Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2015 » Апрель » 12 » Vətənpərvər şair
20:13
Vətənpərvər şair

Əli NASİR - 60

 

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əli Nasir haqq şairidir. Təbii çox rəvan, dili səlis, danışığı şirin, söz ustası kimi çox hünərlidir. Hansı dildə yazmaq onun üçün maneə deyil, azərbaycanca ya talışca yazsın, fərq eləməz, həmin qanadlı ilham, həmin obrazlı dil, şirin-şəkərli nitq, həmin vüqarlı sinə, qeyrətli ürək sahibi hər misradan, hər şeirdən boylanıb, oxucunu valeh edir.

Dünya gep-geniş, həyat keşməkeşli, insanlar rəngarəng, şairlər çeşid-çeşid. 1955-ci ildə peyğəmbər əsilli Əli Nasiri Allah xoş vaxtında yaradıb, çünki dünyanın dilbər guşəsi Azərbaycanda, cənnət bağı Lankonda, ilin ən gözəl fəsli yazda, yazın da ən göyçək ayı mayin 1- də dünyaya göz açıb. Ona görə Allahın seçib-bəyəndiyi bəndədir Əli. Şairlik ilhamı verdiyi, uğur dilədiyi sənətkardır Əli.

Əli Nasir kimdir bizimçün? Çağdaş oxucu gözündə çoxcəhətli yaradıcılığı ilə, müxtəlif janrlarda yazıb-yaratdığı əsərləri ilə canlanan bir ustad şair! Cəmiyyətdə baş verən təbəddülatların ön sırasında dayanan fəal bir vətəndaş! Təkcə bir neçə dildə qələmə aldığı şeir, nəsr, dramaturji, publisistik əsərləri göz önünə gətirsək, dərin-dibsiz, geniş- sərhədsiz bir dərya görürük. Aşıb-daşan Kaspi dənizi kimi! (Suyu kiminə şirin, kiminə acıdır, kiminə ağrı, kiminə məlhəmdir).

Lirika (insanın duyğu və hisslərini, istək və arzularını, fikir və düşüncələrini dilə gətirib ifadə edən ədəbi janrlar) Əli Nasir yaradıcılığının baş mövzusudur. İlkin olaraq 1966-cı ildən o, uşaqlar üçün yazdığı şeirlərlə yaradıcılığa başlayıb. 1988-ci ildən Milli Azadlıq Hərəkatının dirçəlişi günlərindən öncül sıralarda qərar tutub tribun şairə dönür, odlu-alovlu misraları, himnləri, milləti ayıldan, qəflət yuxusundan oyadan, ayıq-sayıq olmağa çağıran nitqləri əlbəəl gəzir. 1990-cı illərdə onu zindana aparan inqilabi çıxışları, haraylı şeirləri dillər əzbəri olur. Yurdundan, vətənindən didərgin salınanda, səsi-sorağı Almaniyanın Münhen şəhərindəki “Azadlıq” radiosunun dalğalarından gəlir. Vətənin müstəqilliyi—azadlığı uğrunda özünü oda-közə vurmağın nəticəsi olaraq 7 il həbsxana künclərinə atılır. Fəqət ağrıyan ciyərləri, sızıldayan sümükləri, tədricxana qadağaları onu sındıra bilmir, harayları, çağırışları, şeirləri həbsxana divarlarını dəlib ünvanına çatır...

Lirika həmişə Əli Nasirin sadiq dostu olaraq qalmış, heç vaxt ona xəyanət etməmişdir: həbsxana, tədricxana, sərhəd tanımamışdır, divarları dəlib, məftilli sərhədləri aşıb, zıncirli buyunduruqları qırıb keçmiş, şairin ürək döyüntülərini, könül arzularını xalqına, dostlarına çatdırmışdır.

Əli Nasirin allahsevərliyi, vətənpərvərliyi, pakdamənliyi, imanlılığı, insanlığı, vətənə, xalqa, valideynə, ailəsinə , dostlarına bağlılığı çox güclüdür, hədsizdir, tükənməzdir, Vazaru çayı kimi !

 

***

Əli Nəsir üçün Vətən bölünməz bir bütövdür, bəzilərinin düşündüyü kimi, xəyali Turanın bir parçası, türkün bir oylağı yox, məhz tam bir məmləkətdir, geniş, əzəmətli bir ölkədir, ata yurdudur, ana qucağıdır. Şair Azərbaycanın keçmişi ilə öyünən, indiki ilə yaşayan, gələcəyinə böyük ümidlər bəsləyən bir vətəpərvərdir. Onun nəzərində Azərbaycanın keçmişi:

Nizaminin özülü,

Nəsiminin dözümü,

Babək qollarının təcəssümü,

Xətainin itkin təbəssümü,

Nərimanın sonrakı təəssüfü- dür.

 

Azərbaycanın dünəni:

Şərqin qızıldan açarı,

Hər şeyi, yarımçıq, yarı,

Bir tamın çırpınan yarımçıq ucqarı,

“Beynənmiləlçi toyda”öz qanına

Qırmızı boyalı sadəlövh qurban”- dır.

 

Azərbaycanın bu günü:

Zirvə - başı vulkan,

Sapandı alınmış Qaraca Çoban,

Var – yoxu talanmış Qazan xan.

Tilsimə salınmış “ağ atlı oğlan”dır.

(“Danış göz dilində”, B. 2009. s. 6)

Əli Nasirin şeirlərində bir inqilabi ruh çağlayır. Oxucunu azad yaşamağa, hünərlə qurub- yaratmağa, öz hüququ, haqqı uğrunda vuruşmağa, həyat naminə mübarizə etməyə çağırış var. Əli Nasir canından artıq sevdiyi xalqı qəflət yuxusundan oyanmağa, haqqını almağa, varlığını təsdiq etməyə səsləyir:

Vətənin hər daşı mamırlı masam,

Azdır göz yaşıyla dərdimi yazsam.

Dünən də yasaqdı, bu gün də yasaq,

Mənim vətən payım, mənim dil payım...

( s.15)

Bununla belə, şair vətənin yeralti və yerüstü nemətlərini, cənnətəbənzər coğrafi mövqeyini, hətta mamırlı daşını, yosunlu yamacını, dadlı suyunu, aynalı yarpağını, ətirli gül-çiçəyini, burada məskunlaşan insanların səmimi, sadə, zəhmətkeş, qonaqpərvər xislətini vəsf edir:

Mələksimaların yurduna bir bax,

Ürəklər tər-təmiz, üzlər ağappağ,

Keçsə ürəyindən cənnəti görmək,

Bəs eylər bir dəfə Talışa gəlmək...

 

...Talış torpağını görənlər bilər,

Duz-çörək qədrini ərənlər bilər.

İstəsən bizimlə duz-çörək bölmək?

Bəs eylər bir dəfə Talışa gəlmək...

(s. 60 )

Şair vətənin bugününü tərənnüm etməklə qalmır, uzaq və yaxın keçmişimizə tez-tez ricətlər edir, şanlı tariximizi dönə-dönə yada salır:

Hər gələn ötəri deyil binadan,..

Bu, bəlkə Zərdüştün “Avesta”sıdır?

Bəlkə Atropatın qılınc səsidir?

Bəlkə də Babəkin son nərəsidir?

Bir dön geriyə bax, a zalım oğlu!..

Şanlı- şərafətli keçmişilə öyünən şair Azərbaycanın bugünkü halına, Qarabağ düyünün qəlizliyinə acıyır, xalqı əslinə-nəslinə dönməyə, ruhdan düşməməyə çağırır:

Füzulisi min-min, heyrət doğulmur,

Həzi doğan ana, o büt doğulmur,

Erkəyin sayı yox, qeyrət doğulmur,

Bir dön geriyə bax, a zalım oğlu(s.16)

“Vətən” şeirində obrazlı şəkildə ümumxalq kədərini qələmə alan Əli Nasir bir köhnə mahnının motivləri üzərində Azərbaycan reallıqlarını şeirə gətirir,” dövlət dilimiz var” deyib, vətənin əsilsoylarını haqsızlıqlara, hətta soyqırıma məruz qoyan şovonistləri nəzərdə tutaraq yazır:

Hər bağın öz bülbülü var,

Hər millətin öz dili var,

Hər vətənin öz eli var,

Mən tək elsiz qalan vətən,

Mənə zindan olan vətən! ( s.20)

Mənsub olduğu xalqın məskunlaşdığı ata yurdunu qarış-qarış gəzib, hər bucağını tərənnüm edən şair ona bir çox şeirlər həsr etmişdir: “Lənkəran”, “Allah, məni bu dağlardan ayırma”, “Gəl Talışa”, “Öz Talış torpağımdadır”, “Bizim Talış toylarında”, “Astara”, “Lerik” və b. şeirlərində vətən torpağının az qala hər qarışını vəsf edən bir vətəndaş şairi görürük.

Vətənpərvər şair hərdən Talış dağlarının qarlı zirvələrinə çıxıb qarşısında xalı-xalça kimi açılan ormanları, gün altında bərq vuran gölləri, çayları, sututarları, çəmənlikləri, düzənləri, əkin-biçin yerlərini, tarlaları, ucu-bucağı görünməyən Kaspi dənizini ... seyr edib vəcdə gəlir, keşmişi xatırlayır, bu günü düşünür, gələcəyə boylanır:

İçimdə dərd bitirmişəm,

“Avesta”nı itirmişəm.

O gündən tarixim dolay, dolanbac.

O gündən qismətim,

”yersiz gəldi, yerli qaç” .

Gözləyə-gözləyə “qonağımın”

qayıdacaq həyasını...

Oxuyuram alnımdakı yazını.

 

Durub Talış dağlarının belində,

Atropat babamın,

Babək atamın dilində

Gözləyə-gözləyə yasaqların yasını...

Arzuların, ümidlərin yazını...

Oxuyuram alnımdakı yazını. (s. 25-26)

 

Məmur mafiyasının əlindən baş götürüb vətəndən didərgin düşən həmvətənlərimizin halı da Əli Nasirin nəzərindən yayınmır, əksinə, Vətən həsrəti ilə qürbət ağrısı çəkənlərin obrazını öz şeirlərində qayğıkeşliklə canlandırır, onların dili ilə ağrı-acılarını dilə gətirir:

Ömürdən ayrılan illər aşınır,

Sənsiz nə ömürdür, gündür, ey vətən?

Cismimin qürbətdə qatıb başını,

Ruhum qucağına döndü, ey vətən.(s.37)

 

Bax beləcə, şairin “Danış göz dilində” adlı yeni kitabından vətən, torpaq, Azərbaycan... təbiətimiz, sərvətimiz, tariximiz... haqqında yazdığı şeirləri oxuyub təhlil etdikcə düşündüm ki, Azərbaycan ölkəsini, Azərbaycan dövlətini- şanlı vətənimizi hər birimiz Əli Nasir qədər sevsəydik, Əli Nasir qədər ona bağlansaydıq, daha bu vətən qəti dərd-bəla, müsibət görməzdi:

Ey ana vətən,

Ey ana vətən!

Haqq yolunda durmuşuq,

Bu baş, bu bədən ! ( s.9)

 

Allahverdi BAYRAMİ, 

ədəbi tənqidçi

Категория: Talış dili və ədəbiyyatı | Просмотров: 2545 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus