Dostlara şad xəbər!
Yaxud, Məkkə ziyarətinə getməyə hazırlaşan inanclı iş adamı bu səfəri təxirə salıb, Qarabağ qazisinə ev tikməyi öhdəsinə götürdü.
Əziz həmvətənlər, xatırlayırsınızsa 04 dekabr 2012 –ci il tarixdə facebook.com saytındakı səhifəmdə Masallı rayonunun assimiliyasiyaya məruz qalan Dico kəndində anadan olmuş, dörd il Qarabağ müharibəsində vuruşan Xamiyev Yunsurun xəstələnib ölümlə üz-üzə qalması barədə məlumat vermişdim.
Bildiyiniz kimi həmin vaxt Yunsuru apardım Masallı rayon vərəm xəstəlikləri dispanserə. Adını hallandırılmasını istəməyən, gözəl insan, yaxşı həkim onun müalicəsini üzərinə götürdü. Qısa müddət ərzində Yunsuru müalicə edib, tam sağaltdıqdan sonra ona maddi yardım da edib, mənə zəng etdi. Yunsuru həkimə apardığıma görə minnətdarlığını bildirdi. Doğrusu, bu vəziyyət mənə təəccüblü gəldi. Ona görə təəccübləndim ki, mən minnətdarlıq edib təşəkkür etmək əvəzinin tam əksi oldu. təşəkkür Yunsuru tam sağlam halda aparıb ailəsinə təhvil verəndə körpə qızının atasına sarılmasını görəndə göz yaşlarıma hakim ola bilmədim. Görəydiniz körpə qızcığaz mənə necə şirin dillə təşəkkür etdi. Orda üzümü qadir Allaha tutub, dua etdim ki, "İlahi pəvərdigara,
bütün körpələri atalı-analı böyüt, heç körpənin qəlbinə valideyn dağı vurma, səni and verirəm izzəti cəlalına, səni and verirəm böyüklüyünə”!
Əlbəttə Allah heç kimi naümüd etməsin. Yunsur da ümüdini Allahdan üzməmişdi ki, özü Vətənpərvər, xeyirxah insan olduğu kimi həmişə qarşısına da xeyirxah insanlar çıxır.
Bu ifadəni heç də özümə şamil etmək fikrimdə deyiləm. Çünki, insan etdiyi yaxşılığı yalnız Allah xətrinə etdiyi üçün, dilə gətirməməlidir. Sadəcə bu dramanı ardıcıllığı ilə sizinlə bölüşmək istədim.
Dostlara şad xəbərim budur, indicə mənə zəng edib dedilər ki, bir nəfər bu il Müqəddəs Məkkə ziyarətinə getməyi planlaşdırıbmış. Sosial şəbəkədə bu əhvalatı öyrəndikdən sonra Yunsurun yaşadığı daxmaya gəlib,
vəziyyəti ilə tanış olandan sonra ona maddi yardım edib, həm də bildirib ki, mən bu il Məkkə ziyarətinə gedəsi olmadım. Necə və hansı formada istəsən, sənə elə bir ev tikərəm...
Çox axtarıb, öyrənmək istədim ki, bu qeyri adi xeyirxah insan kimdir.
Həmin nəcib insanı tapıb telefon əlaqəsi yaratdım. Xeyli söhbətdən sonra ev tikməsini desə də kimliyini adının hallandırmağımı lazım bilməyib, dönə-dönə xahiş etdi ki, onun haqqında heç kim heçnə bilməsin. Mən də o insanın xahişini nəzərə alıb adını yazmadım.
İndi Qazilərimizi sevən hər kəsə gözünüz aydın olsun deyirəm, bir qazimizin ailəsinə də sevinc nəsib oldu.
Bizlərdən isə belə insanlara yalnız təşəkkür etmək qalır.
Mətləb PERO