Главная » 2011»Ноябрь»13 » Yerevanda II Beynəlxalq talışşünaslıq konfransı keçirilir
01:17
Yerevanda II Beynəlxalq talışşünaslıq konfransı keçirilir
TALISH.ORG xəbər verir ki, Yerevanda iki gün davam edəcək II Beynəlxalq talışşünaslıq konfransın ilk günündə alimlər məruzələrini təqdim ediblər.
Britaniyalı professor Əli Qranmaye "Talış dili və mədəniyyəti. Necə xilas etmək?”, Kanadanın Britaniya Kolumbiyası Universitetinin professoru Kave Fərrux "Şərqi Qafqazın deiranizasiyası (1828-ci ildən bizim günlərədək)”, Ermənistandan Vardan Voskanyan "Yeni talış əlifbası Avesta əlifbasına əsaslanır” mövzularında mühazirələr oxuyublar.
Bəzi məruzələr Orta Şərq və Qafqaz xalqları və ərazilərinin tarixi və etnik məsələlərinə həsr olunub. Rusiyalı alim Andrey Areşevin çıxışı "Talış regionu və Cənubi Qafqazda mövcud siyasi transformasiyalar” mövzusuna həsr olunub, Timirlan Aytberov "Avarların əsas problemi və onun həlli” mövzularında çıxış edib.
Konfransın bir nəfər də talış yaşamayan ölkədə keçirilməsinin məqsədlərinə dair bbc-nin Azərbaycan xidmətinin muxbirinin sualını cavablandıran professor Qarnik Asatryan bildirib ki, bu, 2005-ci ildə keçirilən konfransın qanunauyğun davamıdır və mövzu birbaşa şərqşünaslıq elminin vəzifələri və məqsədləri çərçivəsinə daxildir. Onun sözlərinə görə, bu ilin iyul ayından bəri bu, şərqşünaslıq problemlərinə dair üçüncü beynəlxalq forumdur, iki həftə bundan əvvəl isə daha bir dövlətçiliyə malik olmayan zaza xalqı üzrə üçgünlük konfrans keçirilib.
"Bu, ilk növbədə, Ermənistanda iranşünaslığın yüksək nüfuzunun göstəricisidir. İkincisi, məktəbimizin səyləri sayəsində Ermənistan kürd, zaza, tat, yezid, bəluc kimi bölgənin qeyri-dövlət xalqları və xəzəryanı, ilk növbədə, talış xalqların təhqiqatları üzrə dünya mərkəzlərindən biri olub. Mən həmişə hesab etmişəm ki, Ermənistan xristianlıqla İslam aləmlərinin, Şərqlə Qərbin qovuşuğunda olması mövqeyi sayəsində, xalqlar arasında (xüsusilə dövlətçiliyə malik olmayan) səmərəli mükalimə meydanı ola bilər”, - deyə professor Qarnik Asatryan qeyd edib.