. Yazsaq qəzet səhifələrində yer olmaz. Həmkarları müsahibə almaq üçün növbəyə dayanmışdı. Heç cürə vaxt ayırıb bizimlə söhbət edə bilmirdi. Sonda belə qərara gəldik ki, hamımıza bir yerdə müsahibə versin. Bəli, elə də oldu. Sanki mətbuat konfransındaydıq. Eynulla Fətullayev hər şeydən danışdı – GÜNDƏLİK məlumatları AZƏRBAYCAN REALlığı ilə...

- Eynulla bəy, həbsdən azad olunmağınızı möcüzə və gözlənilməz hesab etmisiniz. Doğrudanmı, həbsxanada azad olunmağınızla bağlı hər hansı informasiyaya malik deyildiniz?

- Belə informasiyalar həm xarici, həm də daxili mənbələrdən ara-sıra daxil olurdu. Ancaq artıq həbsxana mənim evimə çevrilmişdi. Son demirəm, növbəti mənzillərdən biri idi və bu mənzilə çox uyğunlaşmışdım. Ona görə də xüsusi gözləntilər yox idi. Həm də 4 ildə daxili və xarici ictimaiyyət davamlı olaraq aramsız xahişlər, tələblər edib mənim azadlığa çıxmağımı istəyirdilər. Bu mənada xüsusi olaraq özümü azadlığa kökləməmişdim.

- Hakimiyyətin səni bu qədər saxlamaqda israrının səbəbi nədən ibarət idi?

- Birinci olaraq cəmiyyətdən təcrid etmək idi. Cəmiyyətdən təcrid etmək məqsədini başa düşürəm, çünki 2007-ci ildə nəşrlərimiz, saytlarımız elə bir nüfuz malik idilər ki, bu fəaliyyətin qarşısının alınması şübhəsiz idi. Bəlkə mən də hakimiyyətdə olsaydım, öz tərəf müqabilimin qarşısını alardım. Ona görə hökumətin bu hərəkətinə siyasi baxımdan haqq qazandırıram. Yəni 2007-ci ildən başlayan "suveren demokratiyası” modelini nəzərə alaraq, ölkədə siyasi sistem demontaja uğradı. Ona görə mən müsahibəmdə demişdim ki, başqa ölkədə həbs olunub, başqa ölkədə azadlığa buraxıldım.

- Başqa ölkə nədən ibarət idi?

- 2007-ci ildə Azərbaycanda yarı demokratik rejim mövcud idi. Ancaq bu gün beynəlxalq təşkilatların hesabatlarından da qeyd edilir ki, Azərbaycan qeyri-azad ölkələr sırasındadır. Beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ölkəmizdə siyasi azadlıqların yox səviyyəsində olduğunu deyir. Ona görə də biz "suveren demokratiya” modeli nəzərindən bəlkə də bizim fəaliyyətimizin qarşısı alınmalıydı. "Suveren demokratiya” modelinə malik olan Rusiyada "Novaya qazeta” fəaliyyət göstərir. Həmişə özümə sual verirəm. Necə ola bilər ki, Putin belə bir qəzetə dözümlü yanaşır.

- Amma sizi həbs və "əfv” eləyən də eyni şəxsdir. Bu dəyişməzliyi dəyişmək fikrindəsinizmi? Yəni jurnalistika fəaliyyətinə başlasanız nəyə xidmət edəcəksiniz?

- Bilirsiniz ki, heç vaxt siyasi fəaliyyətlə məşğul olmamışam. Həbsdən öncə və sonra da bildirmişəm ki, heç bir siyasi iddiam yoxdur. Bəlkə də ilk dəfə səsləndirəcəm. 2006-ci ildə müəyyən hakimiyyətdaxili qüvvələr mənim həbsimi istəyirdilər. Bu tam məlumdur. Ancaq o zaman dəqiq bilirəm ki, İlham Əliyev həbsimin əleyhinə çıxıb və həbsimə imkan vermədi. Söhbət 2006-ci ilin payızından gedir. İlham Əliyev müdaxilə etdiyindən mənə şərti həbs cəzası verdilər. Təxminən 6 ay sonra düşünürəm İlham Əliyev prosesə müdaxilə etmədi. Prinsip etibarı ilə düşünürdüm bu həbsə də müdaxilə edəcək. Ancaq o zaman müdaxilə etmədi.

- Demək olarmı ki, elə o vaxt həbsinizi məsləhət gördü?

- Onu düşünmürəm. Sadəcə Azərbaycanda başqa proses başladı. Xatırlayırsınızsa, "Azadlıq” radiosunun forumun sularına cavabında bu məsələyə aydınlıq gətirmişdim. Düşünürəm 2005-ci ildəki proseslər, eyni zamanda məxməri inqilab təhlükələri İlham Əliyevi "yuxarıdan inqilab”, struktur islahatların həyata keçirməsi yolundan çəkindirdi. Azərbaycan surətlə "suveren demokratiya” modelinə keçdi. Ancaq mən bu gün ABŞ səfiri cənab Brayzanın bəyanatını oxudum. O bildirib ki, yəqin Eynulla Fətullayevin azad olunması Azərbaycanda yeni bir siyasi mərhələnin başlanğıcı ola bilər. Düşünürəm ki, Azərbaycanda jurnalistlərin həbsi mərhələsi bitdi. "Azadlıq” qəzetinin əməkdaşları Seymur Həzinin və Ramin Dekonun döyülməsi məni sarsıtdı O zaman karserdə idim. Çox narahatlıq keçirirdim və vəkillərdə məlumat gətirirdi. Sadəcə arzu edirəm ki, Azərbaycan yeni və köhnə ənənəyə qayıtmasın. Çünki əvvəllər jurnalistlər fiziki təzyiqlərə və sui-qəsdlərə məruz qalmasınlar. Çünki həbs sığortası eyni zamanda fiziki zorakılğa gətirib çıxara bilər.

- Metyu Brayzanın elan etdiyi yeni era ilə sizin təsəvvürünüzdəki yeni era arasında nə qədər uyğunluq və fərq var? Cənab Brayza öz arzuladığı reallığı görəcəkmi və siz Azərbaycan jurnalistikasının gələcəyini necə görürsünüz?

- Mən cənab Brayza ilə bağlı senatdakı dinləmələri diqqətlə oxuyurdum. O çıxışında bəyan etmişdi ki, sonuncu Azərbaycan jurnalistinin həbsdən çıxmasına qədər mübarizəsini davam etdirəcək və buna nail olacaq. Baxın cənab Brayza yanvarda təyin olundu və may ayında mən sonuncu Azərbaycan jurnalisti kimi həbsdən çıxdım.

- Siyasi məhbus problemi ki, qalıb?


- O məsələ fərqlidir. Razılaşın ki, Bəxtiyar Hacıyev, Cabbar Savalanlı yeni inqilabi dalğanın ilk qurbanları oldu. Onları ona görə həbs etdilər ki, sərbəst toplaşmaq azadlığını təmin olunmasıyla bağlı çağırışlar etməyə başladılar. Bu fərqli müstəvidə olan hadisədir. Cənab Brayzanın bəyanatından belə başa düşdüm ki, o hökumətin tezliklə islahatlara başlayacağını gözləyir. Əslində Azərbaycandakı ictimai-siyasi prosesləri Rusiyadakı siyasi proseslərlə uzlaşdırıram. Rusiyada hansı dəyişikliklər baş verirsə, istər-istəməz qısa müddətdən sonra bizdə də həmin dəyişikliklər baş verir. Bu gün Rusiyada Medvedevin çıxışlarını izləyirsiniz, eyni zamanda bu ölkədə "yuxarıdan inqilab” xəttini seziriniz. "Yuxarıdan inqilab” Azərbaycanda bəlkə də aktuallığı itirməyib. Baxın "aşağıdan inqilab” dəyişiklikləri ictimai-siyasi fəal qüvvələr hələlik təmin edə bilmirlər. Cəmiyyətdə, dövlətdə dəyişiklərin iki mənbəyi var. Ya "yuxarılar”, ya da "aşağılar” bunu istəməlidir. Hələlik "aşağılar” bunu tələb etmir. Bizim yeganə ümidimiz ondadır ki, "yuxarılar” bunu istəsin. Bəli passiv narazılıq, biganəlik hökm sürsə də, bütün cəmiyyət, xüsusən passionar hissəsi ciddi şəkildə dərk edir ki, dəyişikliklər mütləq zəruridir. Ancaq bu islahatları həyata keçməsi üçün hərəkət keçmirlər. Çox təəssüf hissi ilə bildirirəm ki, bu gün Azərbaycan müxalifəti və gəncliyinin çox fəal, ancaq kiçik bir qismindən fərqli olaraq cəmiyyətin digər hissəsi ifadə azadlığı hüququndan yaralanmır.

- Eynulla bəy nə işlə məşğul olacaqsınız...


- Jurnalistikayla...

- Mətbuata açıqlamanızda bir qədər tərəddüd hissləri sezilir...


- Yenidən həbsxanaya qayıtmaq istəmirəm. Tam səmimi deyirəm. O zaman yenidən həbsxanaya qayıdaram ki, məhbəsdə ictimai monitorinqi həyata keçirəcək vətəndaş cəmiyyəti institutları formalaşsın. İkincisi, Azərbaycan müstəqil vəkillik institutu bərpa olunsun. Hətta bir sıra məqamlarda hüquq müdafiəçilərinin yardımından məhrum olunur. Məsələn Bəxtiyar Hacıyev zorakılığa məruz qaldı. Valideynləri daxili işlər Nazirliyinə müraciət edir, ancaq hansısa formal təftiş keçirirlər. Sabah onun başına daha böyük iş gələ bilər.  Ölkədə çox pis tendensiya formalaşdırmaqdadır. Hanısa hadisə ilə bağlı mətbuat bir neçə gün yazır, sonda bu mövzu unudulur. Bu çox böyük və təhlükəli tendensiyadır. Rusiya mətbuatından fərqli olaraq bu tendensiya bizim çox böyük yaralı yerimizdir. Bunu bir dost kimi qəbul etmək lazımdır. İki misal deyim. Rusiyada hüquqşünas Sergey Maqnitski faciəvi şəkildə həbsxanada həlak oldu. "Novaya qazeta”, "Exo Maskıvı” və başqa qəzetlər, internet, sosial şəbəkələr iki il ardıcıl bu məsələni gündəmdə saxladı. Məhz bunun nəticəsidir ki, ABŞ konqresində, Avropa parlamentində faciə ilə bağlı dinləmələr keçirildi. Nəzərə alın ki, Avropanın Rusiyadan enerji baxımından asılılığı Azərbaycanla müqayisə edilməz dərəcədə çoxdur. Rusiya vətəndaş cəmiyyəti buna nail olursa, biz niyə bunu edə bilməyək? Başqa bir misal Novruzəli Məmmədov həbsxana da öldü. Ancaq biz onu unutduq. Nə onun qətli ilə bağlı ictimai təhqiqat həyata keçirildi. Bu bu qətl idi. Çünki 70 yaşında professorun qəddar müəssisə olan 15 saylıda soyuq karsera salmaq, bu ölüm hökmü deyilmi? Sonradan onu xəstəxanaya köçürmək və zəruri tibbi yardım göstərməmək insanı öldürmək deyilmi?

- Ümumiyyətlə siz hüquq müdafiəçisi sahəsində vəziyyəti necə dəyərləndirirsiniz?


- Məncə,  yaxın beş il ərzində  bizim cəmiyyətin , müxalifətin əsas vəzifəsi və qayəsi vətəndaş cəmiyyəti institutlarını yenidən bərpa etməlidir. Bu hüquq müdafiəçilərinin yeni nəslini formalaşdırılmasıdır. Əsl ziyalılar, müxalifət liderləri və biz jurnalistlər yeni hüquq müdafiəsi nəslinin formalaşmasına çalışmalıyıq. Hazırkı hüquq müdafiəçiləri qəzet səhifələrində formalaşıb və tanınıblar, sonra da deputat mandatı alıblar. Biz birinci növbədə Eldar Zeynalovu və onun həyat yoldaşı Zalixə Tahirovanın fəaliyyətini ifşa etməliyik. Çünki bu şəxslər Ədliyyə Nazirliyinin pentinsiar xidmətinin ictimai nəzarət komitəsinə daxildirlər. Onlar Qərbdə, hətta BMT-də müstəqil hüquq müdafiəçiləri qiyafəsində çıxış edirlər. Ancaq burada gəlib ictimai komitədə bir çox cinayətlərə nəinki göz yumurlar, hətta ədalətsizliklər də, haqsızlıqlarda iştirak edirlər. Mənə qarşı karsda zorakılıq göstərildi, alnımdakı əzik hələ də qalır. Çünki karserdə davamlı olaraq başımı divara vururdum. Səbəb də o idi ki, mənə qarşı zorakılıq etmək istəyirdilər. Hüquq müdafiəçilərini dəvət edirdim, onlar isə gəlib həbsxana rəhbəri ilə sövdələşirdilər.  Üstəlik Zalixə Tahirova rəisin kabinetində deyib ki, "bir dənə Eynulla Fətullayevlə bacara bilmirsiniz, verin "lapatka”nı əlinə, sındırın onu”. Mən bu faktı məhkəmədə açıqlamışdım.

- Eldar Zeynalov dediklərinizi təkzib etdi...

- O yalan danışır, mən ona sübut edə bilərəm. Əgər mən fəaliyyətlə məşğulamsa, həbsxanaya düşürəmsə, deməli yenə bu məşəqqətlərdən keçməyə məcburam. Tam səmimi deyirəm fiziki baxımından keçə bilmərəm. Çünki bu mümkün deyil. İki ay "Bayıl”,  9 ay MTN, 1 il 9 ay 12 saylı cəzaçəkmə müəssisə, 1 il 3 ay Bakı İstintaq Təcridxanası, 1 ay karser, son ay isə 1 saylı cəza çəkmə müəssisəsi. Bütün bunlardan necə keçmək olar? Ona görə, diplomatlara, Azərbaycan hökumətinə müraciət etmək istəyirəm. Mənim fəaliyyətimə təminat versinlər. Dunya Miyatoviç mənə bildirdi ki, İlham Əliyev azad fəaliyyətimə təminat verir. Ancaq preizdent təminatı verir, sonra təminat alınır, orta təbəqəli məmurun üzərinə atılır.

- Yenidən jurnalistika fəaliyyətinə başlasanız əvvəlki nəşrləri bərpa edəcəksiniz, yoxsa başqa layihələr var?


- Arzum qəzetləri bərpa etməkdir. O zaman biz böyük bir popurlyarlıq qazanmışdıq. Çünki bizim konsepsiyamız vardı.

- Siz kimlərin yolunu kəsmək istəyirdiniz ki, dayandırdılar?


- Fəaliyyətimiz demokratik cəmiyyətə xasdır. O zaman Azərbaycanda demokratiya tamamilə aradan götürüldü. Bunun yerinə "suveren demokratiya” modeli gətirildi. Ramiz Mehdiyev deyirdi ki, mətbuat hakimiyyətin maraqlarından çıxmamalıdır. Mən hakimyyətin maraqlarından kənara çıxdığım üçün həbs olundum.

- Yeni mübarizənizdə dəyişikliklər varmı? Keçmiş addımdan bir addım irəli, yoxsa başqa bir istiqamətə?


- Oxucularımı aldada, onlara xəyanət edə bilmərəm. Həmişə təhqiqatçı jurnalistika ilə məşğul olmuşam və çalışmışam bu sahəni inkişaf etdirəm. Müxtəlif informasiya mənbələrim və müxtəlif təbəqələrimlə də işləmişəm. Şübhəsiz insan həyatda növbəti addımları atmaq istəyir. Hətta mən həbsxanada olanda jurnalist təhqiqatı ilə məşğul olmuşam. Məsələn, 1 saylı cəza çəkmə müəssisində Ziya Bünyadovun işi ilə bağlı maraqlı faktlarla rastlaşdım. Bu məsələ ilə bağlı 4 dəstə həbs olunub. Hamısı da cinayəti etiraf edib. İki dəstənin nümayəndələri həbsxanada söhbət edib, maraqlı məlumatlar əldə etdim. Hətta "varanok”da jurnalist təhqiqatı aparırdım. Yaxud ADNA terroruna görə həbs edilən şəxslərlə görüşmüşəm. Tam məsuliyyətlə deyirəm ki, onlar günahsızdırlar. Onların günahı ondan ibarətdir ki, Fərda Qədirovla təmasları olub.

Ramin Deko,
Seymur Həzi,
Azadlıq qəzeti

 

Категория: Müsahibə | Просмотров: 1608 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus