Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Январь » 9 » XOF
15:22
XOF
(və ya qorxaq adamın deyə bilmədikləri)

Siyasi pamflet

Eldəniz Quliyev, Azərbaycan Ziyalılar Birliyinin sədri


"Bismillahir-Rəhmanir-Rəhim!”. Əslində, mən elə bu kəlmələrlə başlamaq istəyirdim, amma qorxdum. Çünki son zamanlar belə sözləri dilə gətirən neçə-neçə günahsız insanı şər-şəbədələyib damlayıblar. Sonra fikirləşdim ki, yaxşısı budur: "Var olsun demokratiya, məhv olsun avtokratiya!” şüarı ilə başlayam. Özlüyümdə çox çək-çevir elədim, gördüm yoox, bundan da vaz keçməliyəm. O səbəbdən ki, bizim ölkədə bu kəlmələri demək birbaşa "srok” almaq deməkdir. Sayını-hesabını itirdiyimiz, əzişdirilib-tutulan müxalifətçilər məhz elə bu sözlərin güdazına getməyiblərmi?.. Nə işimə, ağrımayan başıma niyə yaylıq bağlayım?..

Amma inanın, qorxmasaydım, yəni xoflanıb-çəkinməsəydim, onda elə mətləblərdən danışardım ki!... Deyərdim ki, ay filan-filan şüdələr, siz neynirsiz, başınıza at təpib nədir; gül kimi məmləkəti sürüyə-sürüyə niyə bu günə qoyursuz? Məgər anlamırsız ki, qurşandığınız bu zəhrimar korrupsiya ilan sümüyü olub, keçib millətin boğazına və artıq milli təhlükəsizlyimizin özünü təhlükəyə salıb?.. Bu nə bəladı mübtəla eləmisiz bizi?!. Rüşvətxorluq digər "xorluq”lardan, tayfabazlıq digər "bazlıq”lardan "xod” gedir. Elə həmin o "xodgedən” təpəgöz iştahalı məmurlarımızın hesabınadır ki,  dəyyuslar dəstəsi aydan arı, sudan duru insanlara qeyrət dərsi keçirlər. Haramzadalar halal adamların başında turp əkmək eksperimenti aparır, nadürüst səlahiyyət sahibləri isə, "babam mənə kor deyib...” dərəbəyliyi nümayiş etdirirlər. Rəqsi təlim eləyən axsaqlar, hökuməti idarə eləyənlər isə, həmin axsaqların həmqafiyəsi! Deyəsən, həqiqətən gəlib sonun başlancığına çatmışıq... Allah axırından qorusun!

Hamı kimi, mən də bu qorxulu durumu və şübhəli məqamları görürəm, eşidirəm, üstəlik, bilirəm də. Intəhası, ağzımı açıb dillənə bilmirəm. Neynim, qorxuram. Qorxuram, qardaş!... Əvvəla, ərz eləyim biləsiz: mən o qədər sadəlövh deyiləm ki, bütün bunları görüb anlamayam. Amma o qədər səfeh də deyiləm ki, belə şeyləri açıb-ağardam və harda gəldi zəvzəyəm. Bir də gördün, vurub başımı partlatdılar. Ya ciblərimə beş-on kilo tiryəkdən-zaddan basıb "hop-stop” elədilər. Neynəyəcəm? Yaxud, yazı masamın dolabından "C-300" raket kompleksi tapdılar. Bunlara nə var ki, acından qəpiyə güllə atanları qanunsuz silah saxlamaq maddəsi ilə  günahlandırıb tutmurlar bəyəm? Iqor Kiodu, Hoperfilddi, ya özgə gözbağlayıcılar, bunların yanında südəmər körpədilər.

Di gəl ki, nə xeyri, sən ha de, ha özünü öldür-dediklərin top kimi, tappadan divara dəyib dübarə qayıdır.
Kora güzgü versən "sağ ol” deməz!

Bir də, Azərbaycana yuxarıdan aşağı baxan və onu, duzu-istiotu yerbəyerində vurulub yaxşıca qızardılmış tabaka kimi görənlərə nə deyəsən? Vətənə yalandan "ANA” deyib, ondan ayağısürüşkən qadın kimi istifadə etmək istəyən vələdüznalara nəyi sübut edəsən?! Yaxud, öz cah-cəlallı şəxsi bağını Qarabağdan daha çox istəyən və boğazdanyuxarı hamıdan bərk "Qarabağ, Qarabağ!” bağıran xudpəsəndlərə nə başa salasan?..

Hərdən dirsəyimi dişləyə-dişləyə qalıram, öz-özümə: "Səbir elə, darqursaq olma, döz, döz...- deyirəm-, bıçaq sümüyə dirənəndə qışqırıb-bağırarsan. Qışqırarsan ki, ey dadi-bidad, ay başıbatmış, vicadanı itmiş cənabı şəriflər, ay atasından daha çox qonşusuna oxşayan düşük məmurlar! Ay insafını xərcləyib pulu - əstəğfurullah - Allah sayan müştəbeh oliqarxlar! Ay rüşvət və sifarişlə işləyən əli-qəlbi əyri məhkəmə hakimləri! Ay millətindən bixəbər saxta millət vəkilləri! Ay müxalifəti xorttan libasında görən quşbeyin dəyənək sahibləri! Ay ”xozeyin" olmaq üçün özünü nökər kimi aparan vəzifə-mənsəb ölüləri! Siz bu XALQI sevməlisiniz! Bu XALQI sevmək sizin borcunuz, vəzifəniz, öhdəçiliyinizdir!! Yaxşı, sevmirsiz-sevmirsiz (tutaq ki, sevgiyə zor yoxdur), onda heç olmasa, nifrət eləməyin bu binəva millətə. Qoyun harada ölürsə, orada ölsün. Mütrüflər təki nə vaxtacan dombalaq aşa-aşa yalandan "demokratiya” hoqqabazlığı çıxarıb erroziyalı ürəyinizdə acı NIFRƏT gəzdirəcəksiniz?! Nə vaxtacan zəli kimi, - daha doğrusu, gənə kimi, çünki zəli nəhayətdə doyub öz xoşuyla düşür, gənəni isə güclə qopartmağa, çox vədə elə dəriylə, ətlə birgə qopartmağa məcbursan, - yapışıb qopmayacaqsınız?!.

Bu gün hakim partiyanın sürtülmüş aşığa bənzəyən və sahibləri üçün həmişə "toyxan” duran sözçülərinin canına, qanına və heç şübhəsiz ki, həm də zatına hopmuş YALANı görməyənmi var? Və bu YALANın, əslində, hakimiyyətin ruhuna çökmüş ölüm rəngini bəzəyib gizlətməyə xidmət etdiyi də artıq heç kəsə sirr deyil.  

Şər deməsən xeyir gəlməz, sürrealizmin dədəsi, "Əriyən saatlar”ın müəllifi dahi Salvador Dali azıb təsadüfən Azərbaycana gəlsəydi, vallahi, üçcə günün içindəcə dəli olardı. Gəlib görəcəydi ki, sən demə, onun əriyib donmuş, daşlaşmış ZAMANı bizim ölkədə baş verənlərin müqabilində toya getməliymiş. Görəcəydi ki, burada zaman elə donub-daşlaşıb və elə bir heykələ, daha doğrusu, heykəllərə, - özü də bir nəfərin heykəlinə, - çevrilib ki, bu, nəinki yuxuların reallığına, hətta reallığın yuxularına da "fora” verir. Analoqu olmayan anormal məmləkət bax, buna deyərlər!

Yəni, utanmasan oynamağa nə var ki....

Təsəvvür eləyək ki, mən yekə bir səhv buraxıb, durub da dedim ki, bəs, bu heykəllərin başlarını mütləq "rezbavoy” düzəltmək lazımdı. O mənada ki, bərayi-ehtiyat, olmadı elə, oldu belə, - qəfildən bu hakimiyyət dəyişdi, ta əziyyətə, xərcə-zada düşməyək, götürüb həmin o başları kəmali-ədəblə fırladıb açaq, yerinə məsləhət bilinən özgə birisinin başını bağlayaq, vəssəlam!

Həə, indi əyri oturaq, düz danışaq. Tutalım, mən qorxub-hürkmədən, belə, yaxud, buna bənzər digər bir təkliflə çıxış edirəm. Üstəlik, harada və kimə gəldi, gileylənirəm ki, bəs, qoymayın, bunlar julikdilər, xalqın cibinə girirlər, bəs, bunlar doğma Azərbaycanımızın qırx səkkiz milyard halal pulunu çırpışdırıb haram ofşor banklarda gizlədiblər, yüz milyonlarla dəyərində villalar, malikanələr tikdirir, əcnəbi ölkələrdə öz şəxsi bizneslərinə 9-10 rəqəmli fantastik sərmayələr yatırır, canım sənə desin, yaxtalar, təyyarələr, adalar alırlar, bank, gömrük və s. və i. a. maxinasiyaları eləyirlər!.. Deməli, bu hakimiyyət sözün həm məcazi həm də əsil mənasında mütəşəkkil cinayətkarlıqla məşğuldur!..

Bunları desəm, bilirsiniz noolar? Elə həngamə, elə mərəkə qopar ki, faciədən daha çox siyasi trilleri xatırladan "Gülər və Elşad” dastanı adi muskomediya tamaşasına çevrilər. Işıq gələn yerə pambıq tıxayan recim yiyələri və bu "yiyələr” üçün sino gedən saxtabaş MM-cilər, quyruqbulayan iqtidar kamikadzeləri, ələlxüsus qazan dibi yalayan peşəkar qarayaxanlar çaqqal sürüsü tək üstümə düşüb söyüş, hədə, təhqir, acıq və hikkə atəşinə tutarlar məni.

Bax, elə bu səbəbdən də dilimi dinc qoyub kirimişcə oturmuşam. Deyirlər, susmaqla çox şey qazanmaq olar, lal olmaqla hər şeyi itirmək olar. Odur ki, qalmışam iki daş arasında - ya susub xımır-xımır varlanmalıyam, ya da lal olub bala-bala olan-qalanımı itirməliyəm... Amma bircə şeyi dəqiq bilirəm: nəyi də olsa, gərək başımı itirməyim! Başımı itirsəm, onda mənimlə bu hakimiyyətin nə fərqi olacaq?...

Müxtəsəri, "Desəm öldürəllər, deməsəm ölləm!”.

Əslində, mən dediklərimdən daha qəliz məsələlərdən agaham. Məsələn, bilirəm ki, mənim, sənin, onun, yəni hamımızın "optovoy” qorxusu xalqın müdiri rolunu oynayanların "zapravka”sıdır. Maşın yanacaqla işlədiyi kimi, bunlar da bizlərin qorxusuyla "zapravka” eləyib güclənirlər. Gücləndikcə də, ilhama gəlib qızışır, yumruqlamaq, cırmaqlamaq və şıllaqlamaq sevdasına düşürlər.

Rica edirəm, qınamayın məni, bütün bunları dərk eləyə-eləyə, yenə də qorxuram. Hərçənd, hər gün bu sayaq hisli-paslı məsələləri görüb-eşidəndə ürəyim ağrıyır, iyrənirəm, utanıram, xəcalət çəkirəm... Amma bununla birgə, qayıdıb cınqırımı da çıxartmağa - üzr istəyirəm - "duxum” çatmır. Qorxuram. Ürək eləmirəm. Məsəl var, deyərlər, Allah-Təala dövşanı cəzalandırmaq istəyəndə ona bir azca artıq cəsarət əta eləyir... Indi mən başıbəlalı da, yüz faiz əminəm ki, ağzımı açıb haqdan, ədalətdən-filandan danışan kimi, dərimə saman təpməyə başlayacaqlar. Sonra da, yaxamdan yapışıb elə silkələyəcəklər ki, dəymişimdən əvvəl kalım töküləcək. Başqa vaxt olsaydı, yəni doğru sözə, azad fikirə, əqidə və vicdan azadlığına görə mübarizəyə qalxanları vurub, türkün məsəli, "xosunbay” eləməsəydilər, onda nə vardı ki, danışardım da, mübahisə də, ifşa da eləyərdim, lap belə, qışqırıb fəryad da qoparardım.

Bir də axı, niyə mən təkbaşına danışmalıyam? Yalquzaq canavaram, ağ qarğayam, ya Don Kixotam, nəyəm? Heç kim dillənmir, heç kim etiraz eləmir, - müqəvva kimi, mat-məəttəl dayanıb da durublar. Dənizimizi göz görə-görə oğurlayırlar, meşələrimizi çəpərləyib ağac-ağac qamarlayırlar, nöyütümüzü yağmalayıb dədə malı kimi, barrel-barrel satırlar... Hamı qorxudan susur! Heysiyyatımızı, qürurumuzu, dinimizi, dilimizi təhqir edir, mədəniyyətimizi, mənəviyyatımızı məngənələrə salıb  əzir, əxlaqımıza qarşı TV və Media piratları buraxırlar... Yenə də, hamı ağzını kilidləyib susur! Təhsilimizi, səhiyyəmizi, gün-güzəranımızı it gününə qoyur, milləti (oxu: rəiyyəti) çörəklə imtahana çəkirlər... Kimsə qorxudan heç "mıqq” da eləyə bilmir(?!).

Vallahi-billahi, yer üzündə qorxudan qorxulu bir şey yoxmuş!

Belə getsə, əlbəttə ki, bir azdan "hurrey” çəkib canımızı almaq, ALIN YAZIMIZI pozmaq həvəsinə düşəcəklər, - iştah diş altındadır axı. Indi nə buyurursuz, mən bütün bu bildiklərimi "şappadan” deyim, olum pis kişi, deməyənlər isə  yağlı "malades”lər və təzə "mersedes”lər qazansınlar?.. Xeyir, qardaş, keçəl suya getməz!

Bəziləri düşünürlər ki, heç nə dəyişməyəcək, heç nə düzəlməyəcək, yəni yel qayadan, it dəmirçi dükanından nə aparacaq?.. Belələrinin hünəri ancaq pıçıldaşıb-xosunlaşmağa  çatır, o da ya çayxanada,  ya da mətbəxtdə: "Xeyri yoxdur, bu millət şellənib ömür boyu elə fil qulağında yatacaq...”, "Dəyirman öz işində, çax-çax baş ağrıdır...”, "Biz problemlər və axmaqlar məmləkətində yaşayırıq...”, - pıça-pıç, pıça-pıç!... Daha qanmırlar ki, pışıltının əks-sədası olmur. Təəssüf ki, biz təkcə problemlər və axmaqlar məmləkətində deyil, həm də neft, milyonlar və... qorxular (oxu: qorxaqlar) səltənətində yaşayırıq.

Biz qorxudan infarkt keçirmiş, sarılığa, şəkərə tutulub iflic olmuş millətik. Bəlkə belə deyil? Suallar, daha doğrusu, cavababənzər suallar çoxdur. Misal üçün, görən nə səbəbə bizlər avtobusda ayağımızı basdalayanda daha bərk çığırırıq, nəinki haqqımız-hüququmuz tapdalananda? Biz baxırıq, amma nədənsə görmürük. Yaxud, görmək istəmirik. Görən, nə üçün bizlər yapçı-gopçuların və onlara "züy” tutanların qanadlarını ağ göyərçin təki gərib kölgələrinin yerdə qurbağaya oxşadığını görmək istəmirik? Və ya, əsil qanadlı dəvələrə çevrilmiş iqtidar məmurlarının neçə-neçə damlar uçurub, talelər puç elədiyini israrla görməməzliyə vururuq?..

Bəyəm, dövlətin dindən ayrı olduğunu deyəndə, Allahsız bir quruluşda yaşayacağımızı dərk eləmirdikmi? Baş mollamızın və onun az qala Prezident aparatının bir şöbəsinə çevrilmiş idarəsində işləyənlərin sir-sifətində kəlmeyi-şəhadəti oxunub dəfn olunmuş din gördüyümüzü niyə inkar edirik?

Məgər bunların, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoyub, olduqca qorxulu və xəbis bir oyun oynadıqları göz qabağında deyilmi? Sadəcə, Əli də, Vəli də, hətta Pirvəli də öz papaqlarını çoxdan itiriblər və bu, artıq özgə bir söhbətin mövzusudur. Düz deyiblər: "Yoldan çıxmağın min yolu, həqiqətin isə bircə yolu var!”.

Cənablar, eynək taxıb boks oynamayın, bu çox təhlükəlidir!..

Kaş, qorxmayaydım, bir çimdik təpərim, cəsarətim olaydı. Kaş ki, qorxunu içimdə boğub öldürməkdən qorxmayaydım. Onda şəstlə sinəmi qabağa verib deyərdim ki, XOF çətir kimi bir şeydi, başımıza ələnən Tanrı xeyirxahlığının vücudumuza, ruhumuza yayılmasına əngəl törədir. Və bu əngəl artdıqca biz TANRIdan uzaqlaşır, uzaqlaşırıq...

Qarşıda isə bizləri... şeytan gözləyir.

Azadlıq Qəzeti


Категория: Azərbaycan | Просмотров: 1741 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus