* Vətənə Ana deyiriksə, atamız kim?
* Tutalım, atamız siyasətçilər, məmurlar və varlılardır, onda biz onların bicləriyik, yoxsa yetimləri?
* Hörmətli deputatlardan biri rayon terminin ləğv edilməsini təklif edib: məmur pulgirlər o dəqiqə qulaqlarını şəklədilər. Təsəvvür edin: adları, müəssisə və məktəb kimi inzibati binaların üstündəki sözlərdən tutmuş, ta pasport və blanklara qədər hər şey, bütün yazılar dəyişdirmək isə milyonlara başa gələcək... Kimlərsə qazanacaq deyə, dövlət pulları göyə sovrulmalıdır?
* Olmaz ki, o milyonları verəsiz biz gənclər özünə mənzil alsın?
* Ona qalsa respublika sözü də bizim dilə məxsüs deyil, indi nədir onu da dəyişək?
* Zordur da, Azərbaycan respublikası əvəzinə, tutalım Azərbaycan məmləkəti, ya da padşahlığı ifadəsini işlədək, rayon sözünü də xanlıq, ya da bəylik adlandıraq, bununla millətin qarnı doyacaq?
* Evi bankda girov qoyulmuş Şəkili qadın bu gün özünü kredit verən qurumun ofisində yandırıb: belə getsə, axırçərşənbə tonqalları əvəzinə kreditə oturmuş xalqın yarısı alovlanmalıdır ki?
* Anamın xan nəslindən, atamın isə varlı molla tayfasından olması mənim nə vecimə: bu ölkədə ki, yaşamağa bir dam altda komam yoxdur...
* Hamı ölümdən qorxur, ölüm lələ isə mənə yaxınlaşmağa belə ürək eləmir...
* Bu yaxınlarda böyük məmur-oliqarxın balasına yaxınlaşıb yaratdığımız İnternet kitabxanası barədə ona məlumat verdim və anlatdım ki, ən azı öz gələcək övladlarının oxumağa nəisə olması üçün bu tipli layihələrə həm o, həm də bütün cəmiyyət yardımçı olmalıdır, bizə pul lazım deyil, kağız kitabı 3-5 dəqiqəyə skayner edən bir aparata ehtiyacımız var...
* Heyhat, kimə deyirsən, qardaşın simasında heç əzələsi də tərpənmədi və ömrümdə ilk dəfə olaraq həqiqətən də təhqir olunduğumu anladım... Bir də qələt edərəm elə xahişlə kiməsə yaxınlaşaram - bu millətin intellektual dərdi mənəmi qalıb?!,
P.S. Nəsə, Novruz Bayramınız mübüş olsun, ciddi şeylərə baş qoşmayın, həyatınızı yaşayın, axı o sizə bircə dəfə bağışlanır...
Aydın
|