Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Апрель » 8 » Tüpürüm sizin mentalitetinizə!!!
14:27
Tüpürüm sizin mentalitetinizə!!!
Sizin ordunuz ki, qapalı yerdir, burada özünüzünkülərdən başqa heç kim yoxdur. Bəs niyə bu "türk oğlu türk”lərdən, "qeyrətli Azərbaycan oğullarından” ibarət "kişi cəmiyyəti”ndə rəzil fahişəxanalarda belə rast gəlinməyən murdarlıq var? Bəs hanı keşiyində əlibaltalı, yabalı, dəhrəli dayandığınız, uğrunda baş kəsməyə hazır olduğunuz qiymətli, şərəfli mentalitetiniz?! Hanı?!

Gülməşəkər girişə-zada ehtiyac yoxdu. Ölkədə allah qoymasa, qəzet-kitab açanların hamısının ordumuzdakı murdarlıqdan xəbəri var.

"Yeni Müsavat”ın bir az da şüvən janrında təqdim etdiyi rəzillik hamının dilində-dişindədi.

Bu, təzə söhbət deyil. Təkcə bizim ordumuza xas olan bir şey də deyil.

Hər orduda var belə şeylər - demokratiya paylayan Amerika ordusundan tutmuş, Zimbabve milli ordusuna qədər.

Qadın nəfəsinə həsrət kişi yığnağından bundan artıq nə gözləmək olar?

Söhbət onda deyil. Mənim eyzən elədiyimiz kimi, "alın, bu da sizin azərbaycanlılar!” deyib, bizə təqdim olunan bu iyrənc faktlardan mentaliteti, milliliyi, azərbaycanlılığı ittiham üçün istifadə etmək fikrim-zadım yoxdur! Məsələ başqadır.

Ey, bizim mentalitet düşkünü, millilik ölüsü, türkçülük keşikçisi, azərilik qarovulçusu, vətənpərvərlik mühafizəçisi, milli-mənəvi dəyərlər "teloxranitel”i olan ziyalılarımız, ictimai xadimlərimiz, "türk oğlu türk”, "milli mentalitet” mövzusunda danışanda ağzına çullu dovşan sığışmayan siyasətçilərimiz!

Ey tabeçiliyindəki əsgəri zorlayan bu "qeyrətli” zabitləri böyüdüb, boya-başa çatdıran, dinəndə şalvar geyən qızları bəyənməyib, oğluna uzun ətəkli qızı gəlin seçmək istəyən ağbirçək-qarabirçək analar, ağsaqqal-qarasaqqal atalar!

Ey bu millətin millətpərəst yazıçısından tutmuş, milli fahişəsinə qədər bütün nümayəndələri!

Mənim bir sualıma cavab verin: tabeliyindəki əsgəri zorlamağı, onu süründürüb, telefonuna kontur yüklətməyi, ana-bacısını söyüb, sifətini şillələməyi danışanda ağzının qatığını tökəcək qədər savadsız olan bu zabitlərə kim öyrətdi?

Ömürlərində sizin allı-güllü Azərbaycanınızdan kənara çıxmayan, doğma ana dilinizdən başqa dil bilməyən, bağır-badaş həmvətənlərinizdən başqa millət üzü görməyən bu qeyrətli vətən oğulları belə şeyləri hardan öyrəndi?

Bəlkə bunların hamısını onlara sizin nifrət elədiyiniz Avropa dəyərləri, Avropa cəmiyyəti, ya da rus mədəniyyəti-zadı öyrətdi?

Soruşmaq ayıb olmasın, bu zabitlərdən neçəsi Qərbə meyllidir, Avropaya inteqrasiyanın tərəfkeşidir, "Dalğa”çıdır, postmodernistdir, ya da heç olmasa, rusdillidir?

Sizin ordunuz ki, qapalı yerdir, burada özünüzünkülərdən başqa heç kim yoxdur. Bəs niyə bu "türk oğlu türk”lərdən, "qeyrətli Azərbaycan oğullarından” ibarət "kişi cəmiyyəti”ndə rəzil fahişəxanalarda belə rast gəlinməyən murdarlıq var? Bəs hanı keşiyində əlibaltalı, yabalı, dəhrəli dayandığınız, uğrunda baş kəsməyə hazır olduğunuz qiymətli, şərəfli mentalitetiniz?! Hanı?!

Bəs niyə o mentalitet burada, sizin fahişə hesab elədiyiniz savadlı qadınların, mavi hesab elədiyiniz Avropa düşüncəli gənclərin olmadığı bir yerdə, allah heç qoymasa, vətənin müdafiəsini həvalə elədiyimiz bir qurumda özünü göstərmir?

Niyə bu mentalitet əsgər yoldaşlarının təhqirlərə məruz qaldığını görəndə yığışıb, bu rəzaləti törədən zabitlərin başını it qibləsinə kəsmək qərarını vermir?

Hə, bəlkə bu üsul sivil deyil?

Axı belə şeyləri qanunvericiliklə, konstitusiya ilə, hüquqi müstəvidə həll eləmək lazımdır… Bə nədi?!

Axı sizin mentalitetiniz həmişə rütbəcə özündən yuxarıdan qorxub, iki quruşa satılıb, özündən zəifi əzməyin, iş bərkə dirənəndə hüquqa, qanuna əl atmağın qoçağı olub!

Bilirsiniz nə var?

Yüzlərlə Azərbaycan kişisi bir yerə düşür və orada rütbəcə böyük özündən kiçiyi zorlayırsa, döyüb, təhqir edirsə və qalanlar bu mənzərəyə heç nə olmamış kimi baxır, özünə hələ ki dəxli olmayan şeyə burnunu soxmadan il yarımını salamat qurtarıb, evinə dönmək haqqında düşünürsə, tüpürüm sizin mentalitetinizə, milli-mənəvi dəyərlərinizə!

Azərbaycan kişisi! Yox bir, Azərbaycan çaqqalı!

Günel Mövlud

 

Категория: Azərbaycan | Просмотров: 1509 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 Bayrami  
0
Kim öyrətdi? Başından iylənən balıq! Zəbt olunan hakimiyyətdə hər şey gözləmək olar. Gerisindən AllaH saxlasın! Qeyrətivə qurban olum sənin!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus