Главная » 2011»Август»8 » Ustad Allahverdi Bayraminin 65 yaşı tamam olur
00:36
Ustad Allahverdi Bayraminin 65 yaşı tamam olur
Bu gün müqəddəs bir ramazan günündə ustad Allahverdi Bayraminin 65 yaşı tamam olur. Gecə və gündüz mənsub olduğu xalqın müqəddəs dilinin keşiyini çəkən Ustad Xalqı üçün həm şairdir, həm publisist, həm alimdir, həm müəllim, həm sənətkardır, həm tənqidçi, həm filosovdur, həm ictimai-siyasi xadim. Özünün çoxşaxəli yaradıcılığı ilə O, bu gün mübaliğəsiz olaraq Talış ədəbiyyatının və ədəbiyyatşünaslığının əvəzolunmas simasıdır.
Allahverdi Bayrami ömrünün ən məhsuldar dövrünü yaşayır. Oxucularımız onun şerlərini sevə-sevə oxuyur, həmkarlarının yaradıcılığına həsr etdiyi tənqidi əsərləri səbirsizliklə gözləyir, talış dilçiliyinə aid elmi məqalələrini böyük maraqla qarşılayır.
Ustadın Talış ədəbi dilinin formalaşması uğrunda apardığı mübarizə xüsusi önəm kəs edir. O, bu istiqamətdə heç nəyi heç kimə güzəştə getmək fikrində deyil.
Allahverdi Bayrami alternativsiz olaraq bu gün Talış ədəbi guruhunun mərkəzi fiqurudur. Ustadın Talış ədəbiyyatı simaları barədə tənqidi baxışları nə qədər iti və barışmaz olsa da, bir o qədər birləşdiricidir. Bu gün Talış ədəbiyyatşünaslığının heç bir məclisi Ustadsız ötüşmür.
Bu müqəddəs gündə Allahverdi Bayramiyə ilk novbədə Ulu Tanrıdan can sağlığı, uzun ömür arzu edirik. Ümid edirik ki, Ustad hələ çox şah əsərlərinə imza atacaq və O, Talış ədəbiyyatı və ədəbiyyatşünaslığı üçün hələ çox işlər görəcəkdir.