Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Май » 18 » Vətənşivənlik
21:31
Vətənşivənlik
Sovet sisteminin bizlərə miras qoyduğu Vətənşivənlərin öz mövcudluğu ilə Azərbaycanı sosial, siyasi, mədəni və elmi inkişafdan məhrum etməsi XXI əsr Azərbaycanının ən əsas problemidir.

Vətənşivənlər kimlərdir?


Vətənin sərvətlərini bir neçə ailənin talan etməsinə göz yuman, öz ailəsini "dolandıran”, oğluna ermənilər "dığadır” deməyi öyrətməklə vətənə olan borcunu ödədiyini düşünən insancıqlardır Vətənşivənlər. Onlar ictimai şüurdan uzaq, qonşusunun başına gələn faciəyə laqeyd yanaşan və vətəni üzərində qurulan "diktator sistemi”  özlərinə layiq görən düşüncəsizlərdir. Bu kimi məxluqlar bir diktatorun icraatlarına dəstək olaraq yaltaqlıqlarının qarşılığında "it payı” almağı özlərinə rəva görənlərdir. Həmçinin, Vətənşivənlər vətən torpaqlarının bir qrup fərdlərin mülkiyyətinə çevrilməsini, özəl sektorun məhdudlaşdırılmasını və vətəndaşların mülkiyyətlərinin qanunsuz yolla əllərindən alınmasını dövlətin nüfuzu olaraq qəbul edən aciz insanlardır.
  
Onlar acizdir, çünki öz haqqlarını istəməyi bacarmırlar. Onlar xəstə ruhludur, çünki Azərbaycana vətən deyən digər etnikləri düşmən gözü ilə görürlər. Onlar savadsızdır, çünki diktator rejiminin mahiyyətini və demokratik sistemin gərəkliyini anlamırlar. Onlar şüursuzdur, çünki ictimai saziş pozulduğunda xalqın hakimiyyətlə hesablaşması gərəkliyini düşünə bilmirlər. Qısacası, vətənşivənlər bir çox maska altında dayanıb vətənə laqeyd, hətta bilərək və ya bilməyərək vətənə zərər verən parazitdirlər.
   
Kimlərə faydası var?

   
Vətənşivənləri daha çox avtoritar rejimlərdə görürük, çünki bu kimi sistemlərdə onlar ən ideal insan modelləridir. Onlar itlərin insanlara qarşı olan sədaqəti qədər bu sistemə sadiqdirlər və bu sistemə qarşı çıxanlar onların gözündə "vətən xaini”, "düşmənin quyusuna su tökən” və "xaricdən dəstək görən” olaraq qalırlar. Bu kimi ibtidai insanlar nə qədər ali təhsil alsalar da "demokratiya”,"insan haqqları” və  "azadlıq” anlayışları onlar üçün yad qalmaqda davam edir və bu bəşər dəyərlərini əxlaqsızlıq olaraq görürlər.

Hərbi qulluğu vətənə olan borc kimi qəbul edən Vətənşivənlər ancaq işğal olunan torpaqların niyə 20 il ərzində azad edilmədiyinin hesabatını hakimiyyətdən tələb edə bilmirlər. Onlar bu sistemə müxalif liderlərin iyirmi ildə partiya sıralarında dəyişməməsindən  şikayət etməyə cəsarət edə bilirlər, ancaq 20 il nazir olan hökümətdən dəyişməsini tələb etməyə cəsarətləri çatmayanlardır. Bu kimi insanlar ancaq dövlətin (?) idmanda olan zəfərinə sevinib, lakin elmdə (!) olan müvəffəqiyyətsizliyə, hətta geriləməyə kədərlənməyən vətənsevərlikdən çox uzaq insanlardır.
   
Vətənsevərlər ilə Vətənşivənləri necə ayıraq?

   
Vətən bir millətin formalaşmasında rol oynayan əsas anlayışlardandır. Ancaq vətən yalnız bir etnik qrupun (Azərbaycan Dövlət Statistika Komitəsi Azərbaycandakı oğuz türklərini Azərbaycanlı olaraq görür) homogen yaşaması üçün bir ərazi olaraq görülərsə, Ermənistan kimi irqçi bir dövlət ortaya çıxar, bu da qloballaşan dünyadan assimilyasiya olmaq deməkdir. Həmçinin bir etnik qrupun öncə məskunlaşması bir ərazini o xalqın tək vətəni etmir, bu həm ermənilərə, həm də Qafqazda məskunlaşmış oğuz türklərinə aiddir. Azərbaycan həm türkün, həm ləzginin həm talışın, həm avarın, həm də erməninin vətənidir. Onlar birgə Azərbaycan millətini formalaşdırırlar və onların qayəsi əgər Azərbaycanda modern sivilizasiyanın tələbi olan "insan haqqları”, "demokratiya”, "azadlıq” anlayışlarını bərqərar etmək olsa, əsil vətənsevər olarlar. Çünki, insan haqqları hər bir fərdi bir cəmiyyətdə bərabər hüquqlu edir və fərdin inkişafını təmin edərək cəmiyyəti inkişaf etdirir. Demokratiya isə ictimai müqaviləni təmin edir və cəmiyyətdə var olan problemləri kompromis ilə həll edir. Azadlıq dövlətin və cəmiyyətin fərdlər üzərindəki nüfuzunu limitləyir, həmçinin vətəndaşda ictimai şüur yaradır. Bunlar göstərir ki, yaşadığımız torpaqların müharibədən uzaq və firavan olmasını istəyiriksə bu dəyərlər hər bir vətənsevərdə olmalıdır. Necə ki, 1918-20 Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 2 erməni partiyası və digər etnik qruplar təmsil olunmuşdusa, bu gün də bu mümkündür, bir tək problem diktator rejimlər və vətənşivənlərdir.
   
Nəticə

   
Vətəni sevmək üçün kiməsə nifrət etmək tələb olunmur. Vətəndə yaşayan insanları sevmək və birgə yaşaya biləcəyimiz gözəl sistemi qurmaq əsil vətən sevgisidir. Amerika Birləşmiş Ştatları qurulduğunda fərqli etnik qruplardan və mədəniyyətlərdən insanlar vardı, ancaq qayə bir və düzgün olduğundan  millət ola bildilər. Vicdanını susdurmaq üçün özünü "millətçi” adlandıran qorxaqlar anlamalıdırlar ki, Azərbaycanlı milləti kimi formalaşmaq üçün bir az səmimi olmaq lazımdır. Problemlərin qaynağına laqeyd yanaşılmamalıdır. Həmçinin vətənşivənlikdən uzaq durulmalıdır.

Toğrul İsaoğlu


Категория: Azərbaycan | Просмотров: 1505 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus