Gənc fəal Azər Kazımzadə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslıya və VHP Gənclər Təşklatının sədri Samir Əsədliyə milli azlıqlarla bağlı səsləndirikləri fikirlərə görə cavab verib.
A.Kazımzadə müxalifətçi gəncləri bölücülükdə və ayrı-seçkilik etməkdə ittiham etməklə yanaşı, onları milli birliyə çağırıb:
"Ötən həftə Milli Şuranın sesiyasında Azəri-Talış Birliyinin sədri Mehdibəy Səfərov çıxış edərkən milli azlıqlarla bağlı komitənin yaradılmasını təklif edib. Ancaq Musavat Gənclər təşkilatının sədri Tural Abbaslı və Vətəndaş Həmrəliyi Partiyasının Gənclər təşkilatının sədri Samir Əsədli dərhal reaksiya verərək Mehdibəy Səfərovu separtçılıqla ittiham ediblər. Onlar deyiblər ki, belə bir komitəyə ehtiyac yoxdur və Mehdibəy Səfərov burda separatçılıq toxumlarını yayır. Tural və Samir kimi gənclər özunu demokratik gənc kimi göstərirlər. Onlar bu cür ayrı-seçkiliklə heç nəyə nail ola bilməzlər. Tural Abbaslı bir şeyi unutmasın ki, Müsavat başqanı İsa Qəmbərin milli məsələlər üzrə müşaviri var və bu məsələlər Müsavatda həmişə diqqətdə olub. Amma o, bu addımı ilə öz partiyasının nizamnaməsinə və Başqanının apardığı siyasi xəttin əleyhinə hərəkət edir.
Samir Əsədliyə gəlincə, onu deyə bilərəm ki, onun partiya sədri Sabir Rustəmxanlı hakimiyyətin yanında olub, deputat mandatını da ona hakimiyyət verib. Əslində onların partiyası Azərbaycan xalqı ilə deyil, Əliyev rejimi ilə həmrəy olub. Müxalifətçi gənclər bir şeyi də unutmasınlar ki, talışlar bu ölkənin vətəndaşıdırlar. Məhz o vaxt Əliyev rejiminə qalib gəlmək olar ki, Azərbaycan muxalifəti ölkədəki azsaylı xalqalara qarşı qərəzli mövqeyini sərgiləməsin və hamiya eyni gözlə baxsın. Bax onda qələbə qazanmaq olar. Milli Şuranın qələbəsi o vaxt mumkun olacaq ki, Azərbaycanda yasayan butun xalqlar birgə mübarizə aparsınlar. Yoxsa siz talışların numayəndəsini separatçılıqda ittiham etməklə nəyə ümid edirsiniz? Biz Avropa dəyərlərinə söykənən hüquqi dövlərə, vətəndaş cəmiyyətinə ümid edirik, bəs siz".