Lap yaxın tariximizdə, bəzi tanınmış adamların və ya bəzi vəzifəlilərin azğınlığının hədsizlik həddi bilirsiniz nə zaman başladı? Mətanətin efirdə xalqı təhqir etməsindən sonar. O zaman Mətanət layiqli cəzasını alsaydı, ən azı medianın, heç olmasa televiziyaların qapısı onun üzdəniraq üzünə bağlansaydı, bəlkə vəziyyət bu qədər ağırlaşmazdı. Deyəcəksiniz ki, ondan qabaq da xalqı açıq mətnlə təhqir edənlər olub. Bəli olub, Quba RİH-in başçısı və İsmayıllı RİH-in başçısının qohumları, ancaq onlara qarşı həm Qubada, həm də İsmayıllıda xalq öz sözünü dedi. Bəs paytaxta niyə susqunluq oldu?
Cəmiyyətimizdə ümumi formalaşan fikirə görə, regionlara nisbətən, paytaxtda vətəndaşlar daha çox öz hüququnu qoruya bilir, azad sözünü deyə bilir, etirazını bilidrir. aqil abbas, hadı rəcəbli, hüseynBəla mirələmov, fazil mistafa və bu astan adlı tulantının azğınlığının sükutla qarşılanması, yaranan rəyin heç də həmişə doğru olmadığını isbatlayır.
astan adlı tullantının həqarətindən sonar nə baş verməli idi? (Bax: http://www.azadliq.org/a/deputat-astan-shahverdiyev-cebrayil-qachqinlari-haqqinda/28195072.html)
Ən azı Dekabrın 25-i, bazaar günü, qeyri iş günü, Milli Məclisin qarşısında KİV-nin müşayətilə bir etiraz aksiyası keçirilməli, üstəlik bu aksiyada təkcə Cəbrayıl rayonunun seçiciləri deyil, digər vətəndaşlar da iştirak etməli idi. Aksiyanı da hansısa müxalifət partiyası deyil, ölkədə tanınmış, ictimai xadimlərdən biri və ya bir neçəsi təşkil etməklə, o tullantının deputat mandatından məhrum olunması tələb edilməli idi.
Ancaq gördüyümüz kimi bu baş vermədi, işimizi təkcə Facebook-dakı etirazla məhdudlaşdırmış olduq. Hərçənd tədbirlər o cümlədən aksiya üçün hələ də gec deyil.
Rusiyada 2 milyondan çox, təkcə Moskvada isə 1 milyon azərbaycanlı yaşayır, hamısı olmasa da, bir çoxları artıq məsələdən halidir, hamımızın internetə əli çatır. Hələlik Avropada və ABŞ-da yaşayan həmvətənlilərimiz etirazlarını internet vasitəsilə çatdırır və müəyyən tədbirlər görür. Azərbaycanın Rusiyadakı diaspor təmsilçiləri isə tamamilə sükutunu qorumaqla məşğuldur, hətta Facebook-da belə mövzuyla bağlı olaraq bir dənə də olsun status paylaşmamaq dərəcəsində sakitliyə riayət edirlər. Səbəb?
Yəqin, Bakıdan əmr gəlməyib, belə bir əmr heç zaman gəlməyəcək də. Ancaq Rusiyada, rəsmi Bakıdan müstəqil, Azərbaycandan Rusiyaya gedən, qeyd olunan məlunun məlum həqarətinə məruz qalanlar arasında Talış icması da yaşayır və istisna deyil ki, yaxın günlərdə Azərbaycanın Rusiyadakı səfirliyinin önündə Talış gəncləri astan adlı tullantının azğınlığına qarşı etiraz aksiyası təşkil edəcək. Ümid yenə də talışlaradı!
P.S. Və ən nəhayət, bir neçə gün əvvəl, Moskva şəhərində, Azərbaycan dövlətçiliyinin müdafiəsinə qalxan, jurnalist Fuad Abbasovun astan adlı deputatın həqarətinə necə reaksiya verəcəyini də izləyəcəyəm. Təkcə ona görə yox ki, Fuad da digər azərbaycanlılar kimi Rusiyaya gedib, ən əsası ona görə ki, tanınmış jurnalist dövlətçiliyə görə müəyyən addımlar atdı, baxaq görək xalqa görə hansı addımlar atacaq. Hər halda, Fuada, xalqın dövlətin səhmdarı olduğunu, Konstitusiyaya görə hakimiyyətin mənbəyinin xalq olduğunu izah etməyə ehtiyac olmadığını düşünürəm.
Elnur MƏLİKOV