2014-cü ildə talışlarla bağlı çap edilən kitablar
“QƏM KARVANI” (minacat, mədhiyyə, mərsiyələr və dini şeirlər) Bakı, MBM, 2014, 150 səh.
Xanəli Tolışın yeni kitabı şapdan çıxıb Şəkilaltı mətndə yazılıb:
Ağayev Xanəli Şirəli oğlu (Xanəli Tolış) (1940) ixtisasca tarixçi- etnoqrafdır, 54 il pedaqoji sahədə çalışıb. 1985-ci ildən AYB-ın üzvüdür. “Qızıl qələm” mükafatı laureatıdır. 1950-ci illərdən mətbuatda çap olunur. 7 kitabın müəllifidir, cəmiyyətdə sayılan şəxsiyyətlərdən, sevilən ağsaqqallardan biridir. Allaha ibadəti ilə, dini mövzularda yazdığı minacat, nət, mərsiyə və mədhiyələri ilə tanınır. Allaha, peyğəmbərə, imamlara, şəhidlərə, həmçinin müasirlərinin xatirəsinə həsr etdiyi əsərləri toplanmış birinci kitabı “Kərbəla karivanı” 2002-ci ildə çapdan çıxmışdır. İnanırıq ki, onun davamı olaraq bu mövzuda yazılmış ikinci kitab da dindar oxucuların, xüsusən ruhanilərin, mərsiyəxan və rövzəxanların marağına səbəb olacaqdır.
Sabiq qazi Hacı Mirqiyas ağa ön söz yazıb:
-BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM
Yükü qəmdən tutulmuş Karvan on dörd əsrdir ki, yoldadır. Kərbəladan başlanan yolun başlanğıcı məlum olsa da, sonu görünmür. İslamın məhv olmaması, boy atması yolunda Həqq uğrunda şəhid olanların dərdini, kədərini daşıya-daşıya gələn Qəm Karvanı əsrimizə qədər gəlib çıxmışdır.
Kərbəla Karvanına yeni-yeni dərdlər, ələmlər yüklənir, Fələstində, İranda, İraqda, Misirdə, Livanda, Suriyada, Əfqanıstanda, Bosniyada, Hersoqovinada, Çeçenistanda, Ukraynada və nəhayət, 1990-cı illərdə Bakıda, Qarabağda Kərbəla faciəsi yaşanmışdır.
Azadlıq uğrunda mübarizəyə qalxan Azərbaycan şəhidlər məmləkətinə çevrilmişdir. Qəm yükü altında inləyən Karvan hələ də yollardadır...
Şair Xanəli Tolış Qəm Karvanının gələcəyinə, sabahına nikbinliklə baxır:
... Xanəli, hər gecənin var səhəri,
Ver, ilahi, hökmü-fərman bu gecə.
İnamla tutduğu bu Həqq yolunda şair qardaşımıza uğurlar arzulayırıq.
Kitab 4 bölmədən ibarətdir: 1. Minacat və mədhiyyələr 2. Mərsiyələr. 3.Müasirlərin xatirəsini yad edən şeirlər. 4. Dini-əxlaqi şeirlər.
Kitabın redaktoru bu sətrin müəllifidir
Allahverdi BAYRAMİ