Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Май » 5 » TV adlı bir dəvə...
19:45
TV adlı bir dəvə...
Bir gün bir ərəbin dəvəsi itir, ərəb bu dəvəni tapmaq üçün düzəlir yola. Bir xeyli yol gedəndən sonra daşın üstündə oturmuş, yaşı bir az keçmiş bir qız görür və qızdan öz dəvəsini soruşur. Qız bu ərəbə cavabında bildirir:
- Neçə illərdir oturmuşam bu daşın üstündə ki, biri məni görər, bəyənər, mən də ərə gedərəm, alınmır ki, alınmır..
Ərəb qıza baxıb: "ay bacı, mən səndən dəvə boyda dərdimi soruşuram, sən isə ərdən danışırsan..” deyir.
Qız, dəvəsi itmiş ərəbə belə bir cavab verir:
- Eh, ay qardaş, hərənin dərdi dəvə boydadır...

Əli Nasirin ad günü...

Mayın 1-i böyük şairimiz Əli Nasirin 57 yaşı tamam oldu. Şairin dostlarının çoxu onun işığına yığışmışdılar, çoxlu təbriklər deyildi və adam hiss edirdi ki, bu təbriklər səmimidilər və ürəkdən deyilir, bütün təbriklərdən yazmaq istəmirəm, amma bir təbrik oldu ki, mən onu heç vaxt unutmayacam. Əli Nasirin Aslan adlı bir dostu var, mövzudan kənara çıxaraq bildirim ki, gözəl layihələr işləyir, onun "dünyanın ən böyük sütunsuz stadionu” layihəsi nəyə desən dəyər, bunlarla işim yox. Aslan çox qısa danışdı, lakin gözəl bir söz dedi:
- Şair, o gün olsun ki, 5-nən 7-nin yerini dəyişib, 75 illik yubileyivə yığışaq.
Necə də gözəl arzudur. Şair, biz də Aslanın bu arzusuna qoşuluruq. Arzum budur ki, Xıdo fürsət versin və biz də Sənin 75 illik yubileyivə yığışaq, amin inşaalah!

Prezidentin sarayı...

Əli Nasirin ad gününün axşamı yuxumda gördüm ki, Prezidentin evindəyəm. Yanımda da kim isə var, amma seçə bilmirəm kimdir. Nə isə, Prezident bizimlə görüşmək üçün pilləkəna çıxdı, (bəxtə baxda, camaatı otaqda qarşılayır, bizi isə pilləkənda) əlində iki ədəd gözəl kitab vardı, birini mənə göstərib:
- Boş-boş yazırsan da, gör Talış dili üçün nə gözəl dərslik hazırlayıblar, sən isə deyirsən dərsliklər təzələnmir....
Bilmirəm özümdə cəsarəti haradan tapdım, Prezidentə etiraz etdim:
- Cənab Prezident, Sizi aldadırlar, heç bir məktəbdə belə nəfis işlənmiş dərslik kitabı yoxdur, inanmırsız yoxlayın.
Yuxuda hər şey ani olur, Prezident girdi iqamətgaha, bir az keçəndən sonra çıxdı, gülə-gülə dedi ki, "düz deyirsən, hələm bu kitablar məktəblərə paylanmıyıb, amma bu il paylanacaq”. Elə Xıdoma şükr etmək istəyirdim ki, "millətimin dəvə boyda dərdlərindən biri həllini tapdı”, Prezident beqəfil "heç bilmirəm səndən niyə zəhləm gedir” dedi.
İstəyirsiz inanın, istəmirsiz yox, mən bu yuxumu heç kəsə danışmamışam, ilk olaraq qəzeti birinci kim oxuyacaqsa, o da bu yuxudan birinci xəbərdar olacaq. Deyə bilərsiz ki, yuxunu bir yuxu yozana danışıb, yazardın da qəzetə. Yox, əzizlərim, mən belə şeylərə inanmıram, amma uşaq vaxtı eşitdiyim bir söz var:
"Kim yuxusunda şahı görsə, onun bütün arzuları çin olacaq”
Mənim arzularım çoxdur, amma ən böyük arzum, daha doğrusu dərdim mənsub olduğum millətin nümayəndələrinin özünüdərkidir. O günü görsəydim, dəvə karvanımdakı dəvələrdən biri azalardı....

Özünüdərk...

Gənc olanda arada yubileylərə dəvət olunardım, amma nədənsə 40 yaşın qeyd edildiyini görməzdim. Səbəbini soruşanda da "eləmirlər də” deyib, sualdan qaçardılar. Bu barədə çox fikirləşdim, axı 40 müqəddəs rəqəmdir, bəs elədirsə niyə 40 yaşı qeyd etmirlər? Nəhayət ki, tapdım. Səbəb, bütün "bayramların” bizə qərbdən gəldiyi üçündür! Onlara 40 yaşı keçirtməyə qadağa qoyublar, çünki 40 yaş sonuncu Peyğəmbərin Vəli olduğu yaşdır və qərb 40 yaşın qeyd edilməsinə qadağa qoymaqla, bizi Peyğəmbərlik yaşından, dolayısı ilə özünüdərkdən uzaqlaşdırmasq istəyir. Bəli, məhz 40 yaş insanda kamillik zirvəsinin fəthidir, 40 yaşınacan istənilən fərd özünü dərk etmədisə, ömrünün axırınacan bunu etməz. Mən bu qənaətə özlərini ziyalı adlandıran, auditoriyalarda dərs demiş bəzi Talışlarla söhbətimdən sonra gəldim. Fərz edirsinizmi ki, tarix müəllimi olan bir şəxs "müasir tarixçilərə” istinad edərək Lerikin Cəngəmiran kəndini aparıb ərəblərlə türklərə calayır, Talışxanovları türk dinastiyası sayır və tarixdə Talış xanlığı adda bir xanlığın olmadığını iddi edərək, həmən xanlığın Lənkəran xanlığı olduğunu bildirir. Uzun mübahisə etmədim, çünki beləsi ilə mübahisə etməyin də mənası yoxdur. Daha mənim Talış kökənli tarix müəllimim belə deyirsə....

Bunun səbəbini çox axtardım, iş yeri ilə bağlı ola bilməz, çünki həmən müəllimi pensiyaya çıxardıblar, biznesi də yoxdur. Demək nə isə başqa səbəb var... və bu yerdə mənim köməyimə Peyğəmbərimizin Peyğəmbərlik yaşı çatdı. 40 yaş! Bəli, məhz 40 yaş insanın özünüdərkinin son həddidir. 40 yaşacan insan özünü dərk edib, "mən kiməm?” sualına cavab tapsa, demək həmən insanın gözləri bütün həqiqətlərə açıq olacaq, yox, əgər insan 40 yaşınacan özünü dərk etmədisə, demək o son mənzilinəcən mücərrəd bir həyat ilə yaşayacaq. Niyə məhz mücərrəd həyat? Ona görə ki, öz milli kimliyini dərk etmək istəməyən şəxs Allaha asi sayılır, Allah məsləhət bilsəydi bizim hamımızı bir dildə danışan yaradardı, bizim hamımızı eyni irqli edərdi, demək məsləhət bilməyib və bizi qövmlərə ayırıb, və bizə özümüzü dərk üçün 40 il boyda böyük bir müddət verib. Və hər bir fərd özünü dərk etməklə, öz milli mənsubiyyəti ilə fəxr etməklə Allahına daha da yaxın olur, çünki bütün millətlərin yaradıcısı O dur, və kimsə kiminsə milli mənsubiyyətinə lağ edərsə, kiminsə milli haqlarını mənimsəyərsə, gec, ya tez, bunun cəzasını çəkəcək, çünki kiminsə milli mənsubiyyətini aşağılamaqla sən O nun çəkdiyi rəsmi aşağılayırsan, kiminsə haqqını mənimsəməklə sən O nun verdiyi haqqı mənimsəyirsən, bəlkə bu barədə bir az düşünək? Qurani-Kərimdə "yetimin haqqını yemə, səni ağır cəzalar gözləyər” deyən Yaradan, bir millətin haqqını yeyənə görəsən hansı divanı tutacaq? Bəlkə biri-birimizin haqqına hörmətlə yanaşaq?

Mənə TV verin...

Bu şüarı, acı fələk imkan versə, hər nömrədə verəcəm, ta o vaxta kimi ki, bu şüarın əks-sədası Prezidentə çatsın. Bəli, məhz Prezident bizim milli kimliyimizin qorunmasında qarant olmalıdır! Prezident bu gün göstəriş versə, bizimçün TV-də açılar, radio da. Məhz bizim milli kimliyimizin qorunması üçün TV-nin böyük rolu ola bilər. Mən bilmirəm Prezidentin hansı dərdləri var, amma onu bilirəm ki, mənsub olduğum millətin sarvansız gəzən "dərd karvanının” başında TV adlı bir dəvə gedir...

Rafiq Cəlilov,
celilovrafiq@mail.ru
"Tolışon Sədo” nöm 16 (28), 05 may 2012-ci il

 

Категория: Талыш xəbərləri | Просмотров: 1672 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus