Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Март » 24 » WWW.azerbaican.ru/gru
20:42
WWW.azerbaican.ru/gru
Son vaxtlar Bakıda sayı göbələk kimi artmış uca göydələn binalar, yaxşı bilirsiz, hakim siyasi elitamız üçün reklam çarxıydı-ay, gör biz necə əlçatmaz yüksəklikləri fəth edirik; ay, dilimiz də var, dilçəyimiz də; ölkəmiz sürətlə inkişaf edə-edə gedib aya-ulduzlara dirənəcək.

Hə, son vaxtadək bu beləydi.

Ancaq, dünyanı sarmış iqtisadi böhran bir gün gəlib Bakını da silkələdi, neft ucuzlaşıb oldu su qiymətində-hə, bu göydələnlərin çoxu yarımçıq qaldı. General Rail Rzayev, belənçik yarımçıq qalmış göydələndən atılmış sərrast gülləylə öldürüldükdən sonra, hə, həmin binalar bir başqa-əcəl, ölüm qəsri simasında gəlib soxuldu gözlərimizə. İndi bizim məmurlar bu binalardan yamanca qorxacaq deyəsən...

Bəli, xalq mülkiyyəti, torpaq sahələri uğrunda savaşlar arxada qaldı - indi Azərbaycanın geostrateji hava səması uğrunda çəkişmə başlayıb. Artıq ilk qurbanlar var. Hə, gicləməyin, ölkələrin müstəqilliyi onların öz torpaqlarına yiyə çıxmağıyla ölçülmür, əsas məsələ başqadır-sən nə qədər öz hava ərazinin sahibisən, hə, bax bu sualın cavabını vermək hər prezidentin işi deyil. O yekəlikdə Türkiyyənin hava ərazisi İsrail, Amerika təyyarələrinin istifadəsindədir! Biz kimik ee bu "səma bazarı”nda, bazasında?

Söz yox, generalın qətlini törətmiş superkiller öz yüksək peşəkarlığıyla – ağzınızı büzməyin! -  salnamələrə düşəcək. Heç  Londondakı ərəb şeyxlərini bu cür ustalıqla öldürməyiblər. Sizi inandırıram, handa bir cəllad belə peşəkarlıqla iş görə bilməz-hollivud rejissorları qətlin yüksək estetik cəhətlərini mütləq öz bədii filmlərində əks etməlidirlər. "Kriminalistika tarixi” dərsliyinin müəllifi Torvald, bəli, mütləq qeyd edərdi bu cinayəti öz kitabında.

General, hərbçiydi, hə. Təsəllisi də bu olsun ki, onu elə özü kimi hərbçi öldürüb. Bəli, bir də "bəli!” deyirəm - qatil, sözsüz ki, ordu kəşfiyyatı atıcısıdır. Korsuz, dəsti-xətti hiss etmirsiz bəyəm? Lakin...

Lakin, bu cür "tər-təmiz” görülmüş qətllərdə həmişə bir rəmz olur-xəbərdarlıq! özü də ciddi xəbərdarlıq. Özü də ölkənin birbaş ən üst düzəninə... Xəbərdarlıq isə belədir - "Durnanı gözündən vururuq, yan-yörənizə yaxşı fikir verin. hələlik.”

Fikrim qətidir-qətl, ordu kəşfiyyatının işidir. Kimin, hansı ölkənin? - Yox, bunu dəqiq deyəmmərəm. 

Vahid Naxışın ağzı fal imiş ki...  Elə lap təzəlikcə diqqətimizə çatdırdığı "Seçilən” filmində, Allah şahiddi, eyni mənzərəni, təxminən eyni məkanı göstərirdi ki, bizə-yarımçıq qalmış göydələn, gözü eynəkli killer, cangüdənlər, sui-qəsd... Rusiyanın "NTV” telekanalı da bu süjetdən kənarda qalmamış, bir həftə öncə göstərdiyi "Titrəyiş” ("Sdviq”)  filmində təxminən eyni ssenarini sərgiləmişdi öz tamaşaçılarına - Xəzəryanı ölkələrinin sammitində qətl törədiləcək. Bir dəstə rus xüsusi təyinatlısı...

Nəysə, filmin dolanbac məzmununu danışmaq istəmirəm indi... Söhbətim, hərbi kəşfiyyat barədə olacaq bu dəfə.


YOLDAŞ AGAHİ

Yüksək vəzifəli siyasi pənahəndə ailəsində doğuldum səbəbdən, mən həmişə özümü sanki "sirlər xəzinəsində” hiss etmişəm - rəhmətlik atamın fədai silahdaşları mənə "alay oğlu” kimi baxar, bildiklərini daim qulağıma pıçıldayardılar. Atamın məxfi inqilabi fəaliyyəti,  SAVAK (şəhənşah kəşfiyyatı) tərəfindən hətta o vaxtkı Sovet Bakısında belə izlənilməsi, sovet rəsmilərinin ikibaşlı eyhamları, daha nələr, nələr-özünüz fikirləşin, hansı keyfiyyətlər tərbiyə etməliydi ki məndə? "Şübhə” - bax bu xasiyyət, hələ uşaqkən hopdu beynimə... Tanışlarımızın əslində kim olduğunu bilmək üçün mən bir neçə "təhlükəsizlik üsulu” icad etmişdim - "bax bu şübhəli kəs, yaşadığı mənzili hardan, hansı dövlət müəssəsindən alıb?” sulını özümə verib başlayırdım həmin kəsin kimliyini öyrənməyə. Bir gün atama dedim:

- Şərqşünaslıq İnstitunda işləyən sizin silahdaşınız yoldaş Agahi, neyçün öz mənzilini, bizim kimi, Qırmızı Xaç-Aypara cəmiyyətindən almayıb? - siyasi pənahəndələrə mənzilləri bu cəmiyyət verir axı... Agahi isə, Sovet İttifaqı Qəhrəmanları üçün tikilmiş evdə, müharibə vaxtı ordu kəşfiyyatında işləmiş şərqşünas akademik Ziya Bunyatovla bir binada yaşayır? O kimdir, hərbçi, Sovet İttifaqı qəhrəmanıdır bəyəm?

Sualıma atam tərəfindən qısa cavab gəldi:

-Mən də vaxtilə belə düşündüm. Öz tədqiqatlarını davam etdir...

Çox sonralar, 1977-79-cu illərdə, İran inqilabı zamanı baş vermiş bəzi qəliz hadisələr, atamla məni yoldaş Agahinin həmin mənzilinə gətirib çıxardı. Yoldaş Agahinin İran Xalq Partiyası "Tudə”nin mühüm üzvü, tanınmış şərqşünas olması bir yana dursun - soyadına tam uyğun olaraq o, çox mətləblərə "agah” idi. Ziya Bunyatovla eyni institutda işləyir, eyni binada yaşayırdı. Bax əsl "şərqşünas” onlarıydı, yəqin biləsiz.

***
70-ci illərdə Sovetlərin Tehrandakı QRU aqenturasına öz işinin zərgəri olan general-mayor Serqey Kraxmalov rəhbərlik edirdi. QRU, kiçik qardaşı KQB-dən fərqli olaraq, öz şəbəkəsinə solçuları, vaxtilə SSRİ-dən İrana sürgün edilmiş erməni, azərbaycanlı mühacirləri deyil, yüksək vəzifəli şah məmurlarını cəlb etdiyindən, işində daha böyük nailiyyətlər qazanmışdı. Ancaq 1977-ci ildə vəziyyət QRU-nun nəzarətindən çıxır, it də gedir, ip də - kəşfiyyat şəbəkəsinə daxil olan dövlət məmuru Rəbbani, general Derəxşani, ən vacibi - İran «Qenştab»ının generalı Əhməd Moqarrebi həbs edilir. O vaxtlar şah rejimi Amerikadan ildə  milyardla dollar həcmində silah alırdı, əhməd Moqarrebi bu silahların alınmasına cavabdeh bir zabit idi, vəssəlam, arxasını day özünüz fikirləşin, görün bir bu xətt ilə QRU hansı sirlərə bələd olub! İstədiyi yeni silah növünü, - biabırçılıq! - şah Qenştabının əliylə Pentaqondan satın alıb, aradakı rüşvətləri də - əhsən! - elə şah xəzinəsindən ödəyib, nəticədə bir sıra Pentaqon genarılını da ləkələyərək onları öz tələsinə salıb, keçib şantaja!

Bu rəzalətdə ən yüksək vəzifəli İran, Pentaqon genarallarının, hətta şahın özünün (!), saray əyanlarının da adı vardı… Cinayəti tətdiq edən SAVAK, Amerika xəfiyyələri işə bələd olunca lap ağıllarını itirirlər. Dərk edirlər ki, vaxsey, şah sarayı lap çürüyərək tam şəkildə QRU-nun ovcuna düşüb!

«Nəyə lazımdır bütün bu biabırçılıqlardan sonra şah sarayı, elə lap şahənşahın özü?» sualı, Amerika diplomatiyası üçün həllolunmaz bir məsələyə çevrilir.

Şahın, silah almaq işində, Vaşinqton rəsmilərinə verdiyi rüşvətlərin həcmi, səviyyəsi çoxlarını düşündürür…

İlk növbədə elə Vaşinqton şahinlərini…

Şah, izi azdırmaqçün hərəkətə keçir - rusların İsfəhanda tikdiyi metallurqiya karxanasının domna sobasında general Moqarrebini diri-diri yandırır!

Bu qara xəbər min bir dona bürünərək tezliklə bəzi dairələrin qulağına çatır - ilk növbədə İran inqilabçılarının. Bütün ölkə şaha ikrah hissiylə dolur.

İranda islam inqilabı başlayır.

***
 1979-cu ilin fevralında SAVAK qərərgahını ələ keçirən xalq mücahidləri imkandan istifadə edərək ilk növbədə nə edirlər, hə? SAVAK-ın arxivlərini ələ keçirirlər! O cümlədən, general Əhməd Moqərrebinin işini!

Sovet səfirliyi həmin sənədləri mücahidlərdən almaq istəyərək bu işi Tehrandakı KQB aqenturasının rəhbəri Leonid şabarşinə tapşırır. Müsəlman marksistlərin rəhbəri, Evin qazamatını təzəcə tərk etmiş Məhəmməd Rza Səadəti, sol əyətullah Taleqaninin oğlu Müştəba ilə məsləhətləşdikdən sonra, həmin görüşə razılıq verir. Fəqət, eyvay! - görüş zamanı xomeyniçilər qəfildən peyda olub hamını - sovet agentləri ilə birgə Səadətini də həbs edirlər. Bədbəxt yenidən Evinə qaytarılıraraq orda tələm-tələsik dar ağacından asılır, sovet agentləri ölkədən çıxarılır, sənədləri ələ keçirmiş islam keşikçilərinin başçısı Kəşani də müəmmalı şəkildə öldürülür. Sonra növbə gəlib yetişir mücahidlərin mərcəül-təqlidi Taleqaniyə. Sovet səfiri Vinoqradovla görüşdən az sonra o, yatağında ölür. Tehran mətbatı aləmə car çəkir ki, qocaman ayətullahı rus səfiri özü zəhərləyib!

Tehrandakı diplomatik korpus zarafat başlayır: «Səfir Vinoqradov, noolar, gərək imkan tapıb bir, Xomeyni ilə də görüşsün»…Deyilənə görə bu zarafat sovet səfirini əməlli-başlı cin atına mindiribmiş…

Zarafatı buraxıb keçək həmin sənədlərin sonrakı taleyinə. Xomeyni anında dərk edir ki, əlindəki sənədlər, imkan verir ki, həm rusları, həm amerikalıları lazımı qədər şantaj etsin.

Həmin sənədlərlə birgə, bəzi xarici ölkə rəsmilərinin gələcək taleyi də, qocaman Xomeyninin iti caynaqlarına keçir. Elə İrandakı hakimiyyətin özü də. Şahın Amerikadakı dostlarını bir-bir yadınıza salın (Kissindcer, Bjezinski?), onda bilərsiz söhbət kimlərdən gedir.  Məşhur "The Encyclopediya of espionage” kitabında Moqarrebi, Rəbbani, Deraxşani barədə verilmiş xəsis məlumata  diqqət ayırmağınızı israrla rica edərdim. O isimlər elə belə düşməyib qalın kitab səhifələrinə... Amerika Mərkəzi Kəşfiyyat İdarəsi o isimləri hələ uzun zaman unutmaz.

***
Həmin dövrlərdə biz yoldaş Agahigilə tez-tez gedirdik - baş verən hadisələrin vüsəti, sürəti ipə-sapa yatmır, Tudə rəhbərliyindən, yəni atamla Agahidən xüsusi səriştə tələb edirdi.

- Demək ruslarda, Xomeynidə, bəli, Amerika istebleşmentini ifşa edən çox mühüm sənədlər var. Hə, vəziyyət kəskinləşəcək. Atam çox qayğılı görünürdü. O, bir-iki dəfə gözlərini yumub, fikirlərini dərinləşdirməyə çalışdı.

O söhbətdən əvvəlki mövzu da çox maraqlıydı:

- Yoldaş Kəndli, Tehran şah bələdiyyəsi mənə məktub göndərib, ata mülküm, təzə çəkilən yol xətti üzərindədir, onu söksünlər deyə mənə böyük miqdarda pul təklif edirlər.

-Aldanma, SAVAK-ın işləridir, səni satın almaq istəyirlər, Moqərrebinin işindən sonra onlar lap başlarını itiriblər. Ehtiyatlı ol.

Agahi sözə qulaq asmadı, inqilabdan sonra İrana qayıtdı. Moqərrebi işini batırmış KQB rezidenturası rəhbərləri Şebarşin, Kuziçkin isə, xəyanəti davam etdirərək Tudənin boynuna keçirdikləri kəndiri 1982-83-cü illərdə lap sıxdılar - Moskvanın göstərişinə əməl edib partiyanı Britaniya kəşfiyyatına satdılar, Agahi, digər minlərlə İran kommunisti kimi Tehranda qətlə yetirildi. Qapısını kəsdirmiş islam keşikçilərinə, deyilənə görə o, hətta güllə də atıbmış... Sovet İttifağı Qəhrəmanları üçün tikilmiş evdə uzun zaman yaşayan Agahi, elə belə də etməliydi yəqin. Allah ona rəhmət etsin.

Sovet Ordu Kəşfiyyatı QRU ilə KQB arasındakı əbədi dartışma barəsində ilk dəfə mən bax həmin vaxtlar bir azacıq nəysə öyrəndim.

Sonra, 1997-ci ildə Agahinin qonşusu, həmkarı Ziya Bunyatov da qətlə yetirildi.

DAĞLARDA DÖYÜŞ - İKİ BAŞLI RUS QARTALI


İkibaşlı rus qartalı, bir rəmz kimi, çarizm dönəmində bir məna daşıyıb, sovet dönəmində bir başqa - bəli, Amerika tədqiqatçısı con Erikson, rus konspiroloqu A.Duqin düz buyurur, hərbi kəşfiyyat kimi tanınan QRU, həmişə, siyasi təşkilat olan KQB-ni it yerinə belə qoymayıb- vallah, heç adam saymayıb sonuncuları.

Partiya rəhbərliyi, rus qartalının bu iki başını həmişə it-pişik kimi boğuşdurub, hər iki tərəfdən əldə etdiyi bilgiləri qoyub yastığı altına, müqayisəli şəkildə analizdən keçirib. Lakin, ağır çəkili həmin bu iki qladiatorun döyüşü də elə qara nöqtə qoyub SSRİ-yə. Xarici xüsusi xidmət mərkəzləri, ilk növbədə Britaniyanın Mİ6 kəşfiyyatı, bu münaqişəni qızışdırmadan SSRİ-ni edam kürsüsünə sürükləyə bilməzdi, vallah-billah, inanın mənə...

QRU ilə KQB arasındakı ən amansız döyüşlər isə, elə burda, Qafqaz dağlarında, Azərbaycan, Ermənistan, gürcüstan, çeçenistanda 20 ildən çoxdur ki, davam edərək bitib tükənmək bilmir ki, bilmir. Anamızı ağladır bizlərin.

İndi gün kimi aydındır ki, Qarabağ münaqişəsi, Sumqayıt, Bakı olayları zamanı hər iki bu qüvvə, day o hiylə qalmayıb ki, bir-birilərinə qarşı istifadə etməsinlər. Moskva mətbuatının indi yazdığı kimi, SSRİ-yə kapitalizm gətirib xalq mülkiyyətini mənimsəmək istəyən "partiya+KQB” tandemi, 80-ci illərdə ən ağır cinayətə əl ataraq Vaşinqtonla gizli əlaqə qurur, ölkəni silkələmək naminə ilk növbədə, Qarabağda xalqlar dostluğunu pozur. Məqsədi də  bu olur ki, Sovet ordusunu, QRU-nu həmin təxribata çəkərək sadə xalqla qarşı-qarşıya qoysun. Partokratiya, NKVD-nin gələcək xəyanətini hələ 30-cu illərdə hiss etmiş Lev Trotski "Satılmış inqilab” əsərində yazırdı: "Bəli, partbürokratiya NKVD-ylə birləşib nə vaxtsa hakimiyyəti, sosialist mülkiyyətini mənimsəmək, öz varislərinə ötürmək istəyəcək, lakin, biz SSRİ-ni elə qurmuşuq ki, Qızıl Ordu, planlı xalq təsərrüfatı buna həmişə əngəl törətsin. Gələcək savaşda bu qüvvələr amansızcasına toqquşacaq”. Ağzın fal imiş sənin, Trotski... Elə bu da baş verir biz bədbəxt qafqazlıların gözü qarşısında bütün 1988-93-cü illər boyu...

"Partiya+KQB+Xarici kəşfiyyat+demokratlar+millətçilər”  koalisiyası ilə, Trotski övladı olan Sovet Ordusu, QRU ilk olaraq elə güney Qafqazda - Ermənistanla Azərbaycanda toqquşur. Sikələyin də barı öz küt yaddaşınızı, hə, xatırlayın - vaxtaşırı bölgədə hərbi vəziyyət elan etdi və sairə və ilaxır... Maraqlı bir cəhət-ilk zərbəsini həmişə xalqa deyil... bəli, xalqa deyil, məhz partiyaya, onun qərərgahlarına endirərək, ay bərəkallah, partnamenklatura binalarında öz komedaturalarını təşkil etdi, yəni, əslində partiyanı ləğv edərək onu xəyanətkar bildi marksizm-leninizmə qarşı... Hərdən, ölkədə baş verənlər barədə qəribə bilgilər də ötürdü dövrü mətbuata - "çernobl atom stansiyasında partlayış, ay-hay, deyirsiz elə belə baş verib, hə? Yox, NATO, təxribata əl atıb, dolayı yolla atom zərbəsi endirib, ay camaat bizə! Açıqcasına elan edə bilmirik bunu! Sumqayıt, Bakı, Xocalı, Qarabağ qırğınlarını xarici-daxili yad qüvvələr törədir, bizi təxribata çəkməyin, 20 yanvarda xalqa Sovet Ordusu, QRU deyil, xarici xüsusi təyinatlı qüvvələr, bir də KQB,  gizlincə atəş açıb, götürüb bunu bizim ayağımıza yazırlar, biləsiz haa, ay yazıqlar!”

Ən maraqlı əhvalat isə 7 dekabr 1988-də baş verir.
 
***
Bildiyiniz kimi, 24 noyabr 1988-ci il tarixində Sovet Ordusu, QRU bütün güney Qafqaz ərazisində hərbi vəziyyət elan edir. Lakin elə həmin vaxtlar - 7 dekabr tarixində Ermənistanda zəlzələ baş verir. Elə həmin gün də məşhur marşal, SSRİ Qenştabının rəhbəri Axrameyev vəzifəsindən azad edilir (sonralar QKÇP zamanı o, qətlə yetirildi). Ordu, QRU geri çəkilməli olur. Xarici "yardımla” dolu təyyarələr, SSRİ tarixində ilk dəfə olaraq tam nəzarətsiz şəkildə, ölkə hava limanlarına enir.

Çernoblda atom hucumuna məruz qalan Lenin məmləkəti, növbəti dəfə, çox gizli tektonik (zəlzələ törədən) silahla hədələnir. KQB, Partiya cütlüyü, Çernobldan sonra Spitakdakı dəhşəti görüb Pentaqonun ikinci hədəsinə qorxaqcasına təslim olur, onun tələbiylə Ordunu, QRU-unu hakimiyyətdən uzaqlaşdırırlar. 1989-cu ildən başlayaran, Əqanistandan tutmuş ta Berlinədək bütün cəbhə boyu Sovetlər geri çəkilir. Hətta uzaq Kubada belə, KQB amerikanlılarla birgə, yerli general Oçao vasitəsiylə, Fidel Kastronu yıxmaq istəyir. Çindəki tələbə ixtişaşları alınmır. Fəqət yalnız buralarda Vaşinqton-Moskva birliyi qəfil məğlub olur - cəbhənin digər bölgələrində kommunist rejimləri, əksinə, sarsıdılır. 1989-cu ilin sonunda SSRİ sərhəddinin Azərbaycan sınırları sökülür. Məqsəd - İranda ixtişaş salaraq bu ölkədəki rejimi devirmək. Lakin, KQB ilə Vaşinqtonun bu birgə səyləri də neyçünsə uğursuzluqla nəticələnir.

Bəli, tarix elmi əslində tam məxfidir - KQB ilə QRU-nun qarşıdurmasını bilmədən dünəni, sabahı dərk etmək mümkün deyil. Bax burda bizə təzə mövzu açılır - QRU tabeçiliyindəki Qəbələ RLS-i mövzusu.

QƏBƏLƏ QALAÇASI

Nağıl aləmində "qala” alınmasa, divarları uçmasa, xeyirin qələbə çalması böyük sual altındadır - bizsə əvəzində nə görürük, hə? Bəli, bir də bəli - Azərbaycanda belə bir qapalı ərazi, nağılların bəhs etdiyi sehirli qalaça həqiqətən mövcuddur. Gözümüz önündəki Qəbələ RLS,  o elə özüdür ki, var! Demək....

Demək, bu qalaça öz ömrünü yaşayana qədər, biz də qorxulu nağıllar aləmində başımızı girləyəcəyik. Bütün rabitəmiz, gizli-açıq həyatımız bütün incəliklərinə qədər Qəbələ RLS-nin tam nəzarəti altında qalacaq.

Bakıdakı Qız qalası öz mistik, kosmik gücünü itirdiyi halda, Qəbələdəki RLS qalaçası həmin kosmik qüvvənin indi tam şəriksiz sahibidir. İşlətdiyimiz "kosmos” sözünü burda bədii məcaz saymayın-Qəbələ RLS-i həqiqətən kosmik qüvvələrlə, yəni kosmosdakı hərbi peyklərlə birbaşa əlaqədardır axı.

Keçmiş SSRİ ərazisini qoruyan RLS şəbəkəsinin indiki 7 stansiyasına Pentaqon şahinləri "şeytanın 7 qülləsi” adını veriblər. Kol yarımadası, Balxaş gölü, İrkutsk, Komi, Azərbaycan, Moskva ətrafındakı iki stansiyanın daxil olduğu bu uzun zəncir halqası Vaşinqtonun əsl qorxulu röyasına çevrilib. Soyuq savaş dönəmi bitdikdən sonra bu zəncirin bəzi halqaları rəhmətə gedib - Krasnoyarsk RLS elə beşikdəcə boğulub, Riqa ətrafındakı stansiya partladılıb, Karpat ətəklərindəki yarımçıq qalıb, Kuba ərazisindən bütün Amerikanı güdən Lurdes bazası 2001-ci il 11 sentyabr olaylarından az sonra müəmmalı şəkildə qapadılıb( görünür, əsl həqiqəti bilirmiş). Əvəzində...

Əvəzində görün nə baş verib bunun ardınca - Azərbaycan Rusiyanın xahişiylə 2002-ci ilin 25 yanvarında Qəbələ RLS-ini 10 il müddətinə ruslara icarəyə verib - tərəflərin qarşılıqlı razılığıyla onun ömrü məşhər gününəcən uzadıla bilər. Kosmosdakı peyklərlə əlaqəli şəkildə bütün yaxın şərq qızmar qazanını - Fars körfəzi, Fələstini, İsraili, həm də elə Bakını tam nəzarət altında saxlayan bu nəhəng GÖZ, bir növ zəmanəmizin yeni Təpəgözüdür ki var!
RLS olan yerdə isə, demək hardasa ona yaxın ərazidə atom başlıqlı raketlər də mövcuddur. Sovet dönəmində, elə Qəbələ RLS tikildiyi vaxtlar, yadınıza gəlirsə, Ermənistan dağlarında nəhəng tikinti işləri gedirdi - Arpa çayın suyu, guya ki, qurumaqda olan Sevan gölünə ötürülsün deyə, dağlarda yeraltı tunellər qazılırdı. Sevana axacaq sular guya bu tunellərdən keçməliymiş. Mövzu ilə əlaqədar çəkilmiş  dokumental filmi, Bakının "Bilik” kinotetrında, bir zaman hamımız kimi mən də seyr etmişəm axı!

***
1991-93-dən sonra QRU-nun qara günləri başlayır - yeni Duma qərar verir: "Bizim icazəmiz olmadan Rus Ordusu xaricdə əməliyyat keçirəmməz!”. QRU isə, elə ordunun bir hissəsidir də. Nəticədə o, əməli deyil, informatik bir quruma çevrilir. Soyuq müharibəki məğlubiyyətindən sonra ABŞ əlaltısına dönən KQB varisləri rəqibsiz qalıb başlayırlar xalq əmlakını Rusiyada ələ keçirməyə... Rusiya neft-qaz sərvətlərinin talan olunduğunu görən QRU, kənarda qalıb bir zaman bunu sükutla müşahidə edir...Sonra, bir Allah bilir nə baş verir - Xodorkovski, Berezovski kimi  KQB törəməsi oliqarxlar, qəfil büdrəyir, Qazprom sahibini dəyişir, bütün neft-qaz şirkətlərinin kontrol paketi keçir "hökümət”in ixtiyarına, 2006-nın 7 iyulunda Duma hərəkətə keçib QRU-ya xaricdə əməliyyat keçirmək haqqı tanıyır.

Hələ keçən ilin mayında biz bu mövzuyla əlaqədar bir məqalə yazdıq. Sübut etdik ki, Sovetlərin köhnə "KQB+QRU” modeli indiki Rusiyanın "Putin+Medvedyev” tandemində əks olunur, yəni, ikibaşlı rus qartalının o biri başı da dirçəldi, ay camaat, başınııza çarə qılın. Bizim bu yazımızdan çox sonra Moskvanın "Kommersant” qəzeti, "İnquşetiya. QRU” məqaləsində həmin müddəamızı, adımızı çəkmədən, müdafiə edir - Qarabağ, Ermənistan, Çeçenistan, Osetiya, Abxaziyadan sonra İnquşetiyanın (Yevqurov simasında) da QRU nəzarətinə keçdiyini, ikibaşlı rus qartalının (FSB+QRU=Putin+Medvedyev) yenidən dirildiyini təsdiqləyir. Qəbələ RLS-ini də bunun üzərinə gəlsək, QRU-nun Qafqazda tam hakim olduğu fikrimiz, kimsədə etiraz doğurmamalıdır. Hə, ordunun özündən əvvəl, onun kəşfiyyatı yaxın sərhədlərə yaxınlaşır.

Yəni, gəlib burnunu Azərbaycana dirəyir. Hələki iyimizi alır onlar.

Rusların "biz, Qəbələni amerikanlarla bölüşməyə hazırıq” təklifini də, gəlin daha dərindən anlayaq. Yəni bu cür: Moskva, Qəbələ RLS nəzarətindəki bütün Orta Doğunu, Azərbaycan da içində, Amerikayla birgə idarə etməyə hazırdı”.

Ərdoğan vasitəsiylə Qafqaz konusunda Rusiya ilə danışıqlara keçmiş Obama hakimiyyəti, deyəsən həmin şərtlərlə razılaşmaq istəyir. Bu isə, QRU-nun geopolitik alanda yeni status almağına gətirib çıxaracaq.

Beləysə, Ermənistana ötürülmüş 800 milyonluq silah söhbətini unudun. Onu QRU, Ermənistan əlaltısı vasitəsiylə bəlkə də HƏMAS-a yollayıb. Silahın guya ermənilərə ötürülməsi əfsanəsini isə, biz azərbaycanlılar təmin etdik- mətbatda rusları söyə-söyə.
QRU, bax bu cür işləyir, bizi susuz aparıb susuz gətirir.

***
Azərbaycan siyasi elitası, ikibaşlı rus qartalının bir başı olan KQB məktəbiylə əzəldən xoş münasibətlərdə olsa da, indi vəziyyət dəyişib-qartalın o biri-hərbi kəşfiyyat başı da bizdən yem istəyir indi.

Razılaşın. Başqa çarəniz yoxdu.

Nə çoxdur Bakıda yarımçıq qalmış göydələnlər. Elə etməyin ki, killerlər bir də həmin ölüm qüllələrinə qalxsınlar.

Həmid Herisçi


Категория: Dünyada | Просмотров: 1611 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus