Главная » 2011»Февраль»14 » Türkiyə prezidenti 4 günlük rəsmi səfərlə Tehrandadır
19:17
Türkiyə prezidenti 4 günlük rəsmi səfərlə Tehrandadır
İran prezidenti Mahmud Əhmədinejad türkiyəli həmkarı Abdulla Güllə birlikdə jurnalistlərə verdiyi açıqlamada İran və Türkiyənin siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyi nəzərdə tutduğunu bildirib.
Abdulla Gülün başçılığı ilə biznes liderləri və nazirlərdən ibarət Türkiyəli nümayəndə heyəti 4 günlük rəsmi səfərlə Tehrandadır. İran və Türkiyə daha əvvəl də qarşıdakı 5 il ərzində ikitərəfli ticarət əlaqələrini 3 dəfə artıraraq 30 milyard dollara çatdırmağı planlaşdırdıqlarını açıqlamışdı.
Cənab Əhmədinejad Türkiyəyə İranın nüvə hüququ barədə müsbət narahatlığına görə təşəkkürünü bildirib. İran nüvə proqramı ətrafında mübahisənin diplomatik yolla həllinə çağıran Ankara İran və dünyanın 6 güclü dövləti ilə aparılan son danışıqlara ev sahibliyi etmişdi.