Mənəvi dəyərlərin dəqiq sərhəddi olmadıgı kimi, mədəniyyət də hüdudsuz və çox əhatəli bir anlamdır. O, əxlaqın tam spektrini - insanın ruhu zənginliyini, eləcə də ədəb, davranış və ünsiyyət qaydalarını əhatə edir.
Hər bir normal insan mənəvi xüsusiyyətlərə və əxalqi davranış qaydalarına genetik meyillidi. Ancaq təəssüflə qeyd etməliyəm ki, son on illiklərdə ölkədə mənəvi-mədəni mühit pozulmuş və əhalinin əxlaqlı davranış səviyyəsi nəzərə çarpan qədər erroziyaya ugramışdır. Vəziyyətin bu həddə çatmasında, əlbəttə ki, subyektiv səbəblər də mövcuddur.
Belə bir həssas şəraitdə Azərbaycanda yaşayan hər bir köklü xalq (o cümlədən Talış xalqı) öz Milli Kimliyini, mədəni-mənəvi mövcudlugunu, ən əsası isə ana dilini və mental kodlarını qorumaq üçün son dərəcə ehtiyyatlı olmalıdır. Onilliklər ərzində hakimiyyətin talışlara qarşı yürütdüyü biganəlik və assimliasiya siyasəti, əlbəttə ki, xalq tərəfindən çox böyük narazılıq və müqavimətlə qarşılanıb. Xalqın özünüqoruma instinkti nəyin bahasına olursa-olsun, həmişə xilas yolları, çarə axtarıb. Bu gün bu YOLLAR dan biri və bəlkə də ən birincisi Respublika Talış Mədəniyyət Mərkəzinin bərpa edilməsidir.
Bunun üçünsə, bizlər hakimiyyət tərəfindən atılan hər hansı müsbət addımlara (hətta bu addımlar kövrək olsa belə!) ehtiyatla, tədbirli və agıllı yanaşmalıyıq. Çünki bu, hakimiyyətdən daha çox bizlərə lazımdır, - bizim taleyimizə, sabahımıza lazımdır.
Sənə tərəf uzanmış əli havada qoymamalısan - təki o əl riyakar, məkrli niyyətlərlə uzanmasın. Əriyən buzlara, yaranan ümidlərə pozitiv yanaşmalı, səbirli olmalısan! Amma yenə də təəssüf hissilə deməliyəm ki, bəzi dayaz təfəkkürlü nadan adamlar gözünü yumaraq dünyanın mövcud olmadıgını iddia edirlər. Hər işə qulp qoymaq, hər şeyi radikallıqla qarşılamaq, hər bir mütərəqqi addımı pisləyib- qara yaxmaq, reallıqları qəbul etməmək, Dövlətçilik maraqlarını saymamaq, dövlət simvollarına aşagılayıcı münasibət sərgiləmək və s.
Belələri mövqeylərinə rəgmən, ortaya heç bir mütərəqqi təklif, heç bir əməli iş və ışlək proqram qoymadan pozuculuqla məşgul olur və etdiklərini “vətənpərvərlik” kimi təqdim etməyə çalışırlar.
Belə münasibət və bu sayaq siyasi-ictimai KORluq, əlbəttə ki, ümumi işimizə, həmrəyliyimizə, milli birliyimizə zərbə və satqınlıq kimi dəyərləndirilməlidir!
Seyran Rəfiyev
08.05.2014