Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Сентябрь » 6 » Yeni mövsum, yeni vəzifələr (video)
01:19
Yeni mövsum, yeni vəzifələr (video)
5 sentyabr 2013-cü il tarixdə, Azəri – Talış İctimai Birliyin ofisində görkəmli şair, ictimai xadim Əli Nasirin təşəbbüsü ilə Talış xalqının milli-mənəvi dəyərlərinin təbliği və inkişafı ilə məşğul olan bir qrup ictimai-siyasi fəal yığıncaq keçirmişdir.

Yığıncağı giriş sözü ilə Azəri – Talış Birliyinin sədri Mehdibəy Səfərov açmışdır. O, ötən bir il ərzində Azərbaycan Respublikası Ədliyə Nazirliyinin heç bir ciddi səbəb göstərmədən, on ay ərzində dörd dəfə Birliyin Dövlət qeydiyyatına almamasından, eləcə də bu haqsızlıqlarla bağlı təsisçilərin Məhkəməyə müraciət etmələləri ilə əlaqədar məlumat vermişdir. M. Səfərov qeyd etmişdir ki, bütün bu maneələrə baxmayaraq, Azəri – Talış Birliyi Talış xalqının özünəməxsus folklor nümunələrinin, mahnılarının, dil və mədəniyyətinin təbliği və inkişafı ilə bağlı bir sıra səmərəli tədbirlər keçirməyə nail olmuşlar. O, həmçinin gənclərimizə ana vətənimiz Azərbaycana and yeri kimi müqəddəs hisslərinin aşılanmasından, vətənçilik və dövlətçilik kimi müqəddəs ideyaların təlqin edilməsini Birliyin preoritet vəzifələrindən biri kimi qarşısına məqsəd qoyduğunu qeyd etmişdir. Bildirilmişdir ki, təxminən bir aydan sonra Azəri – Talış İctimai Birliyinin bir illik yubileyi keçiriləcəkdir. Bu yubiley tədbirinin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri görülür.

Söz respublika Talış Mədəniyyət Mərkəzinin sədri, "Tolışon sədo” qəzetinin təsisçisi və professor Hilal Məmmədovun hüquqlarının Müdafiə Komitəsinin sədri Rafiq Cəlilova verilmişdir. O, RTMM-nin mərhum sədri Novruzəli Məmmədov həbs olunandan və zindanda həyatını itirdikdən sonra Mərkəzə məxsus bütün sənədlər müsadirə olunaraq, it-bat olduğunu bildirdi. "Ona görə də, xeyli zamandır ki, Mərkəzin sənədlərinin bərpası ilə məşğuluq. Bu proses çox çətin başa gəlir" - deyə qeyd etdi. Sənədsiz də ki, səmərəli fəaliyyət göstərməyin qeyri-mümkünlüyündən söhbət açdı.

R.Cəlilov həmçinin, görkəmli istimai-siyasi xadim, Hüquq müdafiəçisi, "Tolışi sədo” qəzetinin Baş redaktoru professor Hilal Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı görülən səmərəli işlərdən söhbət açdı.

Azəri – Talış Birliyinin İdarə Heyətinin üzvü, tarixçi-müəllim Ulduz Haşımov isə, Birliyin sədri Mehdibəy Səfərovun Milli Şurada səmərəli fəaliyyətindən danışaraq, bir sıra məqamlara toxundu. O, qeyd etdi ki, MŞ vahid namizədi professor Cəmil Həsənli ilə şəxsən görüşüb söhbət etmişdir. Bildirdi ki, Cəmil müəllim ölkəmizin azsaylı xalqlarının hüquq və azadlıqlarına, dil və mədəniyyətlərinin qorunmasna beynalxalq konvensiyalar, eləcə də Konstitusiyamızda təsbit olunan maddələrin ciddi surətdə həyata keçirilməsi prizmasından yanaşacağını bildirmişdir. U.Haşımov təklif etdi ki, M.Səfərov MŞ vahid namizədi kimi professor C.Həsənlini dəstəkləsin.

M.Səfərov isə öz növbəsində bildirdi ki, Prezidentliyə MŞ-nın vahid namizədi C.Həsənlini yalnız seçkiqabağı platformasında Azərbaycanda demokratik cəmiyyətlərə məxsus insan hüquq və azadlıqlarının əsas tərkib hissələrindən biri olan azsaylı xalqların və milli azlıqların vətəndaş hüquqlarının qorunması ilə bağlı verəcəyi real mesajlardan və konkret vədlərdən sonra bu barədə qəti qərara gəlməyin mümkünlüyündən danışdı.

Yığıncaqda iştirak edən Azəri – Talış İctimai Birliyin təsisçisi, Respublika Ziyalılar Birliyinin sədri, MŞ-nın üzvü Eldəniz Qiliyev də ürək sözlərini iştirakçılarla bölüşdü. O, Azəri – Talış Birliyinin yarandığı gündən bu günə kimi aldığı zərbələri üç qismə böldü: 1-ci mövcud Hakimiyyətin bu Birliyin yaranmasına və onun fəaliyyətinə qarşı törətdikləri haqsızlıqlar; 2- ci müxalifət nümayəndələrinin qeyri-obyektiv münasibətləri; 3-cü maneə isə, Birlik üçün ən qorxulu və təlükəli olan bir maneədir. Bu da talışların öz içindən Birliyə qarşı ədalətsiz və qeyri-obyektiv hücümların nəticəsində olan maneələrdir.

O, bu yaxınlarda Zabil Madoj adında xaricdə yaşayan birinin telefon kamerası ilə qeyri-professional, eləcə də qeyri-obyektiv Azərbaycanda min bir məşəqqətlərə sinə gərərək öz xalqının milli-mənəvi dəyərlərinin hifz olunmasında, onun inkişaf etməsində, sözün həqiqi mənasında fədakarlıq edən ictimai-siyasi talış fəallarına qarşı söylədikləri şər-şəbədələri, təhqir dolu aşağılayıcı ifadələri dinlədikcə insanı dəhşətə gətirdiyini bildirdi. "Gərək nə qədər miskin mənəviyyata sahib olasan ki, özün heç bir iş görməyə-görməyə namuslu, əxlaqlı, yüksək mənəvi dəyərlərə sahib, eləcə də öz xalının əsil fədakar ziyalılarına bu qədər böhtanlar yağdırıb, onları şantaj edəsən!? Ölkəmizdə, eləcə də xaricdə barmaqla sayıla bilən, beynəlxalq hüquq üzrə ekspertlərdən biri olan, gənclik illərindən bu günə kimi öz xalqının hüquq və azadlıqları naminə fədakarcasına mübarizə aparan Ataxan Əbilovu sosial şəbəkələrdə təhqir etməyə nə haqqın var!? Mehdibəy Səfərov mənim gözümün qarçısında min bir əziyyətə tablaşaraq öz xalqının mənəvi dəyərlərini yaşatmaq üçün canla-başla işləyir. Eləcə də, səhhətində ciddi problemlərlə üzləşən Rafiq Cəlilovun çəkdiyi əziyyətləri gördükcə insan qürrələnir. Bu şəxsiyyətləri hansı əxlaqla təhqir və şantaj edirsən!? Sözün həqiqi mənasında "işverənlik” edirsən! Ayıb olsun deyirəm, daha başqa sözüm yoxdur bu adama!" - deyə Eldəniz müəllim qeyd etdi.

Yığıncaqda söz alan istedadlı şair, müdrik ağsaqqal Əli Nasir də öz növbəsində hamını məzəmmət elədi. O, bizləri səbrli olmağa, bir-birimizə qarşı dözümlü olmağa çağırdı. Şair Eldəniz Quliyevin sözün əsil mənasında ziyalı olmasından, Hilal Məmmədovun fədakarcasına müdafiə etməsindən, Azəri – Talış Birliyinin yaranmasında və fəaliyyətindəki gərgin əməyindən söhbət açaraq bildirdi ki, onu təhqir edən hər hansı Talış adekvat ağıl sahibi deyil, o, ruhi xəstədir. Ölkədəki talışların, eləcə də digər azsaylı xalqların hüquqlarının qorunması istiqamətində həm sağdan, həm soldan, həm də arxadan zərbələr alan böyük bir AZƏRBAYCANLIya beləmi münasibət bəsləyərlər?




Əli Nasir üzünü Rusiyanın Sankt-Peterburq şəhərində məskunlaşan həmyerlimiz Zabil Mədoja tutaraq müraciət etdi: - "Z. Mədoj, sən talış dilində yaxşı poeziya nümunələri yarada bilən, istedadlı bir şairsən. Talış dilini, toponomikasını, oykonomikasını bilən mütəxəsissən. Bunlarla məşğul olsan, daha çox fayda verə bilərsən öz xalqına, nəinki ictimai-siyasi liderlərimizi nalayiq və aşağılayıcı ifadələrlə təhqir edəndə! Mən sənin xətrini çox istəyirəm. Dünən məni tərif edirsən, bu gün isə olmazın ifadələrlə təhqir edirsən? Belə olmaz axı, mənim qardaşım! Mənim, eləcə də xalqımızın qabaqcıl ziyalılarının ailə işlərinə qarışırsan, onları məsxərəyə qoyursan, qeyri-səmimi məsləhətlər vermək fikrinə düşürsən? Mən səndən böyük bir qardaş kimi xahiş edirəm ki, daha bəsdir, bunlara son qoy! Pak amala, ideoloji əhəmiyyəti olmayan boş-boş videolar çəkməkdənsə, qəribçilikdə talış balalrının öz dillərinin əxz etməsi üçün video sujetlər çək, məsləhətlər ver. Dilimizi təbliğ et. Biz də baxaq, sənin fəaliyyətindən zövq alaq, nəinki orada oturub, bura daş atmağından!

Sonda isə şair Əli Nasir Zabil Mədoja zarafatyana həsr etdiyi bir poeziya nümunəsini oxudu.

Azəri - Talış İctimai Birliyinin İnformasiya Mərkəzi

Категория: Azərbaycan | Просмотров: 1874 | Добавил: admin | Рейтинг: 4.7/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus