Azərbaycan xüsusi xidmətlərinin fəaliyyət sahəsində qəribə şeylər baş verir. Görünür, kimsə operativ tədbirlər və ümumiyyətlə bu qapalı idarələrin fəaliyyəti haqqında məxfi informasiyanı daim yayır. İşıq sürəti ilə yalnız çox az insana məlum olan xəbərləri yayan bəzi qəzetləri oxuduqda belə bir təəssürat yaranır.
Buna son misal yaxın keçmişə qədər Prezident Administrasiyasında şöbə müdiri olan Elnur Aslanovun MTN-ə çağırılması və 6 saat dindiriməsidir.
MTN-in mətbuat xidməti bildirir ki, bu barədə heç nə bilmir. Aslanov özü isə susur və dindirilməsi faktını təkzib etmir. Bəs KİV-ə kim məlumat verib?
Bu gözəgörünməz rejissor və ya dirijor özlərini müxalifətçi adlandıran KİV-lərə gizli xarakterli məlumatlar verir və heç kim soruşmur: dövlət sirri olmasa belə, ən azından əməliyyat fəaliyyətinə aid olan məlumatları haradan alırsınız?
Bəlkə elə bu qurumlarda satqın var, bu məlumatları eyni şəkildə düşmənlərə, xaricə də ötürür? Niyə heç kim maraqlanmır?
Bu arxasında hakimiyyətin və bir neçə satqın KİV-in əməkdaşlığı duran oyunları ictimaiyyət çoxdan izləyir. Bu “məxfi” məlumatların alıcıları müxalifətçi və ya müstəqil jurnalist (hüquq müdafiəçisi) “simasını qoruyub saxlamaqları” ilə qürur duyurlar və eyni zamanda hakimiyyətin əlindən bəslənirlər.
KİV simasını itirənlərin mənəvi görünüşü haqqında danışmağı hər şeydən az istəyirəm, belə adamcığazın alçaqlıqları haqqında isə ümumiyyətlə danışmaq istəmirəm.
Amma nədənsə onlar da, o biriləri də düşünürlər ki, ictimaiyyəti aldatmağa, baş verən hadisələrin həmin versiyalarına və şərhlərinə inanmağa vadar etməyə müvəffəq olurlar. Elə nurçuların “ifşası” ilə bağlı qalmaqal kimi.
Bu yoxdan yaranmış hadisə bir neçə qəzet tərəfindən hər gün yayılır. Onların Erdoğanın İlham Əliyevlə yazışmalarının məzmununu hardan öyrəndiyi məlum deyil. Bu yazışmanı dərc edirlər və heç kim dövlət başçısının katibliyinə necə nüfuz etdiklərini, təhlükəsizlik və dövlət maraqları ilə bağlı bu məlumatları necə əldə etdiklərini soruşmur. Bundan başqa, heç kim yazışmaların məzmununu da təkzib etmir, baxmayaraq ki, KİV haqqında qanuna görə, təhlükəsizlik məsələlərinə və dövlət maraqlarına aid məlumatların dərc edilməsi qadağandır.
Deməli, məlumat qəsdən sızdırılır. Yəni hakimiyyətin guya bundan xəbəri yoxdur, amma o, bunun məlum olmasını istəyir. Bu iradənin əlaltı icraçıları isə rollarından məmnundurlar.
contact.az