ƏSSALAMUN - ƏLEYKÜM, EY ADƏM ÖVLADLARI !
Ay canınıza daraşım, çox fikirləşdim ki, mən də sizin kimi hər şeyə biganə olub heç kimi sancmayım, heç bir problemdən söz açmayım, sizin kimi vətənşüvənlik, millətşüvənlik etməyim... Dözəmmədim!
Ay zavallılar! Elə bilirsiniz ki, asan məsələdir? YOX! Şəkildə gördüyünüz bu yol barədə çox yazdım. Nəhayət ki, hakimiyyətin aidiyyəti təşkilatları azda olsa, qeyrətə gəlib, başladılar bu yolda əsaslı təmir işləri aparmağa.
- Necə yəni, hansı yol?
- Əşşi, Afrika cəngəlliklərindəki yol olmazki? Boradigah - Lənkəran magistral yolundan söhbət gedirdə...
- Hə, deməli bu yolun hələ "ili tamam olmamış" təzədən bərbad hala düşüb. Adam lap dəhşətə gəlir !
-Ə, bu zalımların mədəsi nəimiş? Mən binəva o qudurmuş məmurlara neştərimi azacıq batırıb, onların murdar qanından bir qarın sovurub, yaradanıma min şükür edib, doydum deyib, vızıldaya-vızıldaya uçub gedirəm işimin dalınca. Bu yaramaz yolçəkənlər isə, yola nəzərdə tutulan daşı, qumu, sementi, hətta yük maşınları üçün lazım olan yanacağı da yeyib, heç "doydum " da demirlər. Bilmirəm onların mədəsi hansı materialdandır ki, hər şeyi üyüdüb həzm mədarədən keçirir...
- Nədisə, ətdən deyil!
- Əşşi, nə " müxalif-ət "? -Analoqu olmayan hökumətiniz onların "kitabını" elə bağlayıb ki, heç "cadugər qohumum molla İlham" da aça bilməz! Yenə fikir məni aparır çox dərin bataqlıqlara.
- Hansı bataqlıqlara ?
- O, bataqlıqlara ki, dədə-baba ocağınız sayılan Lənkəran tərəfə. Vallah mən "Ditdilinin " o Lənkərana yox, orda yaşayan, özlərini ziyalı sayanlara yazığım gəlir.
- Nə? Eşidib inciyərlər?
- İncisinlərdə! Ay canınıza daraşım, mən onların bucür laqeyd olmasına lap mat-məəttəl qalmışam. "Çakır Süleyman" onların gözün odun necə alıbsa, hələ də hesab edirlər ki, odur İH başçısı. Bir nəfər tapılmır ki, Lənkəran boyda rayonda baş alıb gedən məmur özbaşınalıqlarından bircə kəlmə yazsın.
- Yazan da nə yazır?
- "Hacıbaba Əzimova açıq məktub , Hadı Rəcəbliyə gizli məktub, Ziyafət əsgərova dostluq məktubu, Prezidentə sevgi məktubu " və s...
- Deyirəm bəlkə onlar "sivilizasionni yolla " daha "böyük" yolların çəkilişi xəritəsini cızırlar, yazıq Talışların heç xəbəri yoxdur?!
- Vallah bilmirəm, ürəklərin sirrini Allah bilir!
Ditdili
Masallı - Lənkəran