Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Ноябрь » 21 » Əvəz Zeynallı rejim təmsilçilərinin iç üzünü açdı
19:53
Əvəz Zeynallı rejim təmsilçilərinin iç üzünü açdı
Baş redaktor: "Əli Həsənov mənə deputat mandatı təklif etdi"

Hakim:
- Yenə nədir, qəzetləri vərəqləyirsən.
Əvəz Zeynallı:
- Məni elə qəzetə görə tutublar. Şahidlərdən kim gəlib?
Hakim:
Şahidlərin dindirilməsi qurtardı.


Gozetci.az portalının məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi davam edib.

Proses zamanı məlum oldu ki, hakim də Gülər Əhmədovanın "Yeni Müsavat"dakı açıqlamasını oxuyub və buna görə  Ə.Zeynallının da qəzet oxuması hakimin diqqətindən yayınmadı.

Proses başlayan kimi hakim Ə.Zeynallının ötən məhkəmə prosesində  telefon danışıqlarına dair "Azərcell” və "Bakcell”ə sorğu göndərilməsinə dair vəsatətin təmin edildiyini açıqladı. Hakim vergi məsələsinə dair vəsatətə dair gələn məhkəmə prosesində mütəxəssis dəvət ediləcəyini bildirdi. Ə.Zeynallı həmçinin onunla bağlı olan 6 şikayət ərizəsinin surətini də istədi. O, ötən proseslərdə ifadə verən sürücünün Aydın Heydərovun sürücüsü Əlirza Allahverdiyevin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün yenidən məhkəməyə çağırılmasını tələb etdi. Hakim baş redaktorun tələbinin təmin edilməyəcəyini bildirdi.  Sonra Ə.Zeynallı Vergilər Departamenti tərəfindən istintaqa təqdim edilən saxta sənədlə bağlı tədbir görülməsini tələb etdi: "Ötən proseslərdə Şahin Əsgərli bunu özü etiraf etdi və bildirdi ki, bu işin xeyrinədir”. Ə.Zeynallı G.Əhmədovanın yenidən məhkəmə prosesinə gətirilməməsinə etiraz etdi və bildirdi ki, hakim onun xəstə olduğunu deyir, amma G.Əhmədova "Yeni Müsavat”da dərc olunan yazıda bildirib ki, onun vəziyyəti yaxşıdır: "İş bir aydır Gülər Əhmədovaya görə uzadılıb”. Hakim dedi ki bu məsələ məhkəmə iclasının sonunda müzakirə olunacaq. Ə.Zeynallı qeyd  etdi ki, G.Əhmədova dövlətə meydan oxuyur: "Siz deyirsiniz xəstədi. Qəzetdə isə özü deyib ki, əladır”.  Hakim həmin yazını oxuduğunu söylədi.

Ə.Zeynallı hakim R.Allahverdiyevadan onun ifadəsi ilə tanış olub-olmadığını soruşdu. R.Allahverdiyeva ifadəni oxuduğunu bildirdi. Ə.Zeynallı isə "mən sizə etibar etmişdim axı...” dedi. Bundan sonra hakim ifadə ilə tam tanış olmadığını, ötəri baxdığını söylədi. Ə.Zeynallı hakim Ağababanın da E.Abdullayeva etibar etdiyini misal çəkdi.

Qeyd edək ki, bir neçə gün öncə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən video material yayıb.

Hakim isə Ə.Zeynallının bu məsələni deməsinə əsəb şəkildə reaksiya verərək "Ağababanın bura nə aidiyyəti var?" dedi.

Gərginlik sakitləşəndən sonra Ə.Zeynallı üzünü hakimlərə tutaraq onların Elşad Abdullayevlə görüşüb-görüşməməsi ilə maraqlandı. Hakimlər E.Abdullayevlə görüşmədiklərini bildirdilər. Prosesdə ki, digər hakim (sağdakı kişi hakim) isə Ə.Zeynallının prosesdə belə məsələdən danışmasına etiraz etdi. Ə.Zeynallı üzünü prokurora tutaraq bildirdi ki, onda olan məlumata görə Elşad Abdullayevin yayacağı növbəti video prokurorluqla bağlı olacaq.

Daha sonra Ə.Zeynallı ifadə verməyə başladı. O bildirdi ki, həbsi siyasi motivli və azad sözlə bağlıdır: "Xural” qəzeti 9 il 14 gün həftəlik, bir ay gündəlik dərc olunub. "Xural”   ölkədə gündəlik dərc olunan iki qəzetdən biri idi. Gündəliyə keçməyimiz hakimiyyəti narahat etməyə başladı. İlk həftələrdən təqib və təzyiqlərə məruz qaldıq. Çap olunandan bəri üzərimizdə 44 məhkəmə işi olub. Bizə qarşı iddia qaldıranlar icra başçıları, polis rəisləri hakimiyyətdəki qruplaşmalara yaxın adamlar olublar. 2007-2008-ci ildə üzərimizdə 12 məhkəmə iddiası var idi. O zaman məhkəmələrdə mənə qarşı iddia qaldıranlardan  üçü bu gün məhkəmədə şahiddirlər”.

Ə.Zeynallı bildirdi ki, ona qarşı təzyiqlərin başında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dayanıb, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin xeyir-duası ilə azad söz cərrahiyyə masasına çıxarılıb.

Ə.Zeynallı bildirdi ki, Ə.Həsənovla tanışlığı 2000-ci ildən başlayıb: "O vaxt Əli Həsənov mənə deputat mandatı təklif etdi və dedi ki, sən yaxşı oğlansan. Bizim komanda ilə işləyə bilərsən. Mən razılaşmadım. Münasibətlər o zamandan korlandı”.

Ə.Zeynallı bildirdi ki, ona qarşı təzyiqlər müxtəlif formalarda olub: "2005-ci ildə yanıma Aynur adında modalyer göndərdilər. Amma onu ifşa etdik. İndi də eyni işlərdir. O zaman məni modalyerlə, sonra müğənni, daha sonra isə xanım deputatla ilişdirmək istədilər”.

Hakim Ə. Zeynallıya ittiham üzrə ifadə verməyə səslədi. Vəkilləri və Ə.Zeynallı buna etiraz etdilər. Ə.Zeynallı bildirdi ki, hakimiyyət onu 10 il  əvvəl həbs etmək istəyib.

Prokuror da Ə.Zeynallının çıxışına etiraz etdi: "Hələ şükür et ki, sənə cinayətkar deməmişik”.

Ə.Zeynallı isə dedi ki, o, ittiham olunan şəxsdir və özünü müdafiə etməlidir. Bunun üçün də hadisələrin haradan qaynaqlandığına aydınlıq gətirməlidir. Tərəflər arasında mübahisə yarandı:

Prokuror:
- Prosesi hüquq çərçivəsində aparaq
Ə.Zeynallı:
- Məgər məni hüquqi yolla tutmusunuz?

Ə.Zeynallı çıxışına davam etdirərək qeyd etdi ki, məktəbə gedən qızlarını, həyat yoldaşını izləyiblər: "Məsələ ilə bağlı o vaxt MTN-ə və DİN-ə müraciət etdim. Ancaq məsələ  mediada ictimailəşəndən sonra mənə elə gəldi ki, izləmə dayandı.

Ə.Zeynallı dedi ki,  "Xural” qəzeti oxucular arasında xüsusi çəkiyə malik olub. Ölkənin tanınmış siyasi şəxsləri -  sabiq baş nazir Sürət Hüseynov, Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev, sabiq müdafiə naziri Rəhim Qazıyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov, onun qardaşı Sərdar Həmidov,  YAP-ın qurucularından olan sonra isə YAP-ı quldurların partiyası adlandıran Siruz Təbrizli və digərləri "Xural” qəzetində çox önəmli məsələlər barədə müsahibələr verib: "Bu zamanlar - 2010-cu ildə mənə hədiyyə olunan saatdan dinləmə qurğusu çıxdı. DİN bu məsələni araşdırmadı. Sonradan deputatlardan biri mənə dedi ki, o qurğunu saatın içinə yerləşdirən DİN-in 7-ci məxfi şöbəsi olub. Dinləmə qurğusu əməliyyatı Ramiz Mehdiyevin tapşırığı və Ramil Usubovun göstərişi ilə olub. Sonradan mənə aydın oldu ki, dinləmə qurğusu növbəti dövlət çevrilişi şousu üçün mənim stolum üstünə qoyulubmuş. Həmin otaqda yuxarıda adı çəkilən şəxslər qəzetimizə müsahibə verib. Ramiz Mehdiyev və komandası həmin şəxslərlə birlikdə məni həbs etmək planı üzərində işləyib. Lakin dinləmə qurğusunun təsadüfən aşkarlanması bu planı alt-üst edib. Qurğu aşkarlandıqdan 10-15 gün sonra Ramiz Mehdiyev mənə  qarşı iddia qaldırdı”.  

Ə.Zeynallı dedi ki, S.Təbrizli "Xural”a dəhşətli bir müsahibə vermişdi: "O zaman müsahibəni özünə göndərib, dedim ki, mən bunu dərc edərəm. Amma həyatınıza ciddi təhlükə yarana bilər. Siruz Təbrizli müsahibəni dəyişdirib, yenidən mənə göndərdi. Bundan sonra Əli Həsənov adam göndərib, məndən müsahibəsinin əslini istədi, vermədim. Mənə dedilər ki , onların komandası ilə işləyə bilərəm. Mən də dedim hansı günahın sahibiyəm ki, məni  öz komandanızda görürsünüz?”   

Prokuror yenə etiraz etdi:
- İşin faktiki halı ətrafında çıxış edin, sadaladığınız  məsələlərlə bağlı müraciət...
Ə. Zeynallı:  
-    Müraciət etmişəm. Amma baxılmayıb.
Prokuror:
-    Sizin danışdıqlarınızın ittihamla əlaqəsi yoxdur.
Ə.Zeynallı:
-    Necə yoxdur? Sadaladığım adamlardan Nemət Pənahlını tutdular. Digərlərinə isə daha "Xural”a gəlməyin dedim.

Ə. Zeynallı çıxışına davam edir: "Mən də DİN-ə müraciət edirəm. Sonra məlum oldu ki, dinləmə qurğusu əməliyyatını həyata keçirən isə elə DİN imiş”.

Prokuror Ə.Zeynallıya "Fikirlərinizə diqqət edin” dedi.
Ə.Zeynallı:
- Mənə hədə-qorxu gəlməyin. Əlinizdə sübut olmaya – olmaya mənə qarşı cinayət işi qaldırmısınız. Mən özümü müdafiə etməli yox, siz cinayəti sübut etməlisiniz. Edə bilmirsiz.  Çünki əlinizdə dəlil yoxdur. Heç olmasa, bu məsələdə danışmayın.

Ə.Zeynallı çıxışının növbəti hissəsini KİV DF-nin icraçı direktoru Vüqar Səfərliyə həsr etdi:  "Bu fond yaradılanda sevinmişdik ki, müstəqil mətbuat inkişaf edəcək. Amma belə olmadı. Ömründə bir məqalə yazmayan, qəssab təfəkkürlü, baqqal düşüncəli adama həvalə etdilər. Əli Həsənovun öz qohumu, Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyenin  "Ülfət” qəzetinə də pul ayrılıb. Bu kimi qəzetlər 99 faiz qayıdışı olan qəzetlərdir. Biz bu məsələnin də üzərinə getdik.

Ramiz Mehdiyevdən bir ay sonra Vüqar Səfərli bizi məhkəməyə verdi. Biz Ramiz Mehdiyevin vəkili ilə razılığa gəldik ki, təkzib verəcəyik, onlarsa iddianı geri götürəcəklər. Biz vədimizə əməl etdik. Akademik isə  yox”.

Hakim Ə.Zeynallının sözlərinə etiraz etdi:

-    Sözlərinizə diqqət edin. Əvvəllər olan məhkəmələrin qərarlarına müdaxilə edə bilmərik. Siz işin mahiyyəti üzrə çıxış edin.

Ə.Zeynallı da etiraz etdi:

- O zaman o işlərlə bağlılığı olan Aydın Heydərov, Sabir Tarıverdiyev, Akif Məmmədovla bağlı məhkəmə qərarları varsa, onlar bu məhkəmədə nə gəzirlər?

Daha sonra Ə.Zeynallı bildirdi ki, gündəlik nəşrə başladıqdan sonra "Xural” qəzetinin tirajı durmadan artıb. Qəzetin iqtisadi asılılığını azaltmaq məqsədilə kitab kompaniyasının da qarşısı alınıb.

Ə. Zeynallı bildirdi ki, hakimiyyəti qıcıqlandıran daha bir məsələ 10 il əvvəl yaranmış Redaktorlar Birliyinin fəaliyyətinin yenidən bərpası olub: "Bu qurumu Mətbuat Şurasına alternativ idi. Qurum  jurnalistlərin regionlara səfərini təşkil etdi və cəmiyyətdə canlanma yarandı. Bu qurum Mətbuat Şurasından fərqli olaraq Əli Həsənovun nəzarətində deyildi”.

Ə.Zeynallı bildirdi ki, 306.2-ci maddə ilə cinayət işi açılanda  bu haqda ona məlumat verilməyib. Daha sonra isə məlum olub ki, R.Mehdiyev şikayətini geri götürüb: "Bütün sənədlər saxtalaşdırılıb. Ramiz Mehdiyev iddiasını götürməsəydi məhkəmədə ifadə verməli olacaqdı”.

Ə.Zeynallı əlavə etdi ki, o, həbs olunandan sonra həyat yoldaşı işsiz qalıb: "Hakimiyyət  evinə bir tikə çörək aparan ailə üzvlərimizin çörəyini kəsdi. 7-13 il polis orqanlarında çalışan qardaşım Rauf Zeynalov və əmim oğlu Rəşad Zeynalov işdən çıxarıldı. 62 yaşlı anam Gəncə  Dairə Seçki Komissiyasının qərarı ilə işdən uzaqlaşdırıldı. Onların işdən üzaqlaşdırılması siyasi motivli olub. Çünki Gəncənin polis rəisi Rasim Musayev qarnizon qarşısında çıxışında deyib ki, Rauf Zeynalovun qardaşı dövlətçilik əleyhinə yazılar yazdığına görə işdən uzaqlaşdırılıb. Amma onların işdən çıxarıldıqlarına dair əmr hələ də onlara təqdim olunmayıb”.

Ə.Zeynallı daha sonra Gülər Əhmədova haqqında danışıb: "Bu qadın bir ayağının üstündə durub 320 yalan danışır. Onunla 2010-cu ildə Türkiyədə səfərdə olanda barışmışdıq. İsmayıl Ağayev xahiş etmişdi ki, mən də tədbirdə danışım. Mən də danışmadım. Çünki Elçibəydən Milli Azadlıq hərəkatından danışacaqdım. Onlara verən qrantlar kəsiləcəkdi. Ramiz Mehdiyev "Xural”a qarşı iddia qaldıranda Gülər əldən - ayaqdan düşmüşdü ki, özünə zəng edə bilmirəm, amma başqaları vasitəsilə xahiş edərəm,  cərimədən vaz keçsin. Gülərin dəfələrlə "Xural”da yazılarını vermişəm. Qəzetin çıxmasına kömək edənlər olub. Amma Gülər "Xural”a 10 ildə bir manat verməyib. Gülər istintaqa üç dəfə fərqli-fərqli izahat verib. Məhkəmədə isə hər işi Nigar Almanqızının üstünə atdı.  Nigarı "Mərkəz”ə redaktor təyin edəndə, mənimlə məsləhətləşdi. Mən də müsbət rəy verdim. Sonradan onların maaşlarını vermədi,  münasibətləri korlandı. Nigar bu məsələ ilə bağlı mənə müsahibə, anonsları verdi. Amma anonslar indi əlinizdə yoxdu. Mən o anonsları sizə təqdim edəcəm. Orda Gülərin əleyhinə bir kəlmə də yoxdur”.

Ə.Zeynallı dedi ki, G. Əhəmədovanın istintaqa və məhkəməyə verdiyi ifadələrdən onlarla cinayət işi açmaq olar: "Gülər məhkəmədə ifadəsində demişdi ki,  dəfələrlə Nigar Almanqızına dair məhkəmə qərarlarını, bank faizlərini sildirib. Məgər deputat məhkəmə qərarını silmək gücündədir?”

Ə.Zeynallı üzünü prokurora tutdu: "Deputat olanda Gülərdən qorxurdunuz. İndi ki, deputat deyil. Çağırın gəlsin ona suallarım var. müsahibə verib ki, vəziyyəti yaxşıdır. Xəstə deyil. Əgər bu gün də onu məhkəməyə gətirə bilmirsinizsə, deməli onun arxasında daha böyük qüvvələr var”.

Ə.Zeynallı  G.Əhmədovanın prokurorluğa təqdim etdiyi audio yazı haqqında da danışdı: "O mənimlə görüşə gələndə tək danışmağı xahiş etdi. Mən  təhlükəni hiss etdiyimdən, heç zaman kiminləsə tək görüşmürdüm. Danışıq zamanı hiss etdim ki, səsimiz yazmağa çalışır. Mənə fantastik təkliflər etdi. Qəbul etmədim. Səsimin yazıldığından duyuq düşmüşdüm, bunu özü də hiss etdi və narahat olmağa başladı. Sonradan məlum oldu ki, səsimi yazmağa gəlibmiş”.

Ə.Zeynallının ifadəsinin bu yerində hakim başqa prosesi olduğunu deyib, növbəti prosesi noyabrın 21-nə saat 14:00-a qədər təxirə saldı.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

İttiham təsdiqlənərsə, baş redaktoru 12 ilədək həbs cəzası gözləyir.

Gozetci.az

Категория: Azərbaycan | Просмотров: 1593 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus